Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3809/2025 22.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması barədə iddia verərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1889.68 (bir min səkkiz yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat ödənilməmiş xidmət haqqı və 39 (otuz doqquz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” yaşayış kompleksində 6-cı blok, 4-cü mərtəbə, 01 saylı mənzilin mülkiyyətçisi Cavabdeh arasında xx.xx.2023-ci il tarixli, C6-GHMM1HUQ101-000190 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə, “xidmət göstərən” müqavilənin 2 saylı əlavəsində göstərilmiş mənzilin yerləşdiyi binanın saxlanılması və normalara uyğun bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, “müştəri”isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə görə, müqavilə ilə razılaşdırılmış xidmət haqqı hər ayın 30 tarixinədək növbəti ay üçün ödənilməlidir. Müqavilənin 4.6-cı bəndinə görə, xidmət haqqının ödənişinin gecikdirilməsi 45 gündən çox olsa, hər gecikdirilmiş gün üçün ödənilməli olan xidmət haqqının 2 % məbləğində müştəriyə cərimə tətbiq olunacaq. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən xidmət müqaviləsinə əsasən ödənişlər gecikdirilmiş, yaxud ödənilməmişdir. Cavabdeh İddiaçı MMC-yə 1889.68 manat xidmət haqqı üzrə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, C6-GHMM1HUQ101-000190 nömrəli xidmət müqaviləsi görünür ki, “xidmət göstərən” müqavilənin 2 saylı əlavəsində göstərilmiş mənzilin yerləşdiyi binanın saxlanılması və normalara uyğun bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, “müştəri”isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********17-05301- 093424 reyestr nömrəli çıxarışdan görünür ki, Yeni qaydalarla: AZ1122 ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan müştəri hesab kartından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə C6- GHMM1HUQ101-000190 saylı müqavilə üzrə (saldo üzrə) 1889.68 manat borcu vardır. İşdə olan pretenziyadan görünür ki, iddiaçı Cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 39 (otuz doqquz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borçlunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə,borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1889.68 (bir min səkkiz yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat xidmət haqqı və 39 (otuz doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3809/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3809/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver