Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-206/2025 21.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçılar-«EYÇ A KOMPANİ, İNK” şirkətinin Azərbaycan Respublikasındakı filialının və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar-«EYÇ A KOMPANİ, İNK” şirkətinin Azərbaycan Respublikasındakı filialı və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) manat yanlış ödənilmiş müavinət məbləğinin tutularaq İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar-«EYÇ A KOMPANİ, İNK” şirkətinin Azərbaycan Respublikasındakı filialının və İddiaçı2 nümayəndəsi Vəkil 08 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmədə iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 10 may 2024-cü il tarixdən birgə İddiaçı1 (VÖEN **********) şirkətində bölmə rəhbəri vəzifəsində çalışır. İddiaçı2 qanuvericiliyə uyğun olaraq, hamiləliyə və doğuşa görə sosial müavinət təyin edilmiş və ona SN 00008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. Lakin xx.xx.2024-cü il tarixdə hesab nömrəsi sistemə səhv daxil edilərək həmin sənəd xx.xx.2024-cü il tarixdə ödənişə göndərilmişdir. Sistemə səhv daxil edilmiş hesab nömrəsi İddiaçı1 (VÖEN **********) Azərbaycan Respublikası filialında Merçendayzer vəzifəsində çalışan Cavabdeh məxsus olmuş və sonuncunun hesabına yanlışlıqla 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) məbləğ mədaxil olunmuşdur. Bununla bağlı cavabdeh ilə dəfələrlə əlaqə saxlanılıb, köçürülən məbləğin ona aid olmadığı bildirilsə də, lakin Cavabdeh həmin məbləği artıq istifadə etdiyini və geri ödəməyəciyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Sığorta və Fərdi Uçotu üzrə Mərkəzi filialı tərəfindən İddiaçı2 ad, soyad, FİN(fərdi identifikasiya nömrəsi) barədə məlumatları düzgün yoxlanılmadan əməliyyat həyata keçirilmişdir. Lakin Cavabdeh hər iki iddiaçı tərəfindən dəfələrlə müraciət edilərək yanlışlıqla onun hesabına köçürülmüş 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) məbləğ geri tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən, mediasiyaya müraciət edilmiş, lakin cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus müavinət məbləğini mənimsəyərək əsassız olaraq varlanmış, onun hesabına yanlışlıqla köçürülmüş və əmək qanunvericiliyi ilə İddiaçı2 hüququ olan müavinət məbləğini ödəməkdən boyun qaçıraraq öhdəliyini icra etməmişdir. Nəticədə isə İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındaki filialı müavinət məbləğini yenidən ödəməli olduğundan hər iki iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.. Cavabdeh 30 oktyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı 07 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının vaxtının uzadılması və onun iştirakı olmadan keçirilməməsini xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 13 dekabr 2024-cü il tarixə, saat 10:30-a təyin edilmiş, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Mülki işin 09 yanvar 2025-ci il tarixə, saat 10:00-a və 21 yanvar 2025-ci il tarixə saat 09:30-a təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə də Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialına məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Cavabdeh və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, İddiaçı2 10 may 2022-ci il tarixdən İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındaki filialının “Danone LLC” layihəsində əsas iş yeri olmaqla “bölmə rəhbəri” vəzifəsində çalışır və işçinin aylıq əmək haqqısı 1616.80 (min altı yüz on altı manat səksən qəpik) manat təşkil edir. İş materiallarında olan “Hamiləliyə və doğuşa görə sosial müavinətin verilməsi barədə” əmrdən görünür ki, İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındaki filialında çalışan İddiaçı2 23 may 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək 126 (bir yüz iyirmi altı) təqvim günü müddətinə hamiləliyə və doğuşa görə sosial məzuniyyət verilmişdir. İş materiallarında olan İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındaki filialında Müavinət təyin edilməsi üzrə komissiyasının iclasının 06 iyun 2024-cü il tarixli, 008 saylı protokolundan görünür ki İddiaçı2 hamiləliyə və doğuşa görə 2024-cü ilin may ayının 23dən 2024-cü il sentyabr ayının 25-dək əlavə müavinət verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialına ünvanlanmış 19 iyul 2024-cü il tarixli arayışdan görünür ki, EYÇ A KOMPANİ, İNK” şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) manat ödənilmiş müavinətin geri qaytarılması üçün bank rekvizitlərinin göndərilməsi, məbləğ geri qaytarıldıqdan sonra sistemə daxil edilən sənədlərin etibarsız hesab edilməsi və doğru şəkildə daxil edildikdən sonra X1 müavinəti almasına köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdalıq məktubundan görünür ki, Cavabdeh 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) manat yanlış ödənilmiş müavinət məbləğinin 3 gün ərzində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındaki filialının nümayəndəsi Vəkil “Yanlış ödənilmiş müavinət məbləğinin geri qaytarılması və s.” tələbi üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiyanın keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci və 10 manatı poçt xərcini ödəmişdir. Lakin Cavabdeh və Azərbaycan Respublikasındaki filialı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialının nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 şirkətinin Azərbaycan Respublikasındaki filialında bölmə rəhbəri vəzifəsində çalışan İddiaçı2 hamiləliyə və doğuşa görə 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) manat müavinət təyin edilmişdir. Lakin həmin müavinət İddiaçı2 hesabına köçürülməli olduğu halda səhvən İddiaçı1 şirkətinin Azərbaycan Respublikası filialında merçendayzer vəzifəsində çalışan Cavabdeh hesabına köçürülmüşdür. Bununla bağlı iddiaçılar tərəfindən cavabdehdən köçürülən məbləğin ona aid olmadığı və geri qaytarması tələb edilsə də, lakin Cavabdeh həmin məbləği artıq istifadə etdiyini bildirmiş və geri qaytarmamışdır. Nəticədə iddiaçılar-«EYÇ A KOMPANİ, İNK” şirkətinin Azərbaycan Respublikasındakı filialı və İddiaçı2 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) manat yanlış ödənilmiş müavinət məbləğinin alınaraq İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, «EYÇ A KOMPANİ, İNK” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən texniki səhvə yol verilərək Cavabdeh bank hesabına 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) manat pul vəsaiti köçürülmüş və həmin vəsait nəticəsində cavabdeh əsassız varlanmışdır. Cavabdeh isə hesabına səhvən köçürülmüş pul vəsaitini istifadə etmiş və həmin vəsaiti İddiaçı2 qaytarmamışdır. Belə olan halda, iddiaçılar-«EYÇ A KOMPANİ, İNK” şirkətinin Azərbaycan Respublikasındakı filialı və İddiaçı2 Cavabdeh hesabına səhvən köçürülmüş vəsaiti tələb etməkdə haqlıdırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavaddeh Cavabdeh hesabına səhvən ödənilmiş 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) manat vəsait ondan tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13070.21 (on üç min yetmiş manat iyirmi bir qəpik) manat yanlış ödənilmiş müavinət məbləği tutularaq İddiaçı2 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-206/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-206/2025
21.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver