Məhkəmə qərarları › İş №e-2(075)-1072/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1072/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1072/2023 31.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 mart 1932-ci ildə anadan olmuş və xx.xx.2020-ci ildə vəfat etmiş anası X6 2002-ci ildən xx.xx.2020-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, anası X12 03 mart 1932-ci ildə Şəki şəhərində anadan olmuş və xx.xx.2020- ci il tarixdə vəfat etmişdir. 2002-ci ildə anasının 70 yaşı olmuşdur. Həmin vaxtdan, yəni 2002-ci ildən ölən gününədək, yəni xx.xx.2020-ci ilədək ahıl yaşda anası ilə o ünvan 1 ünvanında birlikdə yaşamış və ona qulluq etmişdir. Bu hal Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 30 sentyabr 2022-ci il tarixli arayışı və qonşuların iştirakı ilə tərtib edilmiş aktla da öztəsdiqini tapır. xx.xx.2020-ci il tarixdən ona yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə mən Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsilə zəruri sənədləri təqdim edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, əmək kitabçasında olan iş stajı və 70 yaşından 88 yaşınadək ahıl anasına qulluq etdiyi dövr nəzərə alınmaqla sosial müavinətin ləğv edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmiş və bildirilmişdir ki, anası X12 vəfat etdiyi üçün ona 2002-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək qulluq etməyiniz məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulduğundan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Göründüyü kimi qurum tərəfindən təqdim etdiyi əmək kitabçasına və digər sənədlərə əsasən sığorta stajı 13 il 11 ay təşkil edir ki, bu da qanunla nəzərdə tutulduğundan azdır. Əgər 2002-ci ildə 2020-ci ilədək qoca, ahıl anasına qulluq etməyi məhkəmə qaydasında təsdiq edilərsə, sığorta stajı qanunla nəzərdə tutulan sığorta stajını tamamlayacaq və onun yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır. Ona görə də anası X6 2002-ci ildən xx.xx.2020-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xaiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 izahat verərək göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. İddiaçının ailə üzvlərini də tanıyır. X12 onun müəlliməsi olub. xanımın anasıdır. İsmət xala yaşlı olduğundan tez tez yaddaşı itirdi uzun həmin vaxtlar qızı Şahnaz ona qulluq edirdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X13 izahat verərək göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. X3 Əliəkbərovanın anası olmaqla onu uşaq vaxtı görmüşdür. Şahnaz xanımın anası İsmət Rəsulovaya yaşlı olduğundan baxdığın bilibdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X1 03 iyun 2019cu il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işdə olan 28 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 20 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli, 05/Q-1592/69 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə, Şəki şəhərindı anadan olmuşdur. X2, anası isə X8r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 23 dekabr 2022-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Şəki "ASAN xidmət" mərkəzindən daxil olmuş ərizəyə və ona əlave edilmiş senedlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermadikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası layin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixinden xx.xx.2019-cu il tarixindək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilmesi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və elaca de müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddesinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən Sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissesinde 2018-ci ilin 1 iyul tarixinə geydo alınmış pensiya kapitalı olduqda, 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunana (Bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şexslar da daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 13 il 11 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi həsabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin arayışına Əsasən araşdırma zamanı Şəki şəhər Mədəniyyət şöbəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmr kitabları və əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi müəyyən edilmiş və bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. "Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 4.1.8-ci yarımbəndinin 3-cü abzasına əsasən ahıllara qulluqetmə müddəti üzrə qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən hesablanır. Qeyd olunan yarımbəndin tələblərinə əsasən ananız X12 vəfat etdiyi üçün ona 2002-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək qulluq etməyiniz məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra sizin yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Ona xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilərək xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstericilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Ərizəçi 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşamış və anası X6 baxmışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X21 filialı tərəfindən verilmiş, 12 oktyabr 2022-ci il tarixli, 827 nömrəli arxiv arayışından görünür ki, Nuxa şəhər VVAQ şöbəsinin 1932-ci ilin “Doğulanların qeydiyyat” kitabına əsasən 31 mart 1932-ci il 369 nömrəli qeydiyyatda X22 03 mart 1932-ci ildə doğumu qeyd edilmişdir. X15, anası isə Səqinə İbrahimdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İşdə olan Ərizəçinn əmək kitabçasından görünür ki, o 16 noyabr 1976-ci il tarixdə Şəki Rayon Dövlət Dram Teatrında işləmişdir. 01 oktyabr 1977-ci tarixdə qrim ustası vəzifəsinə təyin edilmişdir. 01 sentyabr 1978-ci il tarixdə ərizəsi əsasında həmin vəzifədən azad edilmişdir. 1981-ci il tarixdə tədris teatrının köməkçi heyəti vəzifəsinə təyin edilmişdir. 1983-ci il tarixdə həmin vəzifədən öz istəyi ilə azad edilmişdir. 1983-cü ilin may ayında “Maldarlar” klubunun müdiri vəzifəsinə qəbul olunmuşdur. 13 sentyabr 1983-cü ildə klubun müdiri vəzifəsindən azad edilərək, həmin tarixdə M.F.Axundov adına Ziyalılar evinin metodisti vəzifəsinə keçirilmişdir. 16 noyabr 1983-cü il tarixdə “Maldarlar” klubunun müdiri vəzifəsindən azad edilmişdir. 1983-cü ilin noyabr ayında M.F.Axundov adına Ziyalılar evinə müvəqqəti olaraq müdir vəzifəsinə təyin edilmişdir. 1984-cü il tarixdə M.F.Axundov adına Ziyalılar evinin müvəqqəti müdiri vəzifəsindən azad edilmiş, həmin tarixdən U.Hacıbəyov adına klubun müdiri vəzifəsinə təyin edilmişdir. 13 sentyabr 1985-ci il tarixdə U.Hacıbəyov adına klubun müdiri vəzifəsindən azad edilərək, həmin tarixdə M.F.Axundov adına “Ziyalılar evi”nin metodisti vəzifəsinə keçirilmişdir. 26 fevral 1988-ci il tarixdə U.Hacıbəyov adına klubun müdiri vəzifəsinə təyin edilmişdir. 01 noyabr 1989-cu il tarixdə Xan sarayına ekskursavodçu vəzifəsinə keçirilmişdir. 1991-ci ildə N.Tacıyev adına kluba metodist vəzifəsinə keçirilmişdir 25 aprel 1993-cü il tarixdə ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 01 may 1993-cü il tarixdə Ü.Hacıbəyov adına mədəniyyət evinə metodist vəzifəsinə təyin edilmişdir. 30 dekabr 2004-cü il tarixdə ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Belə ki, MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki,Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4-cü bəndində Sosial sığorta stajının hesablanması zamanı qulluq etmə zamanı qulluq edilən şəxslər ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da məlum olur ki, Ərizəçi anası X6 2002-ci ildən xx.xx.2020-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi anası İsmət Rəsulova ilə birlikdə yaşamalarını bildirsələr də sonuncunun ona qulluq etməsi və ya İsmət Rəsulovanın hər hansı xəstəlikdən əziyyət çəkməsi öz təsdiqini tapmamaqla ona qulluq etməsi sübuta yetirilməmişdir. Məhkəmə Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşaraq qeyd edir ki, Ərizəçi 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşaması və anası X6 baxmasının necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir. Beləliklə məhkəmə Ərizəçi 2002-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşamış və anası X6 baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizəçi 03 mart 1932-ci ildə anadan olmuş və xx.xx.2020-ci ildə vəfat etmiş anası X6 2002-ci ildən xx.xx.2020-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar