Məhkəmə qərarları › İş №e-2(073)-218/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-218/2024

07.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-218/2024 07.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlu sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “S.S.S-TTAS" MMC-yə qarşı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “S.S.S-TTAS" MMC-yə qarşı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsaslanan xx.xx.2023cü tarixli əmrin ləğv edilməsinə, əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iddiaçının öz xahişi ilə xitam verilməsi, iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqqlarının ödənilməsinə, məhkəmə qətnaməsi qəbul olunub icra olunanadək işləmədiyi günlərə görə aylıq əmək haqqının, son haqq-hesabın hesablanıb ödənilməsinə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə, mediasıya xərci üçün ödədiyi 50 (əlli) manat, nümayəndəyə etibarnamə verilməsi üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğin cavabdehdən alınaraq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiєdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “S.S.S-TTAS" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən cavabdeh “S.S.S-TTAS" MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müəssisədə son aylar əmək haqqları gecikdirilməyə başlanmış və buna görə işçilər ilə müdriyyət arasında haqlı narazılıqlar başlamışdır. Buna görə də müdriyyət narazılıq edən şəxsləri çağıraraq, işçilərə öz xahişləri ilə ərizə yazıb işdən çıxmalı olduqlarını bildirmişdir. O (iddiaçı) da 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoru X2 şəxsən təqdim etmişdir. Direktor ona şirkətdən heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd etməsini demişdir. O (iddiaçı) direktorla razılaşmamış, işə giriş-çıxış kartı ondan (iddiaçıdan) alınmış və bundan sonra iş yerinə daxil ola bilməmişdir. Lakin əmr, son haqq-hesab və əmək kitabçası ona verilməmişdir. Bundan dərhal sonra xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 şikayət ərizəsi (3 aylıq əmək haqqını ala bilməmək, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyi, müraciət etdiyi gündən işə giriş kartının ondan alındığı üçün iş yerinə daxil ola bilməməyi və s.) ilə müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfindən araşdırma başlandıqdan sonra qeydiyyatda olduğu ünvana xx.xx.2023-cü il tarixdə cavabdeh şirkətin direktoru X1 teleqram gəmişdir. Teleqramın mətinində qeyd edilir ki, «Hörmətli Nərmin xanım özbaşına 6 ay ərzində 370 iş saatı işdə olmadığınıza, şirkətə ziyan vurduğunuza görə və dəfələrlə sizə xəbərdarlıq olmağına baxmayaraq hazırda özbaşına iş yerinə gəlmədiyinizə və sizdən xəbər olmadığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq haqqınızda tədbir görüləcək». Bundan sonra ünvanına (iddiaçının) ikinci teleqram gəlmişdir. Həmin teleqramın mətnində qeyd edilir ki, «Əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiniz, siz Azərbaycan Respublikasıınn Qanunlarına uyğun işdən azad edilirsiz, şirkətə vurduğunuz zərər (370 saat) sizin hesabınızdan tutulacaq». Sonradan əmək müfəttişliyi tərəfindən ona (iddiaçıya) şifahi bildirilmişdir ki, əmək müqaviləsinə xx.xx.2023cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. 24 avqust 2023-cü il tarixdən öz xahişi ilə işdən azad olma barədə ərizə ilə müraciət etməyinə baxmayaraq təxminən 45 gün sonra əmək müqaviləsinə qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-cı maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı 510307******8599 saylı X8 Salary kartına xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 12418.67 manat vəsait mədaxil olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işlədiyi "xxxx" MMC-dən 3 ayın əmək haqqını ala bilmədiyini, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyini, müraciət etdiyi gündən işə giriş kartının ondan alnıdığı üçün iş yerinə daxil ola bilmədiyini bildirmiş və bununl bağlı köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilmədiyini və son haqq-hesabının ödənilmədiyini bildirmişdir. İşdə olan İddiaçı tərəfindən Xətai Rayon Prokurorluğuna ünvanlanmış şikayətdən görünür ki, İddiaçı şikayətində xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də sənədlər üzrə mütəxəsis vəzifəsində işə başladığını, işlədiyi Cavabdeh MMC-də mütəmadi olaraq son 3 ayın əmək haqqını ala bilmədiyini, əmək müqaviləsinə xitam verilməsi və son haqqhesabın ödənilməsi üçün müəssisəyə yazılı ərizə ilə müraciət etsə də, əmək müqaviləmə xitam verilmədiyini, xx.xx.2023-cü ildə yenidən yazılı ərizə ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməyinə baxmayaraq heç bir nəticə olmadığını, əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə yazılı müraciət etdiyi gündən işə giriş kartı ondan alındığı üçün iş yerinə daxil ola bilmədiyini, işlədiyi Cavabdeh MMC əmək müqaviləsinə rəsmi qaydada xitam vermədiyi üçün yeni işə başlamağının da hal-hazırda mümkün olmadığını, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə X5 əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi üçün müraciət etsə də, ünvanladığı hər iki müraciətin cavablandırılmadığını göstərərək, Cavabdeh MMC-nin qanunsuz əməllərinə son qoyualmasını, əmək müqaviləsinə xitam verilməsinə və son haqq-hesabın ona (iddiaçıya) ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. İşdə olan X4 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramın surətindən görünür ki, əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiyinə görə Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq İddiaçı işdən azad edilməsi və şirkətə vurduğu zərərin (370 saat) onun hesabından tutulacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-nin direktoruna ünvanladığı həmin ərizəsində işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli əmrin təsdiq olunmuş surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarxli məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mğdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X6 Xidmətinin Bakı şəhər idarəsində baxılmşdır. Müraciətin araşdırılması ilə əlaqədar ətraflı məlumat verilməsi məqsədilə Cavabdeh MMC-nin ünvanına (ünvan 433232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və müvafiq qaydada 4 saylı Bakı DOST Mərkəzində izahat və ödəniş kartı üzrə çıxarış təqdim edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanüna (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 54) 3-17-5/2-33417/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə çatdırılsa da tələb olunan sənədlər təqdim olunmadığından müraciətin araşdırılması mümkün olmamışdır. Ərizəçiyə aid tələb olunan müvafiq sənədlər Cavabdeh MMC tərəfindən təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Həmçinin, araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq ” altsisteminə baxış keçirilərkən, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) əsasən xx.xx.2023-cü il tarixdə xitam verildiyinə dair bildirişin mövcud olduğu müəyyən edilmişdir. Bununla yanaşı İddiaçı əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilməsi barədə ərizənin Cavabdeh MMC-nin rəhbərliyinə təqdim edilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələlərə münasibət bildirmək mümkün olmadığı, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların| dayandırılması haqqında» 2015-ci il 20 oktyabr tarixli 1410-lVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2024-cü il tarixədək dayandırıldığından göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan mədaxil orderindən görünür ki, Nərmin Hüseyinli tərəfindən notariat xidməti üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat ödənilmişdir. İşdə olan qəbzdən görünür ki, İddiaçı tərəfindən mediasiya xərci üçün 55 (əlli beş) manat ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı işlədiyi “S.S.S-TTAS" MMC-yə öz xahişi ilə işdən azad edilməsi barədə ərizə ilə müraciət etmiş, şirkət rəhbərliyi tərəfindən iddiaçıya ərizəsində şirkətdən heç bir tələbinin olmadığı və gələcəkdə də olmayağacı barədə qeyd edilməsi təklif olunmuş, lakin iddaçı həmin təkliflə razılaşmamışdır. Bundan sonra şirkət rəhbərliyi tərəfindən iddaçıdan işə giriş-çıxış kartı alınmış və iddiaçı iş yerinə daxil ola bilməmişdir. İddiaçı tərəfindən işdən azad olunması barədə şirkətə ərizə verilsə də, iddiaçının işdən azad edilməsi barədə əmrin surəti, son haqq-hesab və əmək kitabçası iddiaçıya verilməmişdir. Buna görə də, iddiaçı xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işlədiyi "xxxx" MMC-dən 3 ayın əmək haqqını ala bilməməsi, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyini, müraciət etdiyi gündən işə giriş kartı ondan alındığı üçün iş yerinə daxil ola bilməməsi, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməməsi və son haqq-hesabının ödənilməməsi barədə müraciət etmişdir. İddiaçının müraciətinə X6 Xidmətinin Bakı şəhər idarəsində baxılmış və müraciətin araşdırılması ilə əlaqədar ətraflı məlumat verilməsi məqsədilə Cavabdeh MMC-nin ünvanına (ünvan 433232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və müvafiq qaydada 4 saylı Bakı DOST Mərkəzində izahat və ödəniş kartı üzrə çıxarış təqdim edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 54) 3-17-5/2-33417/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə çatdırılsa da tələb olunan sənədlər təqdim olunmadığından müraciətin araşdırılması mümkün olmamışdır. Ərizəçiyə aid tələb olunan müvafiq sənədlər Cavabdeh MMC tərəfindən təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəyi barədə iddiaçıya bildirilmiş və araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq ” altsisteminə baxış keçirilərkən, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç»bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) əsasən xx.xx.2023-cü il tarixdə xitam verildiyinə dair bildirişin mövcud olduğu müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilməsi barədə ərizənin Cavabdeh MMC-nin rəhbərliyinə təqdim edilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələlərə münasibət bildirmək mümkün olmadığı, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların| dayandırılması haqqında» 2015ci il 20 oktyabr tarixli 1410-lVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2024-cü il tarixədək dayandırıldığından göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə əsasların olduğu müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh şirkətə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, onun işdən azad olunması barədə ərizənin və işçinin əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğu verilsə də, cavabdeh şirkət tərəfindən məhkəmə sorğusuna cavab verilməmişdir. İşin yuxarıda göstərilən hallarından görünür ki, İddiaçı ilə cavabdeh şirkət arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi üçün əsaslar olmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh şirkət əmrin surətini və əmək kitabçasını iddiaçıya verməməklə iddiaçını başqa işlə təmin olunmaqdan məhrum etmiş və bunun da nəticəsində iddiaçı işsiz qalmış və aylıq gəliri olmadığına görə iddiaçı maddi ziyan çəkmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, itsehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektvinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə evni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları qeyd olunur ki, bunlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 292-ci maddəsinin l-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri:

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən:

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.KMQ9

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarında qeyd edilir ki, “Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zərf tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatı-sərəncamverici səlahiyyətlə malik olur. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə hesab edir ki, idda əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «ç» bəndi ilə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü tarixli əmri ləğv edilsin. Həmin əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən İddiaçı ərizəsinə əsasən xitam verilmiş hesab edilsin. Cavabdeh MMC tərəfindən iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqqları, son haqq-hesab, məhkəmə qətnaməsi icra olunandək işləmədiyi günlərə görə əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc məbləği hesablanaraq İddiaçı ödənilsin. Notariat xidməti üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat pul və 50 (əlli) manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar