Məhkəmə qərarları › İş №e-2(074)-405/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-405/2025

10.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-405/2025 10.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2, Cavabdeh Şamaxı Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 qərarının ləğv edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Cavabdeh iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Polis Şöbəsinin təhqiqatçısının qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmadığından, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, Cavabdeh Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Cavabdeh Şamaxı Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 qərarının ləğv edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar