Məhkəmə qərarları › İş №e-2(074)-433/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-433/2025

16.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-433/2025 16.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı direktoru X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsinin mülkiyyətçisi "xxxx" MMC-yə təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhəliyin icrası ilə bağlı sazişə əsasən X1 04 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri cavabdeh X6 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. 10 oktyabr 2017ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən, X5 31 may 2020-ci il tarixinə 46 838.70 (qırx altı min səkkiz yüz otuz səkkiz manat yetmiş qəpik) manat əsas borc, 6849.80 (altı min səkkiz yüz qırx doqquz manat səksən qəpik) manat fаiz bоrcu və 1510.52 (bir min beş yüz on manat əlli iki qəpik) manat dəbbə borcu olmaqla cəmi 55 199.02 (əlli beş min bir yüz doxsan doqquz manat iki qəpik) manat məbləğində borcu ödənilməmiş qаlmışdır. Bununla bağlı tərəflərindən aidiyyatı üzrə məhkəməyə müraciət edilmiş məhkəmənin qətnaməsinə əsasən borc məbləği X7 və Cavabdeh müştərək qaydada tutulması qət edilmişdir. İcra sənədi icraya yönəldilmiş lakin onlar könüllü icra müddəti zamanı heç bir ödəniş etməmişlər. Məcburi icra tədbirləri zamanı Abşeron Rayon İcra və Probasiya Şöbəsinin sorğularına əsasən cavabdehin mülkiyyətində Şamaxı rayonu, Nağaraxana kəndində 0.10 ha torpaq sahəsi müəyyən edimişdir. İcra məmurunun təqdimatına əsasən qeyd edilən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra həmin torpaq sahəsi 40000 (qırx min) manat məbləğində qiymətləndirilmiş və tələbkara təklif edilmişdir. Tələbkar "xxxx" MMC icra məmurunun təklifini qəbul edərək qeyd edilən torpaq sahəsini borcun 40000 manat hissəsinin əvəzi olaraq götürmüş və həmin torpaq sahəsinə çıxarış almışdır. Hal-hazırda qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi "xxxx" MMC olmasına baxmayaraq həmin torpaq sahsində istifadə edə bilmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı direktoru X8 iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, dəfələrlə teleqram göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da heç bir məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X6 və Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 (bir yüz qırx) manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manat hissəsi iddiaçı "xxxx" MMC-dən, 70 (yetmiş) manat hissəsi isə cavabdeh X2 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4862/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 191/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X7 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər X7 və Cavabdeh müştərək qaydada 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 46.838,70 manat əsas, 14.473,83 manat lizinq mükafatı (faiz), 3000 manat cərimə borcu, ümumilikdə 64312,53 (altmış dörd min üç yüz on iki manat 53 qəpik) manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin olunması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, təqdimatın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4862/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulsuması qərara alınmışdır. İş materiallarında olan 4 saylı Abşeron Ərazi İdarəsinin 19 iyul 2023-cü il tarixli məktubunun surətindən görünür ki, qeyd olunan ünvanda yerləşən bağ evi üzərinə həbs qoyulmuşdur. Qeyd olunan əmlakın X5 mülkiyyətində olduğu qeyd olunsa da Abşeron rayonu, Novxanı kəndi, X13 küçəsi 171 ünvanında yerləşən bağ evi Cavabdeh adından X3 adına özgəninkiləşdirilib və halhazırda sonuncunun mülkiyyətində olduğu müəyyən edilib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçınə məxsus olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçınə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar