Məhkəmə qərarları › İş №e-2(073)-1521/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1521/2023

02.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1521/2023 02.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh12 Züzfüqar qızına, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10, Cavabdeh14 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılmaları və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh12, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10, Cavabdeh14 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılmaları və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10 və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X3 və X4, cavabdeh X5, Cavabdeh7 himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X11 və X10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlər Cavabdeh3, Cavabdeh12, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10 və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X3 və X4, Cavabdeh14, Cavabdeh7 və himayəsində olan yetkinlk yaşına çatmayan uşaqları X11 və X10 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaların, yaşayış sahəsinin boşaldılaraq iddiaçı banka təhvil verilməsinə, həmçinin cavabdehlərdən 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək, verdiyi izahatgnda göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-2504/20l5 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh3 oğuna məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2021-ci il tarixli 36 saylı hərracın yekunları barədə protokola və xx.xx.2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürülmüş sayılırlar. Göründüyü kimi cavabdehlər yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Cavabedehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar evi boşaltmaqdan imtina etmişlər. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)- 2504/20l5 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 14033- 1/480798 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 11 dekabr 2014-cü il tarixli, 14033-1/480798 saytı kredit müqaviləsi üzrə 23347,30 ABŞ dolları əsas, 2314,92 ABЄ dolları faiz, 3318,68 ABŞ dolları cərimə olmaqla, cəmi 28980,90 ABŞ dolları (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdehlər Cavabdeh3, Cavabdeh13 və Cavabdeh12 yaşadığı Cəlilabad şəhəri, M.Hadi küçəsi, istifadədə olan 0.06 torpaq sahəsində yerləşən 145,4 kv/m ümumi, 76 kv/m yaşayış, 69,4 kv/m köməkçi sahədən ibarət 4 otaqlı, 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamə icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdehin digər əmlakları hesabına ümumi qaydada icra edilməsi qət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və 145.40 kv.metrdən ibarət fərdi yaşayış evi İddiaçı ASC-in mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-2504/20l5 saylı icra vərəqəsinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2021-ci il tarixli 36 saylı hərracın yekunları barədə protokola və xx.xx.2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər iddiaçı bankın mülkiyyətində olan yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Cavabedehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar evi boşaltmaqdan imtina etmişlər. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olduğu qeyri-yaşayış sahəsindən maneəsiz istifadə edilməsinin təmin edilməsi və kənar şəxslərin ona mənsub əmlakdan sahiblik etməyinə son qoyulmasgna dair tələbində tamamilə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10 və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X3 və X4, cavabdeh X5, Cavabdeh7 himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X11 və X10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh12, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, X17, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10 və himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X8 və X9, Cavabdeh14, Cavabdeh7 və himayəsində olan yetkinlk yaşına çatmayan uşaqları X18 və X1 şəhəri, M.Hadi küçəsi, ev 41 ünvanında yerləşən yaşayış sahəsindən (fərdi yaşayış evindən) əşyaları ilə birlikdə çıxarılsınlar, həmin yaşayış sahəsi (fərdi yaşayış evi) boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh12, Cavabdeh9, Cavabdeh6, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh10, Cavabdeh14, Cavabdeh7 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Єirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar