Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-23/2025 19.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X21 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Vəkil2, Cavabdeh2, onun nümayəndələri X11 və X3 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbi barədə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağayev Dədəşah Mustafa oğlunun adına açılmış vərəsəlik işi üzrə cavabdeh Heybətova (Ağayeva) Adilə Dədəşah qızına Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X13 tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-384 nömrə ilə qeydə alınıb, informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Ağayev Dədəşah Mustafa oğlunun ünvan 1i ərazisində yerləşən 2,1712 ha torpaq sahəsində olan 2/3 payının 1/6 hissədə Cavabdeh2 mülkiyyətinə keçirilərək, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, Seriya MH ******* nömrəli Çıxarışa əsasən, 2/3 hissəsi Ağayev Dədəşah Mustafa oğlunun və 1/3 hissəsi X4 mülkiyyətində olmuş ünvan 1i ərazisində yerləşən 2,1712 ha torpaq sahəsini Şamaxı Rayon Dövlət Notariat Kontorunda xx.xx.2007-ci ildə bağlanılaraq, reyestrdə 4Ə-3/862 nömrə ilə qeydə alınmış AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, müqavilə üzrə müəyyən edilmiş 17000 (on yeddi min) manat dəyərini ödəməklə, mülkiyyətçilərdən almışdır. Həmin alqı-satqı müqaviləsinin 6-cı bəndində göstərilir ki, satılan torpaq sahəsinə sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin torpaq sahəsinin müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Müqavilənin 11-ci bəndinə uyğun olaraq, satıcılar torpaq sahəsini faktiki sahibliyinə və istifadəsinə vermişlər və torpaq sahəsi bu günədək onun sahibliyində və istifadəsindədir. Torpaq sahəsinə dair alqısatqı müqaviləsi müəyyən müddətdə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, adına mülkiyyət hüququna dair müvafiq Çıxarışn verilməsi üçün müvafiq ərazi idarəsinə təqdim edilməmiş və bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçməmişdir. 2023-cü ilin sentyabr ayında torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədləri təqdim edərkən məlum olmuşdur ki, torpaq sahəsinin 2/3 hissəsinin əvvəlki mülkiyyətçisi və satıcılarından biri olan Ağayev Dədəşah Mustafa oğlu xx.xx.2014-cü ildə vəfat etmiş və torpaq sahəsinin 1/3 sahəsinin mülkiyyətçisi olmuş digər satıcı X8 (sonradan soyadı Heybətovaya dəyişdirilmişdir) etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə alqı-satqı predmeti olmuş torpaq sahəsinin mülkiyyət hüququna dair alqı-satqısında istifadə olunmuş Çıxarışın dublikatını (yenisini) alaraq, mirasi faktiki qəbul etmiş qanun üzrə vərəsə kimi Ağayev Dədəşah Mustafa oğlunun satmış olduğu 2/3 paya dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsini almış və həmin Şəhadətnamə əsasında Ağayev Dədəşah Mustafa oğlunun 2007-ci ildə satmış olduğu torpaq sahəsindən miras əmlak kimi 1/6 hissədə qanun üzrə vərəsə kimi pay almışdır. Notarius tərəfindən vərəsələrin dairəsi müəyyən edilərək qanun üzrə vərəsələr olan Ağayev Babaşirin Dədəşah oğlu, X6, X5, Ağayeva (Rəhimova) Tamilla Dədəşah qızı və Ağayeva(Rəhimova) Gəlinbacı Dədəşah qızı şəxsən müraciət etmədikləri üçün, onların hər birinə düşən 1/6 hissə pay açıq saxlanılmalıdır. Vəkillik qurumu tərəfindən xx.xx.2023-cü il tarixli 276 saylı sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət edilərək, göstərilən torpaq sahəsinin alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surətini və həmin müqavilənin qüvvədə olması barədə arayış verilməsi xahiş edilmişdir. Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla vəkillik qurumunun sorğusu əsasında verilmiş notariat işinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, alqı-satqı müqaviləsi qüvvədədir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən vəkillik qurumunun sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 2794 nömrəli məktubla təqdim olunmuş Ağayev Dədəşah Mustafa oğlunun adına açılmış vərəsəlik işinin təsdiq olunmuş surətindən görünür ki, Qanun üzrə vərəsəlik Hüququ haqqında Şəhadətnamə 03 may 2023-cü ildə verilib və Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Ağayev Dədəşah Mustafa oğluna verilmiş **********69 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2,712 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan 2/3 hissəsindən ibarətdir. Həmin Şəhadətnamədə göstərilir ki, “mən Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş Ağayev Dədəşah Mustafa oğlunun vərəsəsi, Şamaxı, 1-ci Çaylı ünvanda qeydiyyatda olan Cavabdeh2 ( AZE № ********, xx.xx.2015, Şamaxı, FİN: xxxxxxx, d/t xx.xx.1965) miras əmlakdan 1/6 pay almalıdır” Şəhadətnamədə qeyd olaraq göstərilir ki, Ağayev Babaşirin Dədəşah oğlu, X6, X5, Ağayeva (Rəhimova) Tamilla Dədəşah qızı, Ağayeva (Rəhimova) Gəlinbacı Dədəşah qızı şəxsən müraciət etmədikləri üçün, onların hər birinə düşən 1/6 hissə pay açıq saxlanılmalıdır. Qeyd edilməsi zəruridir ki, cavabdeh Heybətova (Ağayeva) Adilə Dədəşah qızının atasından qalmış miras əmlak kimi torpaq sahəsinə dair notariatda təqdim etdiyi çıxarışda Ağayev Dədəşah Mustafa oğlunun 2/3 hissə payı alqı-satqıda təqdim edilmiş Çıxarışdakı qeydiyyat tarixi (xx.xx.2007-ci il) və qeydiyyat nömrəsi (2********) ilə eynidir. Özünə aid olan məlumatlar isə Çıxarış təkrar və həmçinin Heybətova soyadına olduğundan 1/3 hissədə qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi isə ********** göstərilmişdir. Cavabdeh tərəfindən qanun üzrə vərəsə kimi atasından miras qalmış torpaq sahəsi kimi atası ilə birlikdə torpaq sahəsini satdıqları, atasına aid torpaq sahəsinin və özünün mülkiyyətçisi olduğu torpaq sahəsinin uzun müddətdir ki, faktiki olaraq onların mülkiyyətindən çıxdığı və digər şəxsin, alıcının, yəni dövlət rüsumunun ödənilməsi haqqında məlumat onun faktiki sahibliyində və istifadəsində olduğunu bilə-bilə, həmin torpaq sahəsinə təkrar sənəd alaraq, əsassız qanun üzrə vərəsəlik şəhadətnaməsi və yeni Çıxarış alınması qanunazidd olmaqla yanaşı, həm də, başa düşülməz haldır. Alqısatqı ilə alınmış daşınmaz əmlaka dair sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq üçün təqdim olunmadığından, reyestri aparan dövlət orqanı bu barədə məlumatsız olaraq həmin əmlaka dair təkrar (dublikat) sənəd verə bilər. Bəs mülkiyyətində olan əmlakı satdığını və pulunu aldığını bilən, alqı-satqıda iştirak edən əvvəlki mülkiyyətçi hansı məntiqlə həmin əmlaka yenidən sənəd alaraq, əsassız olaraq alqı-satqı nəticəsində başqasına keçmiş hüququnu bərpa etməyə, həm də, əmlakının həcmini artırmağa çalışır. Vəkillik qurumunun sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilir ki, Ağayev Dədəşah Mustafa oğlu və Heybətova (Ağayeva) Adilə Dədəşah qızı mülkiyyətində olmuş ünvan 1i ərazisində yerləşən 2,712 ha olan torpaq sahəsindən Şamaxı regional “ASAN Xidmət” Mərkəzində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 2V-384 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Ağayev Dədəşah Mustafa oğlunun 2/3 payı, 1/6 hissədə Cavabdeh2 mülkiyyətinə keçmişdir, digər vərəsələri Ağayev Babaşirin Dədəşah oğlu, X6, X5, Ağayeva (Rəhimova) Tamilla Dədəşah qızı və Ağayeva(Rəhimova) Gəlinbacı Dədəşah qızı şəxsən müraciət etmədikləri üçün, onların hər birinə düşən 1/6 hissə pay açıq saxlanılmışdır. Hal-hazırda xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə əsasında 2,17 ha torpaq sahəsi 5/9 hissədə Ağayev Dədəşah Mustafa oğlunun, 4/9 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi – vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2, onun nümayəndələri X11, X9 və Vəkil2 iddia tələbini əsassız hesab edərək, alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh2 tərəindən icra olunmamasını bildirib, iddianın rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Ağayev Dədəşah Mustafa oğlu və X8 özlərinə məxsus Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən 2,1712 hektar torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 03 may 2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, 19 yanvar 2014-cü il tarixdə vəfat etmiş Ağayev Dədəşah Mustafa oğlunun vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/6 pay almalıdır. X6, X5, X7, X2 şəxsən müraciət etmədikləri üçün onların hər birinə düşə1/6 hissə pay açıq saxlanılmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağayev Dədəşah Mustafa oğlunun Şamaxı rayonu Çuxuryurd kəndində xüsusi mülkiyyətində 2,1712 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X4 ünvan 1ində xüsusi mülkiyyətində 2,1712 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Dədəşah Mustafa oğlu xx.xx.2014-cü ildə vəfat etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 000604 nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu Çuxuryurd kəndində olan 2,1712 ha torpaq sahəsi 2/3 hissədə Ağayev Dədəşah Mustafa oğlu və 1/3 hissədə X4 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli, 4/98/2025 saylı ekspert rəyində göstərilir ki, Ekspertizaya təqdim olunmuş, Şamaxı Rayon (Dövlət) Notariat Kontoruna məxsus 4Ə- 776 nömrəli notariat işində olan AN-İ№ ******* nömrəli, 24 sentyabr 2007-ci il tarixli alqısatqı müqäviləsinin 1-ci vərəqində mətnin sonunda orta hissədə yerləşən imza və 2- ci vərəqədə aşağı hissədə “Satıcı” qrafasında yerləşən yazılar və imza, həmçinin həmin müqavilənin qeydiyyatdan keçdiyi 2331 nömrəli Reyestr jurnalında 776 saylı qeydiyyatlar qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Адилə ArajeBa” yazıları və həmin yazıların qarşısındakı imza - HEYBƏTOVA (AĞAYEVA) ADİLƏ DƏDƏŞAH QİZİ tərəfındən icra olunmuşdur. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq, İddiaçı satılmış, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun tərtib və təsdiq edilmiş və işdə həmin əqdin etibarsızlığına əsas verən hallar yoxdur. Mübahisəli torpaq sahəsi İddiaçı sahibliyində olduğu halda, həmin torpaq sahəsinin 5/9 hissədə Ağayev Dədəşah Mustafa oğlunun, 4/9 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın xx.xx.1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi «X14rşı» işi üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh2 Cavabdeh1tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-384 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilməli və həmin Şəhadətnamə əsasında ünvan 1i ərazisində yerləşən 2,1712 ha torpaq sahəsində dair 2/3 hissədə Ağayev Dədəşah Mustafa oğlu və 1/3 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Cavabdeh2 137 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: ********** Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edisin. Cavabdeh2 Cavabdeh1tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-384 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin və həmin Şəhadətnamə əsasında ünvan 1i ərazisində yerləşən 2,1712 ha torpaq sahəsində dair 2/3 hissədə Ağayev Dədəşah Mustafa oğlu və 1/3 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Cavabdeh2 137 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-23/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-23/2025
19.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver