Məhkəmə qərarları › İş №e-2(073)-1277/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1277/2024

21.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1277/2024 21.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cəlilabad rayonu Cavabdehin nümayəndəsi X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdehə qarşı Cəlilabad rayonu Cavabdeh direktoru X8 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Cavabdeh direktoru X8 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmrini ləğv edib, işə bərpa edilməsinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh direktoru X8 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmri ilə Zopun kənd E.Qasimov adına tam orta məktəbin fiziki tərbiyə müəllimi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o, *5 sentyabr 2023cü il tarixdən Zopun kənd E.Qasimov adına tam orta məktəbin fiziki tərbiyə müəllimi vəzifəsinə müddətsiz olaraq təyin olunmuş və onunla əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru X*6 onun şərəf və ləyaqətini alçaltdığına görə və hər ay ondan dərs hissə müddiri vasitəsi ilə pul qismində rüşvət tələb etdiyinə görə Cəlilabad rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və şikayət ərizəsinə məktəbin UBTR-i Dilbər Ələkbərovanın və dərs hissə müdiri olan Xalid Məmmədovun rüşvət alınması ilə bağlı səs yazısını əlavə etmişdir. Bundan sonra cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru Mais Məmmədov ona qarşı qərəzli münasibət göstərərək ona əsassız olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş və 22 fevral 2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının üzvlərini toplayaraq rəyini alacağını və onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını söyləyərək, ona məlumat vermədən 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Onun işdən azad edilməsi barədə məlumat ona 06 mart 2024-cü il tarixdə verilməklə, həmin gün əmək kitabçası ona qaytarılmış, lakin 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim olunmamışdır. Əmək kitabçasının ona verilməsindən 3-4 gün sonra o, Cəlilabad rayon Məhkəməsinə müraciət etmiş və oradan ona bildirilmiş ki, əmrin surətini aldıqdan sonra məhkəməyə müraciət oluna bilər. Bundan sonra o, Zopun kənd E.Qasimov adına tam orta məktəbin təşkilat işləri üzrə ikinci müavini Səməd Ağayevdən əmrdən çıxarışın ona verilməsini xahiş etmiş və ondan sonra əmrdən çıxarış ona verilmişdir. Həmin vaxt 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış olduqda görmüş ki, cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru X*6 əmrdə göstərmiş ki, o, məktəbə müəllim təyin olunan gündən əmək müqaviləsinə xitam verilən günə kimi əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Dərs saatları zamanı şagirdləri sinif otağında və ya idman zalında qoyub üzürsüz səbəbdən məktəbi tərk etmişdir. Sonradan məktəbdə dövlət əleyhinə ifadələr işlətmiş, siniflərdə ixtisası üzrə dərsi tədris etmək əvəzinə dini radikalizmi təbliğ etmiş, dərs zamanı sinifi tərk edib məktəbdə dəstamaz almış və namaz qılmışdır, üzürsüz səbəbdən işə çıxmamışdır. Bununlada qanunvericiliyi tələblərini pozmuşdur. 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mətnindən aydın görünür ki, cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru X5 qanunsuz hərəkətlərindən Prokurorluğa şikayət etdikdən sonra ona qarşı intiqam hissləri baş qaldırmış, ona qarşı qəzəb və nifrətini gizlədə bilməyərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mətnində belə onu cinayətdə ittiham etmiş və bu qəzəbini gizlədə bilməmişdir. Göstərilənlərə və Əmək Məcəlləsinin tələblərinə əsasən həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Belə ki, cavabdeh Zopun kənd E.Qasimov adına tam orta məktəbin direktoru X*3 onun tərəfindən Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsədə təklifə cavab verməmiş, ilkin mediasiya sessiyasında səbəbsiz olaraq iştirak etməmişdir. O, cavabdeh tərəfindən verilmiş həmin əmri əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Cavabdehin nümayəndəsi X*6 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Cavabdeh direktoru vəzifəsində işləyir. İddiaçı direktoru olduğu Cəlilabad rayonu Cavabdehdə *5 sentyabr 2023-cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimi vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanılmışdır. Lakin İddiaçı məktəbə gəldiyi ilk gün, yəni *5 sentyabr 2023-cü il tarixdə onun iş otağında onunla konflık yaratmış, səbəb isə ona şərt qoymuş ki, o həftənin müəyyən günləri dərsə gəlməyəcək, bəzi günləri məktəbdən tez gedəcək, belə ki, o iş qurmaq istəyir, dönər obyekti işlətməyi planlaşdırır və ona imkan yaradılmalıdır, həmçinin sonralar da əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı dəfələrlə dərsə gecikmiş və dərs saatlarını bitirmədən, şagirdləri nəzarətsiz qoyub dəstəmaz almağa, namaz qılmağa çıxıb getmiş, özbaşına məktəbdən ayrılıb öz şəxsi işlərinin arxasınca getmişdir. Əsas da onu gətirmişdir ki, onun əsas iş yeri “Dönərxanadır” və lazım olan vaxtlar orada olmalı və sifarişlərini vaxtında çatdırmalıdır. Soruşduqda niyə belə edirsən, deyir ki, “bunu mənə Allah deyir”, niyə əsassız narazılıq yaradırsan soruşduqda, deyir ki, “İmam Əlinin davamçısıyam”. Hamının dini, etiqadı var, amma bu əsasla iş rejimini pozmaq və ya ətrafdakılara şər, böhtan atmaq, hörmətsizlik etmək olmaz. Bu dini dəyərləri öz məqsədləri üçün istismar etməkdir. İddiaçıla üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir. Bu səbəbdən də, 06 mart 2024-cü il il tarixdə onun tərəfindən İddiaçı işdən azad olunması barədə *8 saylı əmr imzalanmışdır. O, İddiaçı işdən azad edilməsi ilə bağlı Cəlilabad rayonu Cavabdehin 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X9 iddiaya münasibət bildirərək verdiyi izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. İddiaçı ilə işlədiyi Cəlilabad rayonu Cavabdehin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı fiziki tərbiyə müəllimi vəzifəsində işə başlamışdır. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Cavabdehdə dərs hissə müdiri vəzifəsində işləyir. İddiaçı *5 sentyabr 2023-cü il tarixdən məktəbin fiziki tərbiyə müəllimi kimi işə başlamışdır. İddiaçı işə başladıqdan bir neçə gün sonra, yəni 22 sentyabr 2023-cü il tarixdə işə gəlmədiyi üçün onun barəsində təqdimat hazırlayıb məktəbin direktoruna vermişdir. Lakin sonradan ona verilən məlumatın düzgün olmadığını başa düşdükdən sonra, yazdığı təqdimata görə peşman olmuşdur. İddiaçı yaxşı müəllimdir, ona qarşı haqsızlığ olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Cavabdehdə Uşaq birliyi təşkilatının rəhbəri işləmişdir. İddiaçı da həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. Onun işlədiyi dövrlərdə bütün direktorlar müəllimləri nəzərə alırdılar, lakin hazırki direktor Mais Məmmədov nəzərə almır. Belə ki, İddiaçı uşağı xəstə olduğu üçün müəyyən tarixlərdə işə gəlməmiş və ya işdən tez çıxıb getmişdir. Bundan başqa İddiaçı məktəbdə imkan olmadığından, namaz qılmaq üçün məscidə getmişdir. Hazırki direktor Mais Məmmədov isə onları nəzərə almamışdır. İddiaçı qarşı məktəbdə çox haqsızlıqlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*7 verdiyi izahatında bildirdi ki, o, 2006-cı ildən Cəlilabad rayonu Cavabdehdə tarix müəllimi işləmiş və 20*8-ci ildən isə həmin məktəbin məktəbdən xaric və dərsdən kənar işlər üzrə direktor müavini vəzifəsində işləyir. İddiaçı da həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. İddiaçı məktəbə gəldiyi ilk günlərdən məktəbin rəhbərliyi ilə konflık yaratmış və rəhbərlik qarşısında şərtlər qoymuşdur. Belə ki, İddiaçı həftənin müəyyən günləri dərsə gəlməyəcək, bəzi günləri də məktəbdən tez gedəcəkdir. Şərtlərini də onunla əsaslandırmışdır ki, dönər obyekti işlədir və bunun üçün də ona imkan yaradılmalıdır. İddiaçı dəfələrlə əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı dəfələrlə dərsə gecikmiş və dərs saatlarını bitirmədən, şagirdləri nəzarətsiz qoyub dəstəmaz almağa, namaz qılmağa çıxıb getmiş, özbaşına məktəbdən ayrılıb öz şəxsi işlərinin arxasınca getmişdir. Əsas da onu gətirmişdir ki, onun əsas iş yeri “Dönərxanadır” və lazım olan vaxtlar orada olmalı və sifarişlərini vaxtında çatdırmalıdır. Soruşduqda niyə belə edirsən, deyirmiş ki, “bunu mənə Allah deyir”, niyə əsassız narazılıq yaradırsan soruşduqda, deyirmiş ki, “İmam Əlinin davamçısıyam”. Hamının dini, etiqadı var, amma bu əsasla iş rejimini pozmaq və ya ətrafdakılara şər, böhtan atmaq olmaz. Bu dini dəyərləri öz məqsədləri üçün istifadə etməkdir. İddiaçıla üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir. Bu səbəbdən də, 06 mart 2024-cü il il tarixdə məktəbin direktoru Mais Məmmədov tərəfindən İddiaçı işdən azad olunması barədə əmr imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 verdiyi izahatında bildirdi ki, o, *997-ci ildən Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbində, əvvəl rəhbər vəzifədə, 2009-cu ildən isə müəllim işləyir. İddiaçı da 2023-cü ilin sentyabr ayından həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. İddiaçı məktəbə gəldiyi ilk gündən məktəbin rəhbərliyi ilə söz-söhbət yaratdı. O, bir ağsaqqal kimi rəhbərlikdən və müəllimlərdən xahiş etmiş ki, İddiaçı dərs saatların elə bölüşdürsünlər ki, iddiaçı işlətdiyi dönər obyektini də idarə etməyə vaxtı olsun. Bundan sonra İddiaçı dərs saatlarını qaydasına qoymuşlar. Sonradan dəfələrlə eşitmiş, həmçinin görmüş ki, İddiaçı dərs zamanı şagirdləri sinifdə qoyub, dəhlizdə çay içmiş və dəstnəmaz almaq üçün dərs zamanı sinifdən çıxmışdır. O, bir ağsaqqam müəllim kimi İddiaçıla söhbət elədikdə, İddiaçı ondan soruşmuş ki, “bilirsən mən nə məktəbi keçmişəm”, o, da təəcüblü halda bildirmiş ki, yox bilmirəm hansı məktəb keçmisən. İddiaçı bildirmiş ki, “mən İmam Hüseyn məktəbi keçmişəm”. O, bildirmiş ki, bizlərin hamımızın dinimizə qarşı böyük hörmətimiz vardır, həmçinin aramızda namaz qılan, oruc tutan və ibadət edənlər də vardır. İddiaçı dəfələrlə əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. İddiaçıla üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə söhbətlər aparılmış və şifahi xəbərdarlıqlar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbində gözətçi işləyir. İddiaçı da həmin məktəbdə fiziki tərbiyə müəllimi işləmişdir. İddiaçı bir müəllim kimi hərəkətlərinə və danışığına diqqət yetirmir. Hətta bir dəfə İddiaçı onun nəvəsinin dərs keçdiyi sinifdə onun barəsində bildirmiş ki, “çöldə it kimi hürüşürlər”. İddiaçı hər yerdə müəllimə yaraşmayan ifadələrdən və cümlələrdən istifadə edir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin və şahidlərin izahatlarını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən verilmiş *2 yanvar 2024-cü il tarixli, 0* saylı əmrdən çıxarışdan görünür ki, məktəbin ali təhsilli fiziki tərbiyə müəllimi İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə ona töhmət elan edilmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən verilmiş 3* yanvar 2024-cü il tarixli, 05 saylı əmrdən çıxarışdan görünür ki, məktəbin ali təhsilli fiziki tərbiyə müəllimi İddiaçı *2 yanvar 2024-cü il tarixdə verilmiş intizam tənbehi “töhmət”dən nəticə çıxarmadığı üçün təkrarən intizam qaydalarını pozduğu üçün “töhmət” sonuncu xəbərdarlıq şiddətli töhmətlə əvəz edilmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh dərs hissə müdiri Xalid Qasımov tərəfindən məktəbin direktoru Mais Məmmədova yazılmış 22 sentyabr 2023-cü il tarixli təqdimatdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi dönər satmaqdan ötrü, rəhbərlikdən icazə almadan və heç bir kəsə demədən 8 və *0-cu siniflərdə dərsi ola-ola, şagirdləri tədris ocağında özbaşına qoyaraq, məktəbi tərk edib getmişdir. Bu səbəbdən də fiziki tərbiyə müəllimi İddiaçıla bağlı tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin yeni təyin olunmuş fiziki tərbiyə müəllimi İddiaçı məktəbdə ilk günlərdən və dərs cədvəlində dərslərə etiraz olaraq müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozmuş, onu rəhbərlik tərəfindən başa salmağa çalışdıqları zaman, təkrarən məktəbin direktoruna qarşı, müəllimə yaraşmayan hərəkət və kobudluq göstərərək məktəbin iş rejmini pozmuşdur. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 26 dekabr 2023-cü il tarixdə məktəbdə növbətçi olduğu halda, məktəbə 09:30-da yox, *0:*5-də gəlmiş və cədvəl üzrə 2-ci saat 6-cı sinfdə dərsi zamanı sinfi tərk edib, dəhlizdə dərs zamanı çay içdiyini ona irad bildirdikləri zaman, müəllim davranış qaydalarını kobud şəkildə pozaraq direktora hədə-qorxu gəlmiş və məktəbdə tədrisin getişatını pozmağa çalışmışdır. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəbin **-ci sinfində cədvəl üzrə 5-ci saat dərsi zamanı tədrisi yarımçıq qoyub, məktəbin həyətində dəstəmaz almışdır. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı cədvəl üzrə məktəbin 7-ci sinfində dərsi olmasına baxmayaraq, gah məktəbin dəhlizində gəzmiş, gah da müəllimlər otağına gedərək dərs zamanı çay içmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəbin 8-ci sinfində 5-ci saat dərsinin olmasına baxmayaraq, məktəbi üzrsüz səbəbdən tərk etmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 30 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 29 dekabr 2023-cü il tarixdə məktəbin 8-ci sinfində cədvəl üzrə 5-ci saat dərsinin olmasına baxmayaraq, tədrisdən yayınaraq üzrsüz səbəbdən məktəbi tərk etdiyindən izahat verilməsi tələb edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ona verilən intizam tənbehindən (töhmətdən) nəticə çıxarmayaraq, 23 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən məktəbə geçikmiş, geçikməsi ilə bağlı ondan izahat verilməsi tələb edilmiş, lakin o izahat verməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 və fiziki tərbiyə müəllimi İddiaçı 24 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 25 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 və fiziki tərbiyə müəllimi İddiaçı 25 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 və fiziki tərbiyə müəllimi İddiaçı 29 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 və fiziki tərbiyə müəllimi İddiaçı 30 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 3* yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 və fiziki tərbiyə müəllimi İddiaçı 3* yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 0* fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 və fiziki tərbiyə müəllimi İddiaçı 29, 30, 3* yanvar 2024-cü il tarixlərdə işə çıxmadıqları üçün, 0* fevral 2024-cü il tarixdə hər ikisindən hər hansı səbəbdən çıxmadıqları üçün izahat vermələri tələb edilmiş, lakin onlar izahat verməkdən imtina etmişlər. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş *4 fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 6-cı sinif şagirdlərini idman zalında nəzarətsiz qoyaraq, özü başqa otaqda dərs zamanı telefonla oynadığı üçün məktəbin direktoru tərəfindən ona irad bildirildikdə, o direktorun üzərinə hücum çəkərək ona hədə-qorxu gəlmişdir. İddiaçı dəfələrlə şifahi xəbərdarlıq və qanunamüvafiq intizam tənbehi verilməsinə baxmayaraq, o məktəbin intizam qaydalarını pozmağa davam etmişlər. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş *6 fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı *0-cu sinifdə dərs cədvəli üzrə 6-cı saat dərs zamanı qanunvericiliyin tələblərini pozaraq məktəbdə namaz qılmışdır. İddiaçı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o əməllərindən əl çəkməmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən tərtib edilmiş 20 fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı *9 fevral 2024-cü il tarixdə dərs prosesindən sonra sinif jurnalını gətirib müəllimlər otağında jurnal rəfinə qoymaq əvəzinə, sinif jurnalını idman zalında qoyaraq məktəbi tərk etmişdir. İşdə olan Cəlilabad rayonu Cavabdehin X7 22 fevral 2024-cü il tarixli, 02 saylı protokolundan çıxarışdan görünür ki, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin direktoru X** *6 fevral 2024-cü il tarixli, 0* saylı təqdimatı nəzərə alınmaqla, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. İşdə olan Cəlilabad rayonu Cavabdeh tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, *8 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və məktəbin X7 22 fevral 2024-cü il tarixli qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə son haqq hesab ödənilməsi əmr edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı heç bir üzrlü səbəb olmadan üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bunun nəticəsi olaraq Cəlilabad rayonu Cavabdehin 06 mart 2024-cü il tarixli, *8 saylı əmri ilə Nəsirov X* rayonu Cavabdehin fiziki tərbiyə müəllimi vəzifəsindən azad edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin *0-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Lənkəran * saylı Mediasiya Təşkilatının 09 aprel 2024-cü il tarixli, MŞL/MT0*4/2024-00477 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışından görünür ki, İddiaçı 29 mart 2024-cü il tarixdə ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi İddiaçı 06 mart 2024-cü il tarixdə işdən azad olunmuş, əmrin surətini aldığı vaxtdan * ay müddətində mediasiya təşkilatına müraciət etmiş və həmin əmri mübahisələndirməklə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Nəsirov X* rayonu Cavabdehin fiziki tərbiyə müəllimi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Yuxarıda qeyd olunan Əmək qanunvericiliyinin normalarının şərhindən də göründüyü kimi iddiaçının hərəkətlərində Əmək qanunvericiliyinin normalarında göstərilən həmin hallar mövcud olduğu üçün iddiaçı haqlı olaraq vəzifəsindən kənardaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdehə qarşı Cəlilabad rayonu Cavabdeh direktoru X8 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Cavabdehə qarşı Cəlilabad rayonu Cavabdeh direktoru X8 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar