Məhkəmə qərarları › İş №e-2(074)-1216/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1216/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1216/2024 26.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Cavabdeh 3924.70 manat borcun və ödənilmiş 59.25 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra mülki iş öyrənilərkən müəyyən edilmişdir ki, Şamaxı rayon Məhkməsinin icraatında İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə dair 2(074)-1212/2024 saylı mülki iş vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə dair 2(074)-1216/2024 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, hazırda Şamaxı rayon Məhkməsinin icraatında İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki iş olduğundan, 2(074)-1216/2024 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia ərizəsinə əlavə edilmiş rüsumdan məhkəmənin icraatında olan digər işdə istifadə edildiyindən rüsum iddiaçıya qaytarılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar