Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1091/2024 05.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli beh müqaviləsinə əsasən, ödənilmiş beh məbləğinin iki misli miqdarında, yəni 2000 (iki min) manat məbləğində pulun və notariat xidmət haqqı kimi ödənilmiş 115 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh (etibarnamə üzrə nümayəndəsi X2) ilə onun arasında xx.xx.2023-cü il tarixdə X5 Xidmət Mərkəzinin Notariat ofisində beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixinədək alqı-satqı müqaviləsinin bağlanmasını təmin etmək məqsədi ilə, cavabdehin mülkiyyətində olan Şamaxı rayonu, Günəşli kəndində 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.50 kv. metr olan yaşayış evinə görə ödəməli olduğu 8000 manat puldan 1000 manat məbləğində pulu cavabdehə beh kimi vermişdir. Həmçinin, notariat xidmət haqqı kimi 115 manat dövlət rüsumu tərəfindən ödənilmişdir. Beh müqaviləsi bağlandığı tarixdən onun tərəfindən həmin yaşayış evində təmir tikinti işləri aparılmışdır. Həmçinin, beh müqaviləsində nəzərdə tutulmuş alqı-satqı müqaviləsinin bağlanmasından cavabdeh tərəfindən imtina edilmişdir. Buna görə də, müqavilənin 3-cü bəndinə əsasən, beh məbləğinin 2 misli ona ödənilməlidir. Cavabdehin nümayəndəsinə xx.xx.2024-cü il tarixdə bu məsələ ilə bağlı pretenziya məktubu göndərilmişdir. Lakin, bu günə qədər qeyd olunan məbləğ ona ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 iyul 2023-cü il tarixli beh müqaviləsindən görünür ki, Beh verən (birinci tərəf) – İddiaçı xx.xx.2024-cü il tarixinədək alqı-satqı müqaviləsinin bağlanmasını təmin etmək məqsədilə, beh alanla razılaşdırılmış, Şamaxı rayonunun Günəşli kəndində 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.50 kv.m. olan yaşayış evinə (**********15-10301 reyestr) görə ödəməli olduğu 8000 (səkkiz min) manat pul məbləğinin 1000 (bir min) manatdan ibarət hissəsini beh olaraq Cavabdeh verir. Satış qiymətinin qalan 7000 (yeddi min) manatdan ibarət hissəsini isə 6 (altı) ay müddətində ödəməyi öhdəsinə götürür. Beh alan – 1000 (bir min) manat məbləğində behi notariusun müvafiq depozit hesabı vasitəsilə aldı. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəf ödəməyə borcludur. Əgər müqavilənin icra edilməməsi uçün beh vermiş tərəf məsuliyyət daşıyarsa, beh digər tərəfdə qalır. Öhdəliyin icrasına başlayana qədər tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində beh qaytarılmalıdır. Azərbaycan Respublikası MMnin 491, 492-ci maddələrinin məzmunu notarius tərəfindən tərəflərə izah edildi. Müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər beh verən (birinci tərəf) tərəfindən ödənilir. Həmin müqavilə 3 (üç) nüsxədən ibarət tərtib və təsdiq edildi, birinci nüsxə Şamaxı regional "ASAN xidmət" mərkəzində notariat ofisində saxlanılır. Qalan iki nüsxə isə tərəflərə verilir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ASAN ödəniş sisteminin qəbzindən görünür ki, İddiaçı tərəfindən 41,15 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq beh müqaviləsi bağlanmışdır. Beh alan, cavabdeh 1000 manat məbləğində behi notariusun müvafiq depozit hesabı vasitəsilə almışdır. Bundan sonra beh müqaviləsində nəzərdə tutulmuş alqı-satqı müqaviləsinin bağlanmasından cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyır və o, digər tərəfə behin iki mislini ödəməlidir. Odur ki, iddiaçı cavabdehdən beh müqaviləsi üzrə yaranmış borcunun və notariat xidmət haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat pul, 115 manat notariat xidmət haqqı və ödənilmiş 41,15 manat dövlət rüsumu alınıb, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul, 115 (bir yüz on beş) manat notariat xidmət haqqı və ödənilmiş 41,15 (qırx bir manat on beş qəpik) manat dövlət rüsumu alınıb, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1091/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1091/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver