Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1008/2025 06.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxs Notariat Ofisi olmaqla “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə ölmüş X2 miras qalmış ünvan 2 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən X4 məxsus olmuşdur. X6 atasının əmisi qızıdır və o, xx.xx.2008-ci ildə ölmüşdür. X6 ölməmişdən əvvəl xx.xx.1996-cı il tarixli notarial təsdiqlənmiş vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə ilə X1 şəhəri C.M.Əfəndiyev küçəsi 4 nömrəli evdən ona düşən hissəsini və bütün əmlakını ona vəsiyyət etmişdir. X6 öldüyü tarixdən o, ailə üzvləri ilə birlikdə ondan miras qalmış və ona vəsiyyət edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa, sahiblik etməyə başlamış və hazırda da yaşayır. Həmin evin bütün təmir-tikinti işlərini aparmışdır. Göründüyü kimi X7 öldükdən sonra o, ondan qalmış miras əmlaka sahiblik etmiş, miras əmlakı idarə etməyə faktiki olaraq başlamış və miras tərəfindən qəbul edilmişdir. O, Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinə müraciət edərək xx.xx.2008-ci ildə ölmüş X2 miras qalmış əmlakdan özünə düşən paya dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat Ofisinin xüsusi notariusu Əli Hacıyevin xx.xx.2025-ci il tarixli qərarı ilə ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina etmişdir. Həmin qərarda qeyd edilir ki, Ərizəçi mirasın açıldığı andan nə ərizə, nə də ki, faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə, iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxsnümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional Maraqlı şəxsndə Notariat ofisinin 10 yanvar 2025-ci il tarixli qərarına əsasən, Ərizəçi ərizəsi əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Qərarda qeyd edilmişdir ki, Ərizəçi mirasın açıldığı andan nə ərizə, nə də ki, faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - Çələbixan məhəllə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 09 nömrəli arayışına əsasən, Ərizəçi 2008-ci il tarixdən bu günədək Şəki şəhəri, İ.Nəbiyev küçəsi, 4 saylı evdə ailəsi ilə birlikdə yaşayır. - 14 oktyabr 1996-cı il tarixli ünvan 3-də yaşayan X3 vəsiyyətnaməsindən görünür ki, Şəki şəhəri, 25-ci rayon, S.M.Əfəndiyev küçəsi, ev 4 ona düşən hissəni və bütün əmlakını ünvan 3 ünvanında yaşayan Ərizəçi vəsiyyət etmişdir. - Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, **********39-10301 reyestr nömrəli Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 5, ev 4 (yeni qaydalarla: AZ 5506, ünvan 4 ünvanında yerləşən 46.40 kv.m, 0.0404 ha fərdi yaşayış evi X3 mülkiyyətindədir. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ 306085 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və atası X20 (xx.xx.1939) (Ölüm tarixi (xx.xx.2022)), anası X10 (xx.xx.1950), arvadı X5 (xx.xx.1982), qardaşı X21 (xx.xx.1970), bacısı X15 (xx.xx.1973) (Ölüm tarixi (xx.xx.1973)), qardaşı X23 (xx.xx.1974) (Ölüm tarixi (xx.xx.1977)), qardaşı X22 (xx.xx.1982) (Ölüm tarixi (xx.xx.1982)), bacısı X11 (xx.xx.1982), oğlu X12 (xx.xx.2009), oğlu X13 (xx.xx.2010) ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X16 izahatında bildirmişdir ki, Pərvizin sinif yoldaşı olmuşdur. Ərizəçinin atasının adı Nazim, anasının adı isə Elmiradır. Pərviz Nuriyyə xalanın evində yaşayır. Nuriyyə xala Pərvizin atasının əmisi qızıdır. Nuriyyə xala 2008-ci il tarixdə vəfat etmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X8 oğlu izahatında bildirmişdir ki, ərizəçi Pərviz onun qonşusudur. Ərizəçinin atasının adı Nazim, anasının adı isə Elmira, qardaşının adı isə Elçindir. Pərvizin atasının əmisi qızı Nuriyyə xalanın evində yaşayır. Nuriyyə xalanın övladı olmamışdır. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 90 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn, mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X6 Ərizəçi atasının əmisi qızıdır (ərizəçi belə bildirir). Nuriyyə Məmmədova tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli vəsiyyətnamə ilə Şəki şəhəri, 25-ci rayon, S.M.Əfəndiyev küçəsi, ev 4 ona düşən hissəni və bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi bildirir ki, Nuriyyə Məmmədova vəfat etdikdən sonra 2008-ci ildən o, ailəsi ilə birlikdə mərhuma məxsus evdə yaşamışdır və hal-hazırda da həmin evdə yaşayır. İş materiallarından görünür ki, ərizəçinin atası Nuriyyə Məmmədovanın 5-ci növbədə vərəsəsidir. 5-ci növbəyə qədər kimlərin vərəsə ola bilməsi məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, ərizəçi mirasın faktiki qəbulu ilə bağlı deyil, vəsiyyətnamə olduğu təqdirdə notariat hərəkətlərinin aparılmasından imtina barədə qərardan da şikayət ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxs Notariat Ofisi olmaqla “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxs Notariat Ofisi olmaqla “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev