Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3894/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsələri Cavabdeh2 Əimnağa qızına və Cavabdeh1 qarşı borcun və 95.72 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsələri Cavabdeh2 Əimnağa qızına və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı kredit müqaviləsi üzrə 6851.95 manat əsas borcu, 407.65 manat faiz borcu olmaqla, cəmi 7259.60 manat borcun və xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı Tamkart müqaviləsi üzrə 300 manat əsas borcu, 11.97 manat faiz borcu olmaqla, cəmi 311.97 manat borcun və 95.72 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X3 vərəsələri Cavabdeh2 Əimnağa qızına və Cavabdeh1 qarşı BPM**********92 saylı Tamkart müqaviləsi üzrə 300 manat əsas borcu, 11.97 manat faiz borcu olmaqla, cəmi 311.97 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsindən görünür ki, "xxxx" ASC- ilə cavabdeh X6 arasında xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı kredit və xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı Tamkart müqavilələri imzalanmışdır. Həmin xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə illik 24 faz olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində kredit və xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı Tamkart sazişinə uyğun olaraq cavabdehə illik 24 faz olmaqla, 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Cavabdeh X2 Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-İİ371800 saylı ölüm haqqında şəhadtənaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəlilabad rayon 1 saylı Notariat Ofisindən əldə olunan məlumata əsasən X3 vəfatından sonra Cəlilabad rayon 1 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2025-ci il tarixli, AH0551 nömrə ilə qeyd olunan notariat ofisinə ünvanlandığı sorğusuna cavab olaraq, xx.xx.2024-cü il tarixində, 2V-666 reyster nömrəli vərəsəlik işi açılmışdır və X3 vərəsəsi Cəlilabad rayonu, Babalı kəndində qeydiyyatda olan Cavabdeh2 Əimnağa qızı və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Beləliklə də xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı Tamkart müqaviləsi üzrə 300 manat əsas borcu, 11.97 manat faiz borcu olmaqla, cəmi 311.97 manat borcun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı Tamkart müqaviləsindən görünür ki, cavabdeh X5 "xxxx" ASC tərəfindən 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat kredit verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, saylı kredit müqaviləsi üzrə cavabdeh X3 iddiaçı cəmiyyətə 300 manat əsas borcu, 11.97 manat faiz borcu olmaqla, cəmi 311.97 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum X3 vərəsəsinin ərizəsi əsasında xx.xx.2024-cü il tarixində, xx.xx.2024-cü il tarixində, 2V-666 reyster nömrəli vərəsəlik işi i açılmışdır. İşdə olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, mərhum X3 vərəsəsi Cavabdeh2 Əimnağa qızı və Cavabdeh1 müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 6-2-22/2-41521/2025 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdeh X3 vərəsəsi Cavabdeh2 Əimnağa qızından və Cavabdeh1 yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 6-2-22/2-41524/2025 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdeh X3 vərəsəsi Cavabdeh2 Əimnağa qızından və Cavabdeh1 yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci-cü il tarixli AsanPay elektron ödəniş portalından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 95.72 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirası açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə əriə verildikdə və ya mlaka sahiblik etməyə və ya amlakı idarə etməyə fakiki başladıqda və bununla da mirası qəbul etdiyi şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsinə əsasən Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1288-ci maddəsinə Miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-1-ci maddəsinə Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-1-ci maddəsinə Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 95.72 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 vərəsəsi Cavabdeh2 Əimnağa qızından və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı Tamkart müqaviləsi üzrə 300 manat əsas borcu, 11.97 manat faiz borcu olmaqla, cəmi 311.97 manat borcun və 95.72 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3894/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3894/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver