Məhkəmə qərarları › İş №e-2(074)-696/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-696/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-696/2024 24.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankın nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı ASC “Xalq” Bankın Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC “Xalq” Bankı cavadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********97320/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Şamaxı şəhəri, C.Balayev küçəsi, 1-ci dalanda, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli, 117.5 kv.m ümumi, 49.5 kv.m yaşayış, 68 kv.m yardımçı sahədən ibarət “A” tikilisi və 2 mərtəbəli, 94 kv.m ümumi, 23 kv.m yaşayış, 71 kv.m yardımçı sahədən ibarət “B” tikilisi, cəmi ümumi sahəsi 211.5 kv.m, 72.5 kv.m yaşayış, 139 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli **********97320 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 21.409,70 (iyirmi bir min dörd yüz doqquz manat 70 qəpik) manat məbləğində əsas borcun, kreditin qaytarılma müddətinin bitdiyi tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 6.059,95 (altı min əlli doqquz manat 95 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 3.303,07 (üç min üç yüz üç manat 07 qəpik) manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 10,11 (on manat 11 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 30.782,83 (otuz min yeddi yüz səksən iki manat 83 qəpik) manat məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində çəkilmiş xərcin ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 182,50 (bir yüz səksən iki manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Maraqlı şəxs (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********97320 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17 % ödənilməsi şərtilə, 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı, borcalan Maraqlı şəxs və Cavabdeh arasında sonuncuya məxsus olan Şamaxı şəhəri, C.Balayev küçəsi, 1-ci dalanda, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli, 117.5 kv.m ümumi, 49.5 kv.m yaşayış, 68 kv.m yardımçı sahədən ibarət “A” tikilisi və 2 mərtəbəli, 94 kv.m ümumi, 23 kv.m yaşayış, 71 kv.m yardımçı sahədən ibarət “B” tikilisi, cəmi ümumi sahəsi 211.5 kv.m, 72.5 kv.m yaşayış, 139 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin (bundan sonra «İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2020-ci il tarixli **********97320/İP №-li İpoteka müqaviləsi (bundan sonra «İpoteka müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Borc alan Maraqlı şəxs Kredit müqaviləsinin 2.4-cü bəndinə və həmin müqavilənin 1 №-li Əlavəsi olan Ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh Maraqlı şəxs öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, kreditin qaytarılması müddətinin bitməsinə baxmayaraq Kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borca hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Beləliklə, Borc alan Maraqlı şəxs kreditləşmə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə Kreditor qarşısında gecikdirilmiş ümumi borcu 27 469,65 (iyirmi yeddi min dörd yüz altmış doqquz manat 65 qəpik) manat təşkil edir ki, bununda 21 409,70 (iyirmi bir min dörd yüz doqquz manat 70 qəpik) manat vaxtı keçmiş əsas borc məbləğindən, 6 059,95 (altı min əlli doqquz manat 95 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş məbləğə gecikdirmənin hər günü illik 15 % (on beş faiz) dərəcəsi penya ödəməlidir ki, bu da xx.xx.2024-cü il tarixinə 3 303,07 (üç min üç yüz üç manat 07 qəpik) manat təşkil edir. Bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə cərimə faizlərinin hesablanması Borc alanın xeyrinə olaraq xx.xx.2020 -ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi dayandırılmışdır. Kredit müqaviləsi üzrə Borc alan Maraqlı şəxs tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli ŞMX-XO-23.8.2023-001 nömrəli Bildiriş göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin bildirişlərdə qeyd olunan ipoteka predmeti hesabına ödənilməsi üçün həmin əmlak obyektinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli ŞMX- XO-23.8.2023-001 nömrəli bildirişin qeydiyyata alınması barədə müvafiq olaraq xx.xx.2023-ci il tarixli ŞMX-XO-31.8.2023-001 nömrəli ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən bildirişin qeydə alınması barədə xx.xx.2023-cü il tarixli **********02 №-li məktubla Banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Borcalan Maraqlı şəxs arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 3 (üç) aydan artıq müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər (digər istehlak krediti növü) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 17 % (on yeddi faiz) təşkil edir. İstehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumatı nəzərə alaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə kimi əldə çıxmış faydanın hesablanmasında həmin faiz dərəcəsini (17 %) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək olan dövr üçün bu məbləğ 10,11 (on manat 11 qəpik) manat təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli **********97320/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Şamaxı şəhəri, C.Balayev küçəsi, 1-ci dalanda, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli, 117.5 kv.m ümumi, 49.5 kv.m yaşayış, 68 kv.m yardımçı sahədən ibarət “A” tikilisi və 2 mərtəbəli, 94 kv.m ümumi, 23 kv.m yaşayış, 71 kv.m yardımçı sahədən ibarət “B” tikilisi, cəmi ümumi sahəsi 211.5 kv.m, 72.5 kv.m yaşayış, 139 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli **********97320 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 21.409,70 (iyirmi bir min dörd yüz doqquz manat 70 qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 6.059,95 (altı min əlli doqquz manat 95 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 4.272,28 (dörd min iki yüz yetmiş iki manat 28 qəpik) manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 1627,73 (bir min altı yüz iyirmi yeddi manat 73 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33.369,66 (otuz üç min üç yüz altmış doqquz manat 66 qəpik) manat məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində çəkilmiş xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 190,11 (bir yüz doxsan manat 11 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı ASC “Xalq” Bankın nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verib göstərdi ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə ASC “Xalq” Bankdan 48 ay müddətinə 30.000 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda, ona məxsus olan Şamaxı şəhəri, C.Balayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 211.5 kv.m ibarət 4 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Lakin, maddi vəziyyəti ilə əlaqədar, Maraqlı şəxs ödənişləri vaxtında edə bilməmişdir. Götürülən kreditin puluna heyvan alınmış, onlar da tələf olmuşdur. Bank tərəfindən faiz aşağı salınsın, yeni ödəniş cədvəli tərtib olunsun ki, ödəniş edə bilsinlər. Həmçinin, başqa yaşayış sahələri olmadığından, tutmanın ona məxsus fərdi yaşayış evinə yönəldilməsinə etiraz edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı ASC “Xalq” Bankı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********97320 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17 % ödənilməsi şərtilə, 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, sonuncuya məxsus olan Şamaxı şəhəri, C.Balayev küçəsi, 1-ci dalanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli, 117.5 kv.m ümumi, 49.5 kv.m yaşayış, 68 kv.m yardımçı sahədən ibarət “A” tikilisi və 2 mərtəbəli, 94 kv.m ümumi, 23 kv.m yaşayış, 71 kv.m yardımçı sahədən ibarət “B” tikilisi, cəmi ümumi sahəsi 211.5 kv.m, 72.5 kv.m yaşayış, 139 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarından görünür ki, ipoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. İş materiallarından görünür ki, Şamaxı şəhəri, Cavanşir Balayev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi ASC “Xalq” Bankın xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli **********97320 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 21.409,70 (iyirmi bir min dörd yüz doqquz manat 70 qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 6 059,95 (altı min əlli doqquz manat 95 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 4.272,28(dörd min iki yüz yetmiş iki manat 28 qəpik) manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 1627,73 (bir min altı yüz iyirmi yeddi manat 73 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33.369,66 (otuz üç min üç yüz altmış doqquz manat 66 qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan “X3” MMC-nin 07 avqust 2024-cü il tarixli qiymətləndirmə hesabatından göstərilmişdir ki, Cavabdeh Şamaxı şəhəri Cavanşir Balayev küçəsində mülkiyyətində olan 0,04 ha (4,0 sot) ha torpaq sahəsində yerləşən 211,5 kv.metr ümumi sahəsi olan 4 otaqlı, 2 mərtəbəli, 2 saylı fərdi yaşayış evinin 07 avqust 2024-cü il tarixə olan bazar dəyəri 73000 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı ASC “Xalq” Bankı tərəfindən Maraqlı şəxs (borcalana) 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 17 % (on yeddi) ödənilməsi şərtilə, 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, sonuncuya məxsus olan Şamaxı şəhəri, C.Balayev küçəsi, 1-ci dalanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli, 117.5 kv.m ümumi, 49.5 kv.m yaşayış, 68 kv.m yardımçı sahədən ibarət “A” tikilisi və 2 mərtəbəli, 94 kv.m ümumi, 23 kv.m yaşayış, 71 kv.m yardımçı sahədən ibarət “B” tikilisi, cəmi ümumi sahəsi 211.5 kv.m, 72.5 kv.m yaşayış, 139 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Hazırda borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli **********97320 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankına 21.409,70 (iyirmi bir min dörd yüz doqquz manat 70 qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 6 059,95 (altı min əlli doqquz manat 95 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 4.272,28(dörd min iki yüz yetmiş iki manat 28 qəpik) manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanmış 1627,73 (bir min altı yüz iyirmi yeddi manat 73 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33.369,66 (otuz üç min üç yüz altmış doqquz manat 66 qəpik) manat məbləğində borcu yaranmışdır. Təqdim olunmuş qiymətləndirmə hesabatına əsasən, Cavabdeh Şamaxı şəhəri Cavanşir Balayev küçəsində mülkiyyətində olan 0,04 ha (4,0 sot) ha torpaq sahəsində yerləşən 211,5 kv.metr sahəsi olan, 4 otaqlı, 2 mərtəbəli, 2 saylı fərdi yaşayış evinin bazar dəyəri 73000 manat müəyyən edilmişdir. Beləliklə, Maraqlı şəxs müqavilə əsasında götürdüyü kreditin ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə tutmanın cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın 4.272,28 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cərimənin məbləği 4.272,28 manat yox, 500 manat məbləğində hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin, məhkəmə hesab edir ki, əldən çıxmış faydanın əvəzi olaraq, vaxtı keçmiş əsas borc məbləğinə illik 17 faizlə yox, 5 faizlə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli **********97320/tP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Şamaxı şəhəri, C.Balayev küçəsi, 1-ci dalanda, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli, 117.5 kv.m ümumi, 49.5 kv.m yaşayış, 68 kv.m yardımçı sahədən ibarət “A” tikilisi və 2 mərtəbəli, 94 kv.m ümumi, 23 kv.m yaşayış; 71 kv.m yardımçı sahədən ibarət “B” tikilisi, cəmi ümumi sahəsi 211.5 kv.m, 72.5 kv.m yaşayış, 139 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməli, ipoteka predmeti açıq hərracda satılmalı və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli **********97320 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 21.409,70 (iyirmi bir min dörd yüz doqquz manat 70 qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 6.059,95 (altı min əlli doqquz manat 95 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, 500 manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 478,74 manat məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 28.448,39 manat məbləğində pul vəsaiti tutulmalıdır. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində çəkilmiş xərc ASC «Xalq» Bankının xeyrinə tutulmalı, hərraca çıxarılarkən iporteka predmetinin ilkin satış qiyməti 73000 manat məbləğində müəyyən edilməli, borc ödənildikdən sonra, qalan məbləğ Cavabdeh verilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175,35 manat məbləğində pul Cavabdeh tutularaq, iddiaçı ASC “Xalq” Banka ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli **********97320/tP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Şamaxı şəhəri, C.Balayev küçəsi, 1-ci dalanda, mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 nömrəli, 1 mərtəbəli, 117.5 kv.m ümumi, 49.5 kv.m yaşayış, 68 kv.m yardımçı sahədən ibarət “A” tikilisi və 2 mərtəbəli, 94 kv.m ümumi, 23 kv.m yaşayış; 71 kv.m yardımçı sahədən ibarət “B” tikilisi, cəmi ümumi sahəsi 211.5 kv.m, 72.5 kv.m yaşayış, 139 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldilsin. İpoteka predmeti açıq hərracda satılsın. Həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli **********97320 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 21.409,70 (iyirmi bir min dörd yüz doqquz manat 70 qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 6.059,95 (altı min əlli doqquz manat 95 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, 500 manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 478,74 manat məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 28.448,39 manat məbləğində pul vəsaiti tutulsun. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində çəkilmiş xərc ASC «Xalq» Bankının xeyrinə tutulsun. Hərraca çıxarılarkən, iporteka predmetinin ilkin satış qiyməti 73.000 manat məbləğində müəyyən edilsin. Borc ödənildikdən sonra, qalan məbləğ Cavabdeh verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175,35 manat məbləğində pul Cavabdeh tutularaq, iddiaçı ASC “Xalq” Banka ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar