Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-292/2024 07.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı QSC BOKT cavabdeh X3 qarşı cavabdehə İddiaçı QSC-nin mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsində istifadənin qadağan edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsində istifadənin qadağan edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT ərizəni əsaslandıraraq göstərmişdir ki, Cəlilabad rayon Məhkəməsinin 06 noyabr 2009-cu il tarixli, 2(073)-675/2009 saylı qətnaməsinin icrası ilə əlaqədar kredit borcunun təminatı kimi ipoteka qoyulmuş cavabdeh X5 və onun ailə üzvlərinə məxsus Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsi İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 fevral 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsi İddiaçı QSC-nin mülkiyyətinə keçmiş və həmin tarixdən etibarən əvvəlki mülkiyyətçilərin mülkiyyət hüquqları itirilmişdir. İddiaçı QSC BOKT-nin Lənkəran filialının əməkdaşları tərəfindən İddiaçı QSC BOKT-nin mülkiyyətində olan həmin 2,1178 ha torpaq sahəsininmövcud vəziyəti, o cümlədən istifadə olunub-olunmamasına dair monitorinq aparılarkən müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi əvvəlki mülkiyyətçi Naib Quliyevin qaradaşı Cavabdeh tərəfindən iddiaçı bankın razılığı olmadan qanunsuz istifadə edilir. Bununla bağlı Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq nəticə əldə olunmamışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin istifadəsi ilə bağlı 06 oktyabr 2023-cü il tarixdə Cəlilabad rayonu Muğan kənd icra nümayəndəsinin, Muğan kənd bələdiyyəsinin sədrinin, İddiaçı QSC BOKT-nin Lənkəran filialının nümayəndəsinin və Cavabdeh iştirakı ilə akt tərtib olunmuş və həmin aktda Cəlilabad rayonu Maşlıq kəndində yerləşən İddiaçı QSC BOKT-nın mülkiyyətində olan 2,1178 ha torpaq sahəsində, həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X4 qaradaşı Cavabdeh tərəfindən payızlıq kartof əkini işlərinin aparılması qeyd olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsində istifadənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsi, İddiaçı QSC BOKT-nın adına **********84 reyestr nömrəsilə xüsusi mülkiyyət hüququ əsasında 26 fevral 2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 06 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən İddiaçı QSC BOKT-nın mülkiyyətində olan 2,1178 ha torpaq sahəsində, həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X4 qaradaşı Cavabdeh tərəfindən payızlıq kartof əkini aparılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərə hazırkı iddianın verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Cəlilabad rayon Məhkəməsinin 06 noyabr 2009-cu il tarixli, 2(073)-675/2009 saylı qətnaməsinin icrası ilə əlaqədar kredit borcunun təminatı kimi ipoteka qoyulmuş cavabdeh X5 və onun ailə üzvlərinə məxsus Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsi İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 fevral 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsi İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. İddiaçı QSC BOKT-nin Lənkəran filialının əməkdaşları tərəfindən İddiaçı QSC BOKT-nin mülkiyyətində olan həmin 2,1178 ha torpaq sahəsininmövcud vəziyəti, o cümlədən istifadə olunub-olunmamasına dair monitorinq aparılarkən müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi əvvəlki mülkiyyətçi Naib Quliyevin qaradaşı Cavabdeh tərəfindən iddiaçı bankın razılığı olmadan qanunsuz istifadə edilir. Bununla bağlı Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq nəticə əldə olunmamışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin istifadəsi ilə bağlı 06 oktyabr 2023-cü il tarixdə Cəlilabad rayonu Muğan kənd icra nümayəndəsinin, Muğan kənd bələdiyyəsinin sədrinin, İddiaçı QSC BOKT-nin Lənkəran filialının nümayəndəsinin və Cavabdeh iştirakı ilə tərtib olunmuş aktda Cəlilabad rayonu Maşlıq kəndində yerləşən İddiaçı QSC BOKT-nın mülkiyyətində olan 2,1178 ha torpaq sahəsində, həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X4 qaradaşı Cavabdeh tərəfindən payızlıq kartof əkini işlərinin aparılması qeyd olunmuşdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinin haqlı olmasını təsdiq edən və buna əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, hazırda cavabdehin həmin 2,1178 ha torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Qeyd olunanlara əsasən və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT Cavabdeh qarşı cavabdehə İddiaçı QSC BOKT-nın mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsində istifadənin qadağan edilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı QSC BOKT-nın mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsindən istifadə edilməsi Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. İddiaçı QSC BOKT-nın mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2,1178 ha torpaq sahəsindən istifadə edilməsi Cavabdeh qadağan edilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC BOKT-na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-292/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-292/2024
07.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver