Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1021/2025 04.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı X2 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun əvəzinə ödədikləri cəmi 6248,46 manat və iddia tələbləri ilə bağlı dövlət rüsumu olaraq ödədikləri 83 manat olmaqla, cəmi 6331,46 manatın alınaraq həmin pulun bərabər olmaqla hər birinə, yəni 3165,73 manatının X1, 3165,73 manatının isə İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin məcələnin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçı X2 və İddiaçı2 izah edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı X2 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən ödənilmiş 83,60 manat dövlət rüsumu iddiaçılar X2 və İddiaçı2 geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1021/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1021/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver