Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-57/2024 22.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X19 Murtuza oğlunun sədrliyi Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və X7 Cavabdeh qarşı əmlakın açıq hərracda satılması, satış pulundan əldə olunmuş vəsaitin iddiaçıların payına uyğun ödənilməsi, evə köçürülməsi və maneənin aradan qaldırılması tələbinə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X13, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi, iddiaçılar X10, İddiaçı3, İddiaçı1 mülkiyyət hissələrinə uyğun olaraq naturada bölünməsi, iddiaçıların payının naturada müəyyən edilməsi, naturada müəyyən edilmiş hissənin iddiaçıların istifadəsinə verilərək, onların həmin hissəyə köçürülməsi, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və naturada bölünmüş hissədən iddiaçıların istifadəsi ilə bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və naturada bölünmüş hissədən istifadə etməsinin Cavabdeh qadağan edilməsi, 100 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərclərinin Cavabdeh tutularaq, iddiaçılar X10, İddiaçı3, İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar X10, İddiaçı1 nümayəndəsi – vəkil Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi, satış həyata keçirilənə qədər, İddiaçı1 və həyat yoldaşı – xx.xx.1970-ci il təvəllüdlü X1 onun paylı mülkiyyətində olan Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evinə köçürülməsi və bunla bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X11 xx.xx.1985-ci ildə vəfat etmiş, mərhumdan miras qalmış Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyat yanı torpaq sahəsi üzərindəki mülkiyyət hüququ 4/7 pay mərhumun adında qeydiyyatda qalmaqla qalan 3 pay vərəsəlik qaydasında müvafiq olaraq iddiaçıların mülkiyyətinə keçmişdir Belə ki, həmin daşınmaz üzərində iddiaçı – İddiaçı1 1/7 payı, X4 1/7 payı,İddiaçı3 1/7 payı müəyyən edilmiş, qalan 4/7 pay mərhum X5 adında qeydiyyatda qalmışdır. (Sənəd: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 Saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, **********63-10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış). Buna baxmayaraq iddiaçılar öz mülkiyyətlərində olan daşınmaz əmlakdan istifadə edə bilmirlər. Belə ki, həmin ev və torpaq sahəsi tam olaraq iddiaçıların qardaşı cavabdeh-Cavabdeh istifadəsində olub, iddiaçılara öz mülkiyyətlərindən istifadə etmələrinə mane olur, onları həmin evə-həyətə buraxmır. Bu iş tərəflər arasında ciddi mübahisələrə səbəb olur. Ona görə də hesab edirik ki, məhkəmə qaydasında həmin ev və torpaq sahəsi iddiaçıların mülkiyyət hissələrinə uyğun olaraq naturada bölünməli və onların naturada payları müəyyən edilməli və iddiaçılara öz mülkiyyət hüquqlarından manesiz istifadə imkanı verilməlidir. Bundan başqa iddiaçılara həmin ev və torpaq sahəsinin onlara məxsus olan hissədən istifadəsi ilə bağlı manelərin qoyulması cavabdehə qadağan edilməli, iddiaçıların həmin ev və torpaq sahəsinin onlara mülkiyyət hüququ ilə məxsus olan naturada bölünmüş hissəyə köçürülməsi təmin edilməlidir. İddia tələbi qeyd edilən tələblər ilə bağlıdır. İddiaçılar əvvəlcə Azərbaycan Respublikası Mülki Məcəlləsinin220.3-cü maddəsinə və MPM-in 4.3-cü maddəsinə əsasən cavabdehə xx.xx.2023- cü il tarixində pretenziya məktubu göndərək xahiş etdilər ki, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsindən mülkiyyətçilər X8, İddiaçı3, İddiaçı1 düşən payı naturada müəyyən edilərək 5 gün ərzində onlara bildirsin, əks təqdirdə tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcək. Həmin pretenziya məktub cavabdehə xx.xx.2023-cü il tarixində çatsa da, bu günə cavabdeh iddiaçılara hər hansı bir cavab verməyib. Bu səbəblə iddiaçılar məhkəmədə iddia qaldırmağa məcbur qalmışlar. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyiy Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 08 may 2024-cü il tarixli 3-16-16/2-10/9408 saylı rəydən məlum olur ki, şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaaşyış evi və həyətyanı torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı göstərilmişdir. Hazırda Şamaxı şəhəri Əziz Əliyev küçəsindəli 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi, satış həyata keçirilənə qədər İddiaçı1 və ailəsi onun paylı mülkiyyətində olan Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evinə köçürülməsi və bunla bağlı hər cür maneənin qoyulması cavabdin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e- 2(074)-952/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evin naturada bölünməsi və sair tələbinə dair mülki iş üzrə İddiaçı3 aid hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin əvvəlki iclasında iddiaçıların nümayəndəsi – vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli e-2(074)-730/2021 saylı qətnaməsinin surətindən görünür ki, X2 qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda iddiaçılar İddiaçı2 payı 1/7 hissədə və İddiaçı3 payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli e- 2(074)-60/2021 saylı qətnaməsinin surətindən görünür ki, X2 qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda İddiaçı1 payı 1/7 hissədə müəyyən edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X15 01 iyun 2008-ci ildə, X11 14 dekabr 1985-ci ildə vəfat etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 və Ağayev X12 şəhəri, Əziz Əliyev küçəsi 12 saylı ünvanda yerləşən fərdi yaşayış evinin hər biri 1/7 hissədə sahibidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyiy Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarilxi 3-16-16/2-10/9408 saylı ekspert rəyində göstərilir ki, rəyin təhqiqat hissəsində göstərilənə əsasən, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, mülkiyyətçilərin sayını və onların payına düşən sahəni, həmin paya uyğun sahələrin movcud olmadığını, yalnız bi sanitar qovşaq (tualet, hamam) bir mətbəxt olduğunu nəzərər alaraq həmin yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin payına uyğun naturada bölgüsünün “AzDNT 2.7-2 “yaşayış binaları Layihəlşdirmə Normaları” nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində göstərilənlərə və “yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının mümlünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 1/7 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçılar hazırda həmin əmlakın açıq hərracda satılmasını və satış pulundan əldə olunmuş vəsait hesabına paylarına uyğun dəyərinin ödənilməsini tələb edirlər. Lakin, ekspert rəyi ilə həmin əmlakın naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Həmçinin, müəyyən edildi ki, cavabdeh hazırda İddiaçı1 və onun ailə üzvünü mülkiyyətlərində olan yaşayış sahəsinə buraxmamaqla, həmin evdə yaşamalarına maneə törədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, “nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X9 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir şəxsin həm təkbaşına, həm də digərləri ilə birlikdə mülkiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 öz mülkiyyətində olan əmlakından istədiyi kimi istifadə edə bilməməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirildiyindən, iddia həmin hissədə təmin edilməli, İddiaçı1 ailə üzvü olan X6 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradıılması aradan qaldırılmalı, iddia qalan hissədə əsassız olduğundan, təmin olunmamalıdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada 50 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 ailə üzvü olan X6 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması aradan qaldırılsın. İddia qalan hissədə təmin olunmasın. İddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada 50 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-57/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-57/2024
22.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver