Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1154/2025 12.02.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5799824-O saylı, 17 iyul 2020ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “Soliton” mağazasından ilkin ödəniş 105 (yüz beş) AZN məbləğində olmaqla, 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 2625 (iki min altı yüz iyirmi beş) AZN məbləği olan 2 (iki) ədəd “LG” markalı kondisioner satılmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “Soliton” mağazasından ilkin ödəniş 588 (beş yüz səksən səkkiz) AZN məbləğində olmaqla, 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1720 (min yeddi yüz iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı televizor satılmışdır. Cavabdeh RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 2 (iki) ədəd “LG” markalı kondisionerin dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 105 (yüz beş) AZN məbləğində pulu və RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1 (bir) ədəd “LG” markalı televizorun dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 70 (yetmiş) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən iddiaçı qarşısında öhdəliklərini icra etməyən Cavabdeh İddiaçı olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh İddiaçı 27 dekabr 2025-ci il tarixə RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1960 (min doqquz yüz altmış) AZN məbləğində əsas borcu, 588 (beş yüz səksən səkkiz) AZN məbləğində cərimə borcu, RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 280 (iki yüz səksən) AZN məbləğində əsas borcu, 84 (səksən dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 2912 (iki min doqquz yüz on iki) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1960 (min doqquz yüz altmış) AZN məbləğində əsas borcun, 588 (beş yüz səksən səkkiz) AZN məbləğində cərimə borcunun, RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 280 (iki yüz səksən) AZN məbləğində əsas borcun, 84 (səksən dörd) AZN məbləğində cərimə borcunun, ümumilikdə 2912 (iki min doqquz yüz on iki) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və qeydiyyat nömrəsi (VÖEN) **********-dir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı tərəfindən (“Soliton” mağazası) ilkin ödəniş 105 (yüz beş) AZN məbləğində olmaqla, 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 2625 (iki min altı yüz iyirmi beş) AZN məbləği olan 2 (iki) ədəd “LG” markalı kondisioner “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 2625 (iki min altı yüz iyirmi beş) AZN məbləği olan 2 (iki) ədəd “LG” markalı kondisioneri təhvil almışdır. İş materiallarında olan RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən və ona əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 2625 (iki min altı yüz iyirmi beş) AZN məbləği olan 2 (iki) ədəd “LG” markalı kondisionerin dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 105 (yüz beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı xeyrinə ödəməlidir və müqavilənin 2.4-cü bəndinə əsasən aylıq ödəniş gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı”nın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı tərəfindən (“Soliton” mağazası) ilkin ödəniş 40 (qırx) AZN məbləğində olmaqla, 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1720 (min yeddi yüz iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı televizor “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1720 (min yeddi yüz iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı televizoru təhvil almışdır. İş materiallarında olan RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən və ona əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1720 (min yeddi yüz iyirmi) AZN məbləği olan 1 (bir) ədəd “SAMSUNG GALAXY A20S” markalı mobil telefonun dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 70 (yetmiş) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı xeyrinə ödəməlidir və müqavilənin 2.4-cü bəndinə əsasən aylıq ödəniş gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı”nın xeyrinə ödəməlidir. İş materiallarında olan 27 dekabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı 27 dekabr 2025-ci il tarixə RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1960 (min doqquz yüz altmış) AZN məbləğində əsas borcu, 588 (beş yüz səksən səkkiz) AZN məbləğində cərimə borcu, RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 280 (iki yüz səksən) AZN məbləğində əsas borcu, 84 (səksən dörd) AZN məbləğində cərimə borcu və ümumilikdə 2912 (iki min doqquz yüz on iki) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı olan borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 01 noyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 65 (altmış beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 588 (beş yüz səksən səkkiz) AZN məbləğində cərimə borcunun ödənilməsi” və RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 84 (səksən dörd) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 588 (beş yüz səksən səkkiz) AZN məbləğində cərimə borcu 100 (yüz) AZN məbləğinə” və RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi üzrə 84 (səksən dörd) AZN məbləğində cərimə borcu 15 (on beş) AZN məbləğinə”qədər azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1960 (min doqquz yüz altmış) AZN məbləğində əsas borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu, RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 280 (iki yüz səksən) AZN məbləğində əsas borc, 15 (on beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 2355 (iki min üç yüz əlli beş) AZN məbləğində borc və 39.72 (otuz doqquz yetmiş iki) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh RSK5799824-O saylı, 17 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 1960 (min doqquz yüz altmış) AZN məbləğində əsas borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu, RSK5799862-O saylı, 29 iyul 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən 280 (iki yüz səksən) AZN məbləğində əsas borc, 15 (on beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 2355 (iki min üç yüz əlli beş) AZN məbləğində borc və 39.72 (otuz doqquz yetmiş iki) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-1154/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1154/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver