Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1455/2025 02.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 47 ABŞ dolları əsas borc, 14.90 ABŞ dolları faiz borcu, cəmi 61.96 (altmış bir dollar doxsan altı sent) ABŞ dolları borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASCin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ödəniş kartının təqdim edilməsinə dair razılaşma imzalanmışdır. Bank xx.xx.2023-cü il tarixli ödəniş kartının təqdim edilməsinə dair razılaşmaya əsasən Cavabdeh 462816**6632 nömrəli USD valyutasında kart vermişdir. xx.xx.2022-ci il tarixində tərəflər arasında bağlanmış qoşulma razılaşmasının 1.3-cü maddəsinə əsasən Müştəri tərəfindən bu razılaşmanın imzalanması ilə müştəri Bankın rəsmi saytında və ya RİS-də PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə bank hesablarına (cari, əmanət, kart) və onların açılması, aparılması, bağlanmasına dair, həmçinin, digər bank xidmətlərinə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsini oxuyaraq tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir. İddiaçı ASC tərəfindən 462816**6632 nömrəli X1 Card növlü kartın Cavabdeh istifadəsinə verilməsinə baxmayaraq cavabdeh ilkin mədaxilsiz kart sifarişinə görə nəzərdə tutulmuş xidmət haqqını ödəməmişdir. Bununla da texniki overdraft yaranmışdır. Kompleks Bank Xidməti müqaviləsinin 5.11-ci maddəsinə əsasən kart sahibi hər bir kart üçün Bank tərəfindən müəyyən edilmiş miqdarda xidmət haqqı ödəyir. Həmin xidmət haqqının Cavabdeh tərəfindən ödənilməməsi nəticəsində xx.xx.2025-ci il tarixə onun banka 47.06 USD məbləğində əsas, 14.90 USD məbləğində faiz borc olmaqla, cəmi 61.96 USD məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməməiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ödəniş kartının təqdim edilməsinə dair razılaşmasından görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh USD valyutasında kart vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixində tərəflər arasında bağlanmış qoşulma razılaşmasından görünür ki, müştəri Bankın rəsmi saytında və ya RİS-də PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə bank hesablarına (cari, əmanət, kart) və onların açılması, aparılması, bağlanmasına dair, həmçinin, digər bank xidmətlərinə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsini oxuyaraq tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq etmişdir. İşdə olan pretenziya məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı Banka 47 ABŞ dolları əsas borc, 14.90 ABŞ dolları faiz borcu, cəmi 61.96 (altmış bir dollar doxsan altı sent) ABŞ dolları borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 47 ABŞ dolları əsas borc, 14.90 ABŞ dolları faiz borcu, cəmi 61.96 (altmış bir dollar doxsan altı sent) ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi rəhbər tutulmaqla Azərbaycan manatına olan qarşılığı və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1455/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1455/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver