Məhkəmə qərarları › İş №e-2(074)-1179/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1179/2025

29.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1179/2025 29.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 5418,22 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 15 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 cavabdehlə aralarında barışıq sazişi bağlandığını, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması və mülki işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında barışıq sazişi bağlandığını, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması və mülki işə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2025-ci il tarixli barışıq sazişinə əsasən, Cavabdeh iddiaçı "xxxx" MMC-yə maddi ziyan vurduğunu etiraf edir və ona qarşı irəli sürülmüş iddianı tam şəkildə etiraf edir. İddiaçı "xxxx" MMC-yə vurulmuş maddi ziyanın ümumi məbləği 5493,22 manat (beş min dörd yüz doxsan üç manat iyirmi iki qəpik) təşkil edir (yekun əskikgəlmə məbləği və məhkəmə xərcləri nəzərə alınmaqla). Cavabdeh 5493,22 manat borc məbləğini 2025-ci ilin noyabr ayından başlayaraq, hər ayın 1-dən 10-dək olan müddət ərzində hər ay 100 (bir yüz) manat olmaqla borc məbləği bitənədək iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. Cavabdeh Saziş üzrə öhdəliklərini 3 ay ardıcıl olaraq yerinə yetirmədikdə, iddiaçı "xxxx" MMC məcburi icra tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın tutulması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıda göstərilən şərtlərlə təsdiq edilsin.

1. Cavabdeh iddiaçı "xxxx" MMC-yə maddi ziyan vurduğunu etiraf edir və ona qarşı irəli sürülmüş iddianı tam şəkildə etiraf edir.

2. İddiaçı "xxxx" MMC-yə vurulmuş maddi ziyanın ümumi məbləği 5493,22 manat (beş min dörd yüz doxsan üç manat iyirmi iki qəpik) təşkil edir.

3. Cavabdeh 5493,22 manat borc məbləğini 2025- ci ilin noyabr ayından başlayaraq, hər ayın 1-dən 10-dək olan müddət ərzində hər ay 100 (bir yüz) manat olmaqla borc məbləği bitənədək iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh Saziş üzrə öhdəliklərini 3 ay ardıcıl olaraq yerinə yetirmədikdə, iddiaçı "xxxx" MMC məcburi icra tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edir. İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar