Məhkəmə qərarları › İş №e-2(073)-1677/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1677/2024

26.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1677/2024 26.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X10 qarşı cavabdeh X15 tərəfindən ona məxsus mənzildən normal istifadə etməsinə maneənin qadağan edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X10 qarşı cavabdeh X7 və ailə üzvləri X12 və X13 ona və qızı X8 qarşı yönəldilmiş ona məxsus mənzildən normal istifadə etmələrinə maneçilik törətməsinə dair özbaşına hərəkətlərinin qardağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmşidir. İddiaçı nümayəndəsi X14 iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh X15 tərəfindən ona məxsus mənzildən normal istifadə etməsinə maneənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı nümayəndəsi X5 vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi X14 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı məxsus Cəlilabad rayonu Qarazəncir kəndində 0,50752 ha torpaq sahəsində 192,5 kv.m sahəsi olan yaşayış evi vardır. İddiaçı həmin yaşayış sahəsini qızı X8 vəsiyyət etmiş, digər övladları da vərəsə payından X5 xeyrinə imtina etmişlər. Lakin İddiaçı oğlu cavabdeh X15 iddiaçıya və ona həmin mənzildən normal istifadə etmələrinə maneçilik törədir və mənzilə ziyan vuraraq onlara əziyyət verir. Belə ki, həmin mənzilin iddiaçı tərəfindən ona verilməsinə cavabdeh narazılıq yaradaraq bununla razılaşmadığından, onların Bakı şəhərində yaşamalarından və evdə olmamalarından istifadə edərək qərəzli şəkildə, iddiaçıya məxsus həmin evdən və həyətyanı torpaq sahəsindən istədiyi formada istifadə edir, bilərəkdən evin darvazasını açıq saxlayır. Bu hallar da iddiaçının narahatçılığına səbəb olmaqla, onun mülkiyyət hüquqlarını pozur. O, İddiaçı xidmət edərək qulluğunda durur. Bunu ailənin digər övladları da təsdiq edirlər və ona görə də iddiaçının bütün övladları həmin mənzilin ona verilməsinə etiraz etməmişlər. X2 İddiaçı və ona qarşı özbaşınalıq etməkdən və maneələr yaratmaqdan əl çəkmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi X5 izahatına əlavəsi olmadığını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi X5 vəkili Vəkil iddianın təmin olunmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq cavabdeh X15 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, **********74-10301 saylı çıxarışdan görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndində İddiaçı, Cavabdeh, X9, X3 və X1 ümumi birgə mülkiyyətlərində 192,5 kv.m fərdi yaşayış evi və 0,50752 ha torpaq sahəsi vardır. İşdə olan ərizələrdən görünür ki, X17, X11 və X16 vərəsə payından bacıları X5 xeyrinə imtina etmişlər. İşdə olan 07 oktyabr 2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qızı X8 vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı mülkiyyətində Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 0,50752 ha torpaq sahəsində 192,5 kv.m sahəsi olan yaşayış evi vardır. İddiaçı həmin yaşayış sahəsini qızı X8 vəsiyyət etmiş, digər övladları da vərəsə payından X5 xeyrinə imtina etmişlər. Lakin cavabdeh X15 iddiaçının özünə məxsus həmin evi qızı X8 vəsiyyət etməsinə narazılıq yaradaraq bununla razılaşmadığından, iddiaçının Bakı şəhərində yaşamasından və evdə olmamasından istifadə edərək qərəzli şəkildə, iddiaçıya məxsus həmin evdən və həyətyanı torpaq sahəsindən istədiyi formada istifadə edərək, bilərəkdən evin darvazasını açıq saxlamaqla iddiaçıya müəyyən maneəllər yaradır. Bu hallar da iddiaçının narahatçılığına səbəb olmaqla, onun mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları və X4 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus 192,5 kv.m fərdi yaşayış evindən və 0,50752 ha torpaq sahəsindən sərbəst istifadə etməsinə, cavabdeh X15 tərəfindən hər hansı bir maneənin yaradılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X6 tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus 192,5 kv.m fərdi yaşayış evindən və 0,50752 ha torpaq sahəsindən sərbəst istifadə etməsinə, cavabdeh X15 tərəfindən hər hansı bir maneənin yaradılması qadağan edilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh X6 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar