Məhkəmə qərarları › İş №e-2(073)-1038/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1038/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1038/2025 07.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş 47.88 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə 2590.89 manat əsas borcu, 180.76 manat faiz borcu, 15.43 manat cərimə borcu olmaqla, cəmi 2787.08 manat borcun və ödənilmiş 47.88 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyəti ərizəni əsaslandıraraq göstərmişdir ki, "xxxx" BOKT MMC-nin Azərbaycan Respublikası Mərkəzi Bankın 83 saylı Lisenziyasına əsasında fəaliyyət göstərən» İddiaçı ASC müvafiq surətdə müvəkil edilmiş X2 arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə əsasında "xxxx" BOKT MMC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mərkəzi bankının BKT-2 saylı Lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" BOKT MMC-nin müvafiq surətdə müvəkil edilmiş X1 Tələbin Güzəştli dair Müqavilə üzrə xx.xx.2024-cü il tarixli, 223/0424-0004GM təhviltəslim aktı əsasında İddiaçı ASC-yə verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə İddiaçı ASC-yə 2590.89 manat əsas borcu, 180.76 manat faiz borcu və 15.43 manat cərimə borcu yaranmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 223/0424- 0004 saylı güzəştli kredit müqaviləsinə əsasən 36 il müddətinə aylıq 1.58 faiz olmaqla 2800 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə iddiaçı Bank arasında xx.xx.2024-cü il tarixli, 223/0424-0004ZM saylı zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlərin iddiaçı cəmiyyətə olan borcunu vaxtında ödəmədiyindən onun iddiaçıya 1795,55 manat əsas borcu, 28,63 manat faiz borcu olmaqla, cəmi 1824,18 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Buna görə də iddiaçı təşkilat məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehlərdən müştərək qaydada 2590.89 manat əsas borcu, 180.76 manat faiz borcu və 15.43 manat cərimə borcu olmaqla, cəmi 2787.08 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47.88 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış problemli aktivlər (borclar) üzrə tələb hüququnun İddiaçı ASC-yə güzəşt edilməsinə dair xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə edilmiş aktdan görünür ki, "xxxx" BOKT MMC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə hüququ da 18 aprel 2024-cü il tarixli, 223/0424- 0004GM saylı təhvil-təslim aktı əsasında İddiaçı ASC-yə verilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC-nin Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 223/0424-0004 saylı kredit müqaviləsi razılaşmasından görünür ki, bankla cavabdeh arasında 2800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC-nin Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 223/0424-0004 saylı kredit müqaviləsi razılaşmasından görünür ki, bankla cavabdeh arasında 2800 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 223/0424-0004ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli, 223/0424-0004 saylı kredit müqaviləsi üzrə Cavabdeh1nun öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 banka 2590.89 manat əsas borcu, 180.76 manat faiz borcu, 15.43 manat cərimə borcu olmaqla, cəmi 2787.08 manat əsas borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 47.88 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi uzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47.88 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 223/0424-0004 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 2590.89 manat əsas borcu, 180.76 manat faiz borcu, 15.43 manat cərimə borcu olmaqla, cəmi 2787.08 manat borcun manat borcun və ödənilmiş 47.88 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar