Məhkəmə qərarları › İş №e-2(074)-1455/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1455/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1455/2024 09.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdeh X3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 1,328.12 manat əsas borc, 95.11 manat faiz (30% hesablanmaqla) borcu və 25.10 manat faiz (5% hesablanmaqla) borcu olmaqla, cəmi 1.448,33 manat borcun, ödənilmiş 34.49 (otuz dörd manat 49 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli BPM**********00 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh istifadə etmək üçün “Tam kart” plastik ödəniş kart verilmişdir. Cavabdehnın “Tam kart” plastik ödəniş kartında xx.xx.2023-cü il tarixdə 234.68 manat pul olmasına baxmayaraq cəmi, 4,702.08 manat köçürmə əməliyyatları və 3,016.80 manat mədaxil əməliyyatları edilmişdir. Cavabdeh plastik ödəniş kart hesabında 234.68 manat pul olmasına baxmayaraq 4,588.60 manat köçürmə əməliyyatları və 3,016.80 manat mədaxil əməliyyatları həyata keçirdiyi üçün kart hesabında mənfi 1,328.12 manat texniki overdraft yaranmış, yəni, plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Bankın Şamaxı filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Banka əsas borc üzrə 1,328.12 manat əsas borc, 95.11 manat faiz (30% hesablanmaqla) borcu və 25.10 manat faiz (5% hesablanmaqla) borcu olmaqla, cəmi, 1,448.33 manat borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh X3 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli BPM**********00 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh istifadə etmək üçün “Tam kart” plastik ödəniş kart verilmişdir. İş materiallarından görünür ki, Cavabdehnın “Tam kart” plastik ödəniş kartında xx.xx.2023-cü il tarixdə 234.68 manat pul olmasına baxmayaraq cəmi, 4,702.08 manat köçürmə əməliyyatları və 3,016.80 manat mədaxil əməliyyatları edilmişdir. Cavabdeh plastik ödəniş kart hesabında 234.68 manat pul olmasına baxmayaraq 4,588.60 manat köçürmə əməliyyatları və 3,016.80 manat mədaxil əməliyyatları həyata keçirdiyi üçün kart hesabında mənfi 1,328.12 manat texniki overdraft yaranmış, yəni, plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bank ACS-nin Bankın Şamaxı filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Banka əsas borc üzrə 1,328.12 manat əsas borc, 95.11 manat faiz (30% hesablanmaqla) borcu və 25.10 manat faiz (5% hesablanmaqla) borcu olmaqla, cəmi, 1,448.33 manat borcu mövcuddur. İş materiallarından görünür ki, cavabdeh X3 öhdəliklərin icrası ilə əlaqədar xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin araşdırılmış halları və təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə əsasında götürdüyü öhdəliyə dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1,328.12 manat əsas borc, 95.11 manat faiz (30% hesablanmaqla) borcu və 25.10 manat faiz (5% hesablanmaqla) borcu olmaqla, cəmi, 1,448.33 manat borc, ödənilmiş 34.49 (otuz dörd manat 49 qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1,328.12 manat əsas borc, 95.11 manat faiz (30% hesablanmaqla) borcu və 25.10 manat faiz (5% hesablanmaqla) borcu olmaqla, cəmi 1,448.33 manat borc, ödənilmiş 34.49 (otuz dörd manat 49 qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar