Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2091/2024 21.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və hüquqi qiymət verilməsi, Cavabdeh1 mənzildən məcburi çıxarılması, mənzilin giriş qapısının açarlarının bir nüsxəsinin ona verilməsinə, həmin mənzilin qanunla ona düşən payının hüququndan istifadə etməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən mənzildəki mülkiyyət payının kompensasiya olunmuş dəyərinin Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə yenidən ərizə ilə müraciət edərək, hazırda Cavabdeh2 və başqalarına qarşı heç bir şikayəti və tələbinin olmadığını, aralarında barışıq olduğunu bildirmiş və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırlıq icraatında olduğuna görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı müharibə veteranı olduğuna görə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edilmişdir. İşdə olan xx.xx.1998-ci il tarixli, 016062 saylı vəsiqənin surətindən görünür ki, iddiaçı müharibə veteranıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 qarşı mülkiyyət payının kompensasiya olunmuş dəyərinin alınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2091/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2091/2024
21.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver