Məhkəmə qərarları › İş №e-2(073)-1308/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1308/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1308/2025 25.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən cavabdehdən əsas borc üzrə 18530.8 manat, faiz borcu üzrə 1332.44 manat olmaqla, cəmi 19863.24 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149.59 manat və bank xidmət haqqına görə 0.40 manat alınaraq "xxxx" ASC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən cavabdehdən əsas borc üzrə 18530.8 manat, faiz borcu üzrə 1332.44 manat olmaqla, cəmi 19863.24 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149.59 manat və bank xidmət haqqına görə 0.40 manat alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmşidir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı əsaslandıraraq göstərmişdir ki, "xxxx" ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə, 23.9 faiz dərəcəsi ilə 18700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 18530.8 manat, faiz borcu üzrə 1332.44 manat olmaqla, cəmi 19863.24 manat borcu mövcuddur. Sonda iddiaçı qeyd edilənlərin nəzərə alınaraq, 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən cavabdehdən əsas borc üzrə 18530.8 manat, faiz borcu üzrə 1332.44 manat, cərimə borcu üzrə 0,02 manat olmaqla, cəmi 19863.24 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149.59 manat və bank xidmət haqqına görə 0.40 manat alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh illik 23.9 faiz dərəcəsi ilə, 59 ay müddətinə 18700 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 iyul 2024-cü il tarixdən 03 may 2029-cu il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 03 iyun 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh kredit müqaviləsində verilməsi nəzərdə tutulmuş 18700 manat məbləğində krediti 03 iyun 2024-cü il tarixdə "xxxx" ASC-nin “Cəlilabad” filialından almışdır. İşdə olan 17 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsi üzrə 17 fevral 2025-ci il tarixə 18530.8 manat əsas borcu, 1332.44 manat faiz borcu olmaqla, cəmi 19863.24 manat məbləğində borcu yaranmışdır. İşdə olan pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 06 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 149.59 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə, 23.9 faiz dərəcəsi ilə, 18700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 03 iyun 2024-cü il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən 17 fevral 2025-ci il tarixə cavabdehin əsas borc üzrə 18530.8 manat, faiz borcu üzrə 1332.44 manat olmaqla, cəmi 19863.24 manat borcu təşkil edir. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış kredit müqaviləsi ləğv edilməli, yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehdən tutulmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 18530.80 manat əsas borc, 1332.44 manat faiz borcu olmaqla, cəmi 19863.24 manat borc alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149.59 manat və Bank xidmət haqqının əvəzi qismində 0.40 manat da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 18530.80 (on səkkiz min beş yüz otuz manat səksən qəpik) manat əsas, 1332.44 (bir min üç yüz otuz iki manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 19863.24 (on doqquz min səkkiz yüz altımış üç manat iyirmi dörd qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149.59 (bir yüz qırx doqquz manat əlli doqquz qəpik) manat və Bank xidmət haqqının əvəzi qismində 0.40 (qırx qəpik) manat alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar