Məhkəmə qərarları › İş №e-2(073)-1304/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1304/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1304/2025 25.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 vərəsəsi Cavabdeh qarşı borcun və 69.40 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 vərəsəsi Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı kredit müqaviləsi üzrə 2321.12 manat əsas borcu, 447.62 manat faiz borcu olmaqla, cəmi 2768.74 manat borcun və xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tamkart müqaviləsi üzrə 220.46 manat əsas borcu, 45.89 manat faiz borcu olmaqla, cəmi 266.35 manat borcun və 48.47 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ASC- ilə cavabdeh X3 arasında xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı kredit və xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tamkart müqavilələri imzalanmışdır. Həmin xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə illik 22 faz olmaqla, 48 ay müddətinə 3700 manat məbləğində kredit və xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tamkart sazişinə uyğun olaraq cavabdehə illik 22 faz olmaqla, 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Cavabdeh X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəlilabad rayon 1 saylı Notariat Ofisindən əldə olunan məlumata əsasən X2 vəfatından sonra Cəlilabad rayon 1 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024-cü il tarixli, 2911/2024 nömrə ilə qeyd olunan notariat ofisinə ünvanlandığı sorğusuna cavab olaraq, xx.xx.2024cü il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh olduğu müəyyən edilmişdir. Beləliklə də xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı kredit müqaviləsi üzrə 2321.12 manat əsas borcu, 447.62 manat faiz borcu olmaqla, cəmi 2768.74 manat borcun və xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tamkart müqaviləsi üzrə 220.46 manat əsas borcu, 45.89 manat faiz borcu olmaqla, cəmi 266.35 manat borcun və 48.47 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh X3 na "xxxx" ASC tərəfindən 48 ay müddətinə illik 22 faiz olmaqla 3700 manat kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tamkart müqaviləsindən görünür ki, cavabdeh X3 na "xxxx" ASC tərəfindən 36 ay müddətinə illik 22 faiz olmaqla 300 manat kredit verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, saylı kredit müqaviləsi üzrə cavabdeh X2 iddiaçı cəmiyyətə 2321.12 manat əsas borcu, 447.62 manat faiz borcu olmaqla, cəmi 2768.74 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, saylı kredit müqaviləsi üzrə cavabdeh X2 iddiaçı cəmiyyətə 220.46 manat əsas borcu, 45.89 manat faiz borcu olmaqla, cəmi 266.35 manat borcu vardır. İşdə olan 15 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, mərhum X2 vərəsəsinin ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə, 2V-598 reyster nömrəsi ilə V-192/2024 saylı Vərəsəlik işi açılmışdır. İşdə olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, mərhum X2 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 6-2-22/2-494/2025 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdeh X2 vərəsəsi Cavabdeh yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 6-2-22/2-4951/2025 saylıxəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdeh X2 vərəsəsi Cavabdeh yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci-cü il tarixli AsanPay elektron ödəniş portalından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 48.47 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 69.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı kredit müqaviləsi üzrə 2321.12 manat əsas borcu, 447.62 manat faiz borcu olmaqla, cəmi 2768.74 manat borcun və xx.xx.2022-ci il tarixli, BPM**********04 saylı Tamkart müqaviləsi üzrə 220.46 manat əsas borcu, 45.89 manat faiz borcu olmaqla, cəmi 266.35 manat borcun və 48.47 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar