Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-575/2025 14.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı cavabdeh X2 Təhsil İdarəsinə qarşı intizam tənbehinin tətbiq edilməsi haqqında əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qaytarılması haqqında iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X2 Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Şirvan Regional Təhsil İdarəsinin intizam tənbehinin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1-366K/2024 nömrəli əmrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda isə iddiaçının nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh X2 Təhsil İdarəsinə qarşı intizam tənbehinin tətbiq edilməsi haqqında əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-575/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-575/2025
14.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver