Məhkəmə qərarları › İş №e-2(075)-101/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-101/2025

10.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-101/2025 10.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 iyul 2017-ci il tarixdə verilmiş **********53 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin onlara qadağan edilməsi, həmçinin iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 90 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 iyul 2017-ci il tarixdə verilmiş **********53 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 0,0476 hektar torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin cizgiləri, yəni koordinantları işlənilmişdir. Lakin, Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Halbuki, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi sənədləri yoxdur, əksinə onun Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsi ilə bağlı qanuni sənədləri vardır. Cavabdeh ilə dəfələrlə görüşlərin və söhbətlərin keçirilməsinə, onlara dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, o bu əməllərini davam etdirməkdədir. Cavabdehin bu hərəkətləri öz mülkiyyətində olan torpaq sahəmdən istifadəsinə olan hüquqlarını məhdudlaşdırır. Buna görə də hazırki iddia ərəzisi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan və Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi ona məxsusdur. İşin bu faktiki halı ərizəsinə əlavə edilmiş sənədlərlə tam təsdiq olunur. Mübahisə predmeti olan həmin torpaq sahəsinin ona məxsus olmasına dair hüquq müəyyənedici sənədlər vardır. Mübahisə predmeti olan torpaq sahəsi cavabdehin mülkiyyətində, istifadəsində və icarəsində deyildir və bununla bağlı Cavabdeh tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilə bilməz. Yaranmış vəziyyətdə mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etməyi ilə bağlı Cavabdeh tərəfindən edilən manelərin qadağan edilməsini tələb etmək hüququ vardır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir.. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. İşin halları; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən 0,0476 torpaq sahəsi İddiaçı tam paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/309 nömrəli ekspert rəyindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən, 0,0476 ha torpaq sahəsi Cavabdeh tərəfindən 71.6 kv.m hissəsi zəbt olunmuşdur. Zəbt olunmuş hissəsinin döngə noqtələri, kordinatları mütəxəssis rəyinə əlavə edilmiş göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, hazırda mübahisə predmeti torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış mövcuddur. Lakin, hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Şəki rayonu Qoxmuq kəndində yerləşən 0.0476 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı tam paylı mülkiyyətinə verilmişdir. İddiaçı hazırda zəbt edilmiş ərazidən Cavabdeh məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə cavabdehin tərəfindən edilən maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli. 10/309 saylı rəy verilmişdir. Ekspertizanın rəyində Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0,0476 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən 71.6 kv.m hissəsi zəbt olunduğu göstərilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/309 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən, eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən sözügedən rəy mötəbər sübut kimi qəbul edilməli və mübahisənin həllində istifadə edilməlidir. Göründüyü kimi, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********53 reyetr nömrəli çıxarışa əsasən Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsindən İddiaçı istifadə hüquqlarını həyata keçirməyə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. İddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödənmiş 90 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertrizası ilə bağlı aparılmış ekspertizaların tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş **********53 reyetr nömrəli çıxarışa əsasən Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə edilən maneələr aradan qaldırılsın. İddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödənmiş 90 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertrizası ilə bağlı aparılmış ekspertizaların tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar