Məhkəmə qərarları › İş №e-2(074)-129/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-129/2022

01.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-129/2022 01.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 10180,4 manat məbləğində pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 120,50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16.12.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış, “Ultratek" MMC-nin əvvəlki direktoru Cavad Süleymanovun 16.12.2019-cu il tarixli, AK 1912/245 nömrəli əmrinə əsasən Cavabdeh "xxxx" MMC-də həmin tarixdən etibarən kiçik kredit mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 3.7-ci bəndinin 5-ci hissəsinə əsasən Cavabdeh öhdəsinə götürmüşdür ki, işəgötürənin əmlakını və əmlak maraqlarını oğurluq, ziyan, korlanma və istənilən tipli digər ilkidən qorumaq üçün bütün tədbirləri həyata keçirir və nəzarətində və ixtiyarında olan işəgötürənin əmlakına görə tam maddi məsuliyyət daşıyır. Bundan başqa müqavilənin 5.1-ci bəndinə əsasən həmin əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Yuxanda qeyd edilənlərdən başqa, tərəflər arasında 16.12.2019cu il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə də bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə, maddi məsul şəxs (Cavabdeh) iş dövründə mülkiyyətçiyə vurduğu faktiki ziyana görə məsuliyyət daşıyır. İddia ərizəsinə əlavə edilən 23.06.2021-ci il tarixli aktdan müəyyən olunur ki, “Accept-Audit" MMC-nin direktoru, Auditorlar Palatasın üzvü Ə.Tarverdiyevin, "xxxx" MMC-nin əvvəlki direktoru C.Süleymanovun, pərakəndə satış şöbəsinin müdiri R.Aslanovun, əməliyyat uçotu və nəzarət üzrə mütəxəssisi F.Ağayevin, kredit şöbəsinin rəhbəri K.Əhmədlinin, problemli kreditlər üzrə mütəxəssis C.Şahbazlının, "xxxx" MMC-nin Şamaxı mağazasının müdiri R.Quİuyevin, Şamaxı mağazasının kiçik kredit mütəxəssisi Cavabdeh imzaları ilə təsdiq edilmiş 10 iyun 2021-ci il tarixli auditor hesabatı ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin Şamaxı mağazasının kiçik kredit mütəxəssisi Cavabdeh tərəfindən "xxxx" MMC-yə ilkin olaraq, 10180,4 manat məbləğində zərər vurulmuşdur. Şamaxı mağazasının kiçik kredit mütəxəssisi Cavabdeh həmin hesabatla müvafiq qaydada tanış edilmişdir. Tanışlıq zamanı vurulmuş zərərin ödənilməsi ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməklə aparıla biləcək mümkün prosessual hərəkətər Cavabdeh diqqətinə çatdırılmış həmçinin işəgötürənə vurulmuş zərərin hüquq mühafizə orqanlarına müraciət edilmədən, tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən ödənilməsi ona izah edilmişdir. Cavabdeh 10 iyun 2021-ci il tarixli auditor hesabatında göstərilmiş 10180,4 manat məbləğində zərərin “Ultratek'’ MMC-yə 05 iyul 2021 il tarixində 4000 manat, qalan məbləği isə 05.08.7021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Göstərilən tarixədək və müddətdə "Ultralek” MMC yə vurulmuş zərər ödənilməyəcəyi təqdirdə zərərin tələb edilməsi ilə bağlı aidiyyəti hüquq mühafizə orqanlarına müraciət ediləcəyi baradə Cavabdeh xəbərdarlıq edilmişdir. Akt müəssisənin aidiyyəti əməkdaşlarının və Cavabdeh iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. Cavabdeh akta əsasən işəgötürənə vurduğu 10180,4 manat məbləğində zərəri hissələrlə müvafiq tarixlərədək ödəməyi öhdəsinə götürsə də, bu istiqamətdə hərəkətsizlik göstərmiş, ümumiyyətlə, heç bir ödəniş etməmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh bunun səbəbi barədə məhkəməyə məlumat verməsədə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 16.12.2019-cu il tarixdən "xxxx" MMC-də kiçik kredit mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İş materiallarında olan 16.12.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, kiçik kredit mütəxəssisi Cavabdeh "xxxx" MMC ilə müqavilə bağlayıb və ona müvafiq işləri yerinə yetirmək üçün mülkiyyətçi tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlamağı, götürüləcək işi layiqincə yerinə yetirməyi, mülkiyyətçiyə heç bir səbəb üzündən ziyan vurmamağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 10.06.2021-ci il tarixli auditor hesabatından görünür ki, audit yoxlamasına təqdim edilmiş sənəd və materiallara əsasən audit hesabatında göstərilənlər nəzərə alınaraq Cavabdeh tərəfindən "xxxx" MMC-nin Şamaxı mağazasında işlədiyi müddətdə MMC-yə 10180,4 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. İş materiallarında olan 23.06.2021-ciil tarixli aktdan görünür ki, "xxxx" MMC-nin Şamaxı mağazasının kiçik kredit mütəxəssisi Cavabdeh 10 iyun 2021-ci il tarixli auditor hesabatı ilə müvafiq qaydada tanış edilmiş, Cavabdeh 10 iyun 2021-ci il tarixli auditor hesabatında göstərilmiş 10180,4 manat məbləğində zərərin 05.07.2021-ci il tarixində 4000 manat, qalan məbləği isə 05.08.2021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanmış, Cavabdeh "xxxx" MMC-də kiçik kredit mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC-də Cavabdeh Cəmiyyətin Şamaxı mağazasında 16 dekabr 2019-cu il tarixdən 01.05.2021-ci il tarixədək olan müddət ərzində kiçik kredit mütəxəssisi vəzifəsində işlədiyi dövrə aid təqdim edilmiş sənədlər əsasında fəaliyyətinin audit yoxlamasının nəticələri əsasında Cavabdeh tərəfindən "xxxx" MMC-yə 10180,4 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən vurulmuş ziyanı tələb etməkdə haqlıdır. Buna görə iddia təmin edilməli və Cavabdeh 10180,4 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 120.50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10180,4 (on min yüz səksən manat qırx qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120,50 (yüz iyirmi manat əlli qəpik) manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat cavabdeh Qədimov Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar