Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-219/2024 22.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X4 qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəəmyə müraciət edərək, cavabdeh X4 atrıq ödənilmiş 412.28 (dörd yüz on iki manat iyirmi səkkiz qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdeh X3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə iddiaçı “Kapital Bank" ASC arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanılmış və cavabdeh Bankda Cəlilabad rayon filialının Mikro kredit bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əlavəyə əsasən cavabdeh Bankın Cəlilabad rayon filialının Mikro kredit bölməsinin rəhbəri vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində Bankın Cəlilabad rayon filialında Mikro kredit bölməsinin rəhbəri vəzifəsində işləyən cavabdehlə bağlanılmış əmək müqailəsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Son haqq-hesab hesablanarkən hesablamada səhvə yol verilmiş və cavabdehə 412.28 manat məbləğində artıq pul ödənilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə həmin ay üzrə işlənmiş 4 iş günü (01-04 may 2023), 1 gün əmək məzuniyyəti (xx.xx.2023) və bonus üzrə 1228.68 manat hesablanmış, məcburi tutulmalardan sonra kart hesabına 1076.81 manat köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə işlənmış 9 iş günü (08-19 may 2023) və istifadə edilməmiş 9.2 məzuniyyət günü üçün 1284.86 manat hesablanmış, məcburi tutulmalardan sonra kart hesabına 1125.40 manat köçürümüşdür. İşçi 10-18 may 2023-ci il tarixlərində faktiki olaraq iş yerində olmasa da (ödənişsiz məzuniyyətdə olub), ona əmək haqqı hesablanmışdır. Əməkdaşa faktiki olaraq ödənişsiz məzniyyətdə olduğu dovr üzrə (10.05-18 05.2023-cü il) 7 iş günü üçün məcburi tutulmalardan sonra 412.28 manat artıq vəsait ödənilmişdir. Dələlərlə cavabdehə həmin pul vəsaitinin geri qaytarılması bildirilsə də, qarşı tərəf həmin vəsaiti qaytarmağa heç bir münasibət bildirməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287, 288, 294, 290 və 296-cı maddələrinə istinad edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Kapital Bank" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh X1 haqq-hesabı barədə məlumat aşağıdakı kimidir: xx.xx.2023-cü il tarixdə həmin ay üzrə işlənmiş 4 iş günü (01-04 may 2023), 1 gün əmək məzuniyyəti (xx.xx.2023) və bonus üzrə 1228.68 manat hesablanmış, məcburi tutulmalardan sonra kart hesabına 1076.81 manat köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə işlənmış 9 iş günü (08-19 may 2023) və istifadə edilməmiş 9.2 məzuniyyət günü üçün 1284.86 manat hesablanmış, məcburi tutulmalardan sonra kart hesabına 1125.40 manat köçürümüşdür. İşçi 10-18 may 2023-ci il tarixlərində faktiki olaraq iş yerində olmasa da (ödənişsiz məzuniyyətdə olub), ona əmək haqqı hesablanmışdır. Əməkdaşa faktiki olaraq ödənişsiz məzniyyətdə olduğu dovr üzrə (10.05-18 05.2023-cü il) 7 iş günü üçün məcburi tutulmalardan sonra 412.28 manat artıq vəsait ödənilmişdir. İşdə olan “Kapital Bank" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 848-k saylı əmrin surətindən görünür ki, X5-Bankın Cəlilabad rayon filialında Mikro kredit bölməsinin rəhbəri ilə bağlanılmış əmək müqailəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə xitam verilməsi, əmək məzuniyyətinin istifadə edilməmiş 9.2 təqvim günü kompensasiya olaraq ödənilməsi əmr edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, X5 “Kapital Bank" ASC Bankın Cəlilabad rayon filialının Mikro kredit bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavədən görünür ki, X5 “Kapital Bank" ASC Bankın Cəlilabad rayon filialının Mikro kredit bölməsinin rəhbəri vəzifəsinə keçirilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, cavabdeh X5 ilə iddiaçı “Kapital Bank" ASC arasında imzalanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanılmış və cavabdeh Bankda Cəlilabad rayon filialının Mikro kredit bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əlavəyə əsasən cavabdeh Bankm Cəlilabad rayon filialının Mikro kredit bölməsinin rəhbəri vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində Bankın Cəlilabad rayon filialında Mikro kredit bölməsinin rəhbəri vəzifəsində işləyən cavabdehlə bağlanılmış əmək müqailəsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Son haqqhesab hesablanarkən hesablamada səhvə yol verilmiş və cavabdehə 412.28 manat məbləğində artıq pul ödənilmişdir. Həmin vəsaitin tələb edilməsinə baxmayaraq cavabdeh vəsaiti ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin d) bəndinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi barədə fikir ayrılıqları əmək mübahisəsi hesab edilir. Həmin Məcəllənin 290-cı maddəsinin 1-ci hissəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 atrıq ödənilmiş 412.28 (dörd yüz on iki manat iyirmi səkkiz qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(073)-219/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-219/2024
22.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver