Məhkəmə qərarları › İş №e-2(073)-2453/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2453/2025

29.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2453/2025 29.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında Cəlilabad şəhəri, Babək küçəsi 65 ünvanda yerləşən torpaq sahəsi barəsində Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-995 nömrəli alqı–sqtqı müqaviləsi etibarsız hesab olunması və onun əsasında ƏMDK yanında DƏDRXnin Cəlilabad rayon 8 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə Cavabdeh adına verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad şəhəri, Babək küçəsi 65 ünvanda yerləşən 0.02 ha torpaq sahəsi uzun illər iddiaçının babası X2, babası rəhmətə getdikdən sonra isə nənəsi X1 faktiki istafadəsində olub. Babası həmin torpaq sahəsinin üzərində ikimərtəbəli ev tikib. Həmin ev bu gün də yerindədir. Ancaq nənəsınin ölümündən sonra tanımadığı adamlar həmin torpaq sahəsini saxta yollarla özəlləşdirərək torpaq sahəsini və onun üzərindəki babasına məxsus evi ələ keçirib. Belə ki, qeyd etdiyi torpaq sahəsi iddiaçının babasının adına olan həyətin tərkibində olmuş, babasının həyəti ilə həmin torpaq sahəsi arasında heç bir ayırıcı sərhəd (hasar, çəpər və ya digər vasitə) olmamış, həmin torpaq sahəsi faktiki olaraq babasının həyəti olmuşdur. BabasıX5 oğlu xx.xx.1999-cu il tarixdə, nənəsı X3 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. O onların yeganə vərəsələridir və onların bütün mirası, həmçinin, Cəlilabad şəhəri, Babək küçəsi 65 ünvanda yerləşən torpaq sahəsi üzərində babasının tikdiyi ikimərtəbəli ev ona məxsusdur. Ancaq nənəsinin ölümündən az sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad rayon 8 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə Məmmədova Tünzalə Vəkilağa qızının adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarış verilmişdir. Torpaq sahəsini saxta yollarla ələ keçirən şəxslər onların divarını uçurub oraya darvaza qoymuşlar, həyətlərini bölərək aradan divar çəkmişlər, həmin torpaq sahəsi üzərindəki ikimərtəbəli evi də ələ keçirərək ona sahiblik edirlər, evi təmir edirlər. Bu qədər qısa zamanda bu torpağı bu şəxslərə kim satdı, hansı əsala satdı, hansı alqı-satqı müqaviləsi ilə satdı, məlum deyil. O Cəlilabad Rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, oradan şifsahi olaraq ona bildirmişlər ki, onlarda belə bir alqı-satqı olmayıb. Onlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad rayon 8 saylı Ərazi İdarəsinə həmin çıxarışın verilməsi üçün əsas olmuş alqı-satqı müqaviləsinin (ilkin alqı-satqı müqaviləsi də daxil olmaqla) surətini almaq üçün müraciət etsələr də İdarədən onlara bildirmişlər ki, Cəlilabad şəhəri, Babək küçəsi 65 ünvanda yerləşən 0,02 ha torpaq sahəsi Cəlilabaad Bələdiyyəsinin 29 noyabr 2013-cü il tarixli iclas protokolunun 13 saylı Qərarına əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Məmmədova Tünzalə Vəkilağa qızının adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, 4Ə-995 nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh adına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Cəlilabad şəhəri, Babək küçəsi 65 ünvanda yerləşən 0.02 ha torpaq sahəsi üzərində hər hansı fərdi yaşaylş evinin hüquqları dövlət qeydiyyatına alınmamışdır. İdarə sənədlərin surətinin ancaq məhkəmə qərarı əsasında verilməsinin mümkünlüyünü bildirmişdir. O həmin şəxslərdən əmlakını tələb etsə də onlar onu ölümlə hədələyərək qovdular. O yetim, sahibsiz bir qızdır. Xəstə anasından başqa onun heç kimi yoxdur. O da yataq xəstəsidir. Evini və torpağını ələ keçirən şəxslər onun kimsəsizliyindən istifadə edərək istədiklərini edirlər. Artıq onun məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmayıb. Ona görə xx.xx.2024-cü il tarixli, 4Ə-995 nömrəli həmin alqı–satqı müqaviləsi etibarsız hesab olunmalı və onun əsasında ƏMDK yanlnda DƏDRXnin Cəlilabad rayon 8 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə Cavabdeh adına verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalıdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın mahiyyətini, habelə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, keçirilmiş məhkəmə iclaslarında, həmin iclaslarda tərəflərlə aparılmış müzakirələr ilə müəyyən edilmişdir ki, Notariat Ofisində bağlanmış alqı–satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında ƏMDK yanında DƏDRX-nin Cəlilabad rayon 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv olunması tələbinin əsl mahiyyəti inzibati orqan tərəfindən icra edilən hərəkətlərin düzgün aparılıbaparılmadığının müəyyən edilməsidir. İddianın əsl mahiyyəti bələdiyyə tərəfindən evin qanunsuz olaraq Məmmədova Tünzalə Vəkilağa adlı şəxsə satılmasıdır ki, bu da bələdiyyənin torpağın satılması barədə qərarının (inzibati aktının) inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsini zəruri edir. Bu barədə məhkəmənin əvvəlki hazırlıq iclaslarında iddiaçının vəkilləri və cavabdeh ilə məhkəmə tərəfindən müzakirələr aparılmışdır və məhkəmə tərəfindən tərəflərə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmalı olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan ödəniş üəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati xarakterli mübahisələrə aid olduğundan iş üzrə icraata xitam verilməlidir, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır və ona inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 266-268-ci maddələrini və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə maidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarında göstərilmiş hüquqi mövqeni rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya müvafiq tələb ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (xx.xx.2025-ci il tarixli 1- ********** saylı ödəniş qəbzi) iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar