Məhkəmə qərarları › İş №e-2(074)-878/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-878/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-878/2024 27.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Əlpaşa oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10335 manat pul, ödənilmiş 121 manat dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 10756 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı özünə avtomobil almaq qərarına gəlmiş, bu barədə 2023-cü ilin noyabr ayında tanışı Cavabdeh ilə aralarında danışmışlar. Cavabdeh İddiaçı avtomobil alqı-satqısı ilə məşğul olduğunu, həmçinin bu işlə məşğul olan tanışlarının olduğunu və ona avtomobil almaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra, İddiaçı avtomobil alınması üçün Cavabdeh kart hesabına 3600, 500, 845 və 990 manat köçürmüş, şəxsən özünə isə ayrı-ayrı vaxtlarda 900 və 3500 manat, ümumilikdə 10.335 manat pul vermişdir. İddiaçı cavabdehdən məsələnin nə yerdə qaldığını maraqlananda, Cavabdeh hər dəfə iddiaçıya səbrli olmasını bildirmişdir. Sonradan, İddiaçı Cavabdeh müraciət edərək, sonuncudan ödədiyi ümümilikdə 10.335 manat məbləğində pulu geri qaytarmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya Fuad adlı tanışının onu aldatdığını, ödədiyi 10.335 manatın onda olmadığını, bu səbəbdən hazırda pulu qaytara bilmədiyini bildirmişdir. Dəfələrlə iddiaçı ilə cavabdeh arasında pulun qaytarılması barədə danışıqlar olmuş, cavabdeh yenə də, Fuad adlı tanışı tərəfindən aldadıldığını, iddiaçının yanında da, üzü qara olduğunu və bankdan kredit götürərək, pulu qaytaracağını bildirmişdir. Lakin, cavabdeh bu günə kimi bir manat belə qaytarmamış, dolayısı ilə pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də, İddiaçı məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı nümayəndəsi – vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Eyni zamanda, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, iştirakı olmadan işə baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərin surətindən görünür ki, İddiaçı Cavabdeh kart hesabına müxtəlif tarixlərdə 3600, 500, 845 və 990 manat pul köçürmüşdür. İş materiallarından görünür ki, İddiaçı “Xəzər Konsaltinq” Vəkil Bürosuna hüququ yardıma görə 300 manat, dövlət rüsumu olaraq isə 121 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında sosial şəbəkədə aparılmış yazışmalardan görünür ki, Cavabdeh İddiaçı avtomobilin alınmasına görə ümumilikdə 10335 manat məbləğində pulu qəbul etmişdir. Beləliklə, iş materialları ilə sübuta yetirilmişdir ki, hazırki iş üzrə tərəflər arasında 2023-cü ilin noyabr ayında baş tutmuş şifahi razılaşmaya uyğun olaraq, İddiaçı avtomobilin alınması üçün Cavabdeh kart hesabına 3600, 500, 845 və 990 manat pul köçürmüş, şəxsən özünə isə ayrı-ayrı vaxtlarda 900 və 3500 manat olmaqla, ümumilikdə 10.335 manat pul vermişdir. Cavabdeh isə uzun müddət keçməsinə baxmayaraq, götürdüyü öhdəliyə əməl etməmiş, iddiaçı pulunu geri tələb etdikdə isə, onu qaytarmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehdə olan pulunu geri tələb etməklə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10335 manat pul, ödənilmiş 121 manat dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 10.756 manat pul alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10335 manat pul, ödənilmiş 121 manat dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 10.756 manat pul alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar