Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-285/2024 02.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı məhkəmədə iddia qaldıraraq onunla "AccessBank” QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ №0880906 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116 kv/m olan fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılaraq "AccessBank” QSC-yə təhvil verilməsi və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "AccessBank” QSC arasında xx.xx.2020-ci il tarixində AN-İ N ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı "AccessBank” QSC- nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsi və onun üzərində yerləşən 67 nömrəli fərdi yaşayış evinin alıcı Cavabdeh 21.000 (iyirmi bir min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 7.000 (yeddi min) manatı satıcı "AccessBank” QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 14.000 manat məbləği isə 30 ay müddətinə hər 6 aydan bir 5 dəfə olmaqla 2.800 manat, son ödəniş tarixi - 29 aprel 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən nisyə alqı- satqı müqaviləsinin şərtləri pozularaq müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh 01 sentyabr 2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmişdir. Təklifə 10 gün müddətində rəsmi cavab verilməmişdir, ona görə də məhkəməyə müraciət olunmuşdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə ona qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddia qaldırmışdır. İddia ilə tanışdır və iddianı etiraf edir. Maddi imkanı zəif olduğu üçün müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilməmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur və qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, "Accessbank” QSC mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116 kv/m olan fərdi yaşayış evini Cavabdeh ilkin olaraq 7000 manat vəsaitin "Accessbank” QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 14000 manat məbləği isə son ödəniş xx.xx.2023-cü il tarix olmaqla, 30 ay müddətinə hər 6 aydan bir 5 dəfə olmaqla 2800 manat ödəməklə satmışdır. Daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarında olan Seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116 kv/m olan fərdi yaşayış evi "Access Bank” QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2018) İş materiallarında olan "Access Bank” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair təklifdən görünür ki, Cavabdeh ilə "AccessBank” QSC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ N ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olanacağı bildirilmişdir. "Access Bank” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Accessbank QSC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ № ******* saylı müqaviləyə əsasən İddiaçı QSC mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 116 kv/m olan fərdi yaşayış evini ilkin 7000 manat, qalan dəyərini isə xx.xx.2023-cü il tarixədək ödəmək şərti ilə Cavabdeh nisyə şəkildə satmışdır. Alıcı Cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək ödənişləri etməyi öhdəsinə götürməsinə baxmayaraq, ödəniş etmədiyindən İddiaçı QSC Cavabdeh xx.xx.2023-cü il tarixdə müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olanacağı bildirilmişdir. Cavabdeh iddiaçı bankın müraciətlərinə cavab vermədiyindən və müqavilə üzrə razılaşdırılmış ödənişlərin aparılmasını təmin etmədiyindən İddiaçı QSC alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması, əmlakın mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir.Qeyd edilən hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddia tələbi haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, ünvan 2 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 116 kv/m olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və əmlakın mülkiyyətçisi İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 0,0718 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116 kv/m olan fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-285/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-285/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver