Məhkəmə qərarları › İş №e-2(072)-393/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-393/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-393/2024 28.06.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş abunə və xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş abunə və xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh qarşı “rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş abunə və xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” fəslində “ərizənin baxılmamış saxlanması” hallarına dair konkret norma olmadığı üçün qeyd edilən məsələyə dair “prosessual qənaət” prinsipinə əsasən oxşar maddə (qanunun analogiyası) ilə tənzimlənən “iddia icraatı” fəslini müəyyən edən normalar iş üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materiallarını, eləcə də İddiaçı MMC-nin nümayəndəsi X1 ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, İddiaçı MMC-nin nümayəndəsi X2 ərizənin baxılmamış saxlanmasını xahiş etdiyi və Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş abunə və xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar