Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3840/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdeh X3 2755 manat borcun, 827 manat cərimə borcu olmaqla, cəmi 3582 manat pulun və 55.82 manat dövlət rüsumunun tutularaq İddiaçı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh X1 Şirin Novruz oğlundan xx.xx.2020-ci il, tarixdə BSK4706211 saylı, xx.xx.2020-ci il, tarixdə S3K58333301 saylı, xx.xx.2020-ci il, tarixdə S3K58333799 saylı və xx.xx.2020-ci il, tarixdə S3K5879189 saylı nisyə alqı-satqı müqavilələr imzalanmışdır. İddiaçı xx.xx.2020-ci il, tarixdə BSK4706211 saylı müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə hər ay 66 manat ödəməklə, ümumi qiyməti 784 manat, xx.xx.2020-ci il, tarixdə S3K58333301 saylı, saylı müqaviləyə uyğun olaraq cavabdehə 24 ay müddətinə hər ay 58 manat ödəməklə, ümumi qiyməti 1392 manat, xx.xx.2020-ci il, tarixdə S3K58333799 saylı müqaviləyə uyğun olaraq cavabdehə 24 ay müddətinə hər ay 57 manat ödəmələ, ümumi qiyməti 1368 manat, xx.xx.2020-ci il, tarixdə S3K5879189 saylı müqaviləyə uyğun olaraq cavabdehə 24 ay müddətinə hər ay 58 manat ödəmələ, ümumi qiyməti 1392 manat, ümumilikdə 4936 manat dəyərində məişət avadanlığı satmışdır. Lakin, cavabdeh müqavilə üzrə borcundan 2181 manat ödəniş etmə, 2755 manat borcunu ödəməkdən yayınmışdır. Ona görədə cavabdehdən həmən məbləğin, habelə 55.82 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il, tarixdə BSK4706211 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh X1 Şirin Novruz oğlundan dəyəri 784 manat olan məişət avadanlığı əldə etmişdir. işdə olan xx.xx.2020-ci il, tarixdə S3K58333301 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh X1 Şirin Novruz oğlundan dəyəri 1392 manat olan məişət avadanlığı əldə etmişdir. işdə olan xx.xx.2020-ci il, tarixdə S3K58333799 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh X1 Şirin Novruz oğlundan dəyəri 1368 manat olan məişət avadanlığı əldə etmişdir. işdə olan xx.xx.2020-ci il, tarixdə S3K5879189 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh X1 Şirin Novruz oğlundan dəyəri 1392 manat olan məişət avadanlığı əldə etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X4 İddiaçı bütun müqavilə üzrə 234 manat borcu yaranmışdır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Hökümət ödəniş portalında və ASANPay vasitəsil ilə ödənilmiş ********** saylı qəbz nömrəsindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh X8 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 5.6-cı bəndinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 127 manatdan azaldılaraq 50 manat həddində, 303 manatdan azaldılaraq 100 manat həddində, 315 manatdan azaldılaraq 100 manat həddində və 82 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 2755 manat borcun, 300 manat cərimə borcu olmaqla, cəmi 3055 manat pulun və 55.82 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3840/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3840/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver