Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-836/2023 26.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadə etdiyinə görə yaranmış 231,80 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 231,80 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin tam ödənilməməsi və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası məqsədilə hesablanmış 172,80 manat məbləğində ziyanın ödənilməməsi olmuşdur. Cavabdehin yaşadığı fərdi yaşayış evi Salyan RQİİ-nin AGİS bazasında X1 adına qeydiyyatdadır. X2 vəfat etdiyi üçün cavabdehlə qaz təchizatı ilə bağlı müqavilə bağlanmışdır. Lakin, cavabdeh tərəfindən müvafiq sənədlər "Azəriqaz" İB-nin Salyan RQİİ-nin Hacıqabul xidmət sahəsinə təqdim edilmədiyi üçün abonent (AGİS) bazasında dəyişiklik etmək mümkün olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı İB-nin Salyan RQİİ-nin Hacıqabul xidmət sahəsinin nümayəndələri tərəfindən cavabdehə məxsus mənzildə istismarda olan qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün istismardan çıxarılaraq yoxlamaya göndərilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının MSK-14-2- 2/3-5-299 nömrəli rəyinə əsasən cavabdehin ünvanından çıxarılmış İtron markalı G-4 tipli 1002AQ**********5 zavod nömrəli qaz sayğacının elektron yaddaş proqramının nasaz olduğu, xətaların normadan artıq olduğu müəyyən edilmiş və sayğacın istismara yararsız olması barədə rəy verilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasınınrəyinə, təbii qazdan istifadə üçün iki tərəfli bağlanmış müqavilə tələblərinə və “Qazdan istifadə Qaydaları”na əsasən iddiaçının evində istismarda olan qaz cihazlarının inventarzasiyası keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən itirilmiş təbii qazın bərpası məqsədi ilə hesabat aparılmış və 1440 m3 qaz sərfiyyatı cavabdehin abonent hesabına qeydə alınmışdır. İtirilmiş qazın hesabatı qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4 (qaz sayğacının nominal qaz sərfi) x 12 (orta günlük iş rejimi) x 30 (hesabat müddəti) =1440 m3 (itirilmiş qaz sərfi) x 0,12 (1 kub metr qazın dəyəri)= 172,80 manat) Bundan əlavə cavabdeh sayğacla istifadə etdiyi təbii qazın dəyərini tam ödəməmiş və nəticədə 59,00 manat borc yaranmışdır. İddiaçı Salyan RQİİ-si tərəfindən 231,80 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİİ-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb edərək izahatında bildirdi ki, təbii qazdan istifadəyə görə müqavilə İddiaçı İB ilə onun anası Heyvagül İsrəfilova arasında bağlanmışdır. Sonradan anası vəfat etdiyindən, “Azərqaz” İB ilə onun arasında yeni müqavilə bağlanmışdır. İddiaçı İB-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə gələrək onların yaşadığı ev üçün quraşdırılmış sayğacı açıb aparmış, yerinə yeni sayğac quraşdırmışlar. Çıxarılmış sayğac normal işlək vəziyyətdə olmuş, onlar tərəfindən sayğaca hər hansı formadan müdaxilə olunmamışdır. Buna baxmayaraq, çıxarılmış sayğaca görə onların abonent hesabına akt əsasında əsassız olaraq 172,80 manat borc hesablanmışdır. Hesab edir ki, həmin borc silinməlidir. İddianı 59 manat borcun tutulması hissəsində qəbul edir. Çünki, həmin məbləğ qazdan istifadə etdiklərinə görə hesablanmışdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (qaz paylayıcısı) ilə Cavabdeh (məişət qaz qurğusu istifadəçisi) arasında bağlanmış XS-24-00628/23 saylı, xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.) İş materiallarından müəyyən edilir ki, Cavabdeh fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair müqavilə bundan əvvəl onun vəfat etmiş anası X3 ilə bağlanmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli HXS SQİX ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı evi qazla təmin edən G-4 markalı sayğac çıxarılarkən onun istismar müddətinin bitdiyi müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı evin qaz sayğacının arxiv yaddaşını oxumaq mümkün deyil. Xətalar normadan artıqdır. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin yaşadığı fərdi yaşayış üzrə abonentin hesabına xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 172,80 manat borc hesablanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin yaşadığı fərdi yaşayış evi üzrə abonent hesabına 172,80 manat borc sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırılmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Cvabdehin yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc cavabdehin qanunla qorunan hüquqlarını pozur. Cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman cavabdeh tərəfindən hər hansı formada müdaxilə edilməsi X7 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 8 aya yaxın müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca cavabdeh və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, cavabdehin yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 172,80 manat borunc ondan tələb edilməsi əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. İddia tələbində və abonentin saldosundan, eləcə də cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, cavabdehin yaşadığı fərdi yaşayış evi üzrə istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmiş və cavabdehin iddiaçıya buna görə 59 manat borcu yaranmışdır. İddiaçı ilə Cavabdeh (məişət qaz qurğusu istifadəçisi) arasında bağlanmış XS-24- 00628/23 saylı, xx.xx.2023-ci il tarixli müqavilənin 3.4-cü bəndindən görünür ki, hesab istehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehin yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin ödənilməli olmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə ödənilməmiş 59 manat borcu tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənbilmiş dövlət rüsumunun 7,63 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadə görə yaranmış 59 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7,63 manat (yeddi manat altmış üç qəpik) pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(071)-836/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-836/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver