Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1084/2024 02.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 22 oktyabr 1971-ci il təvəllüdlü X7 xx.xx.2006-cı il tarixində ölməsi faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun 22 oktyabr 1971-ci il təvəllüdlü X10 adlı qardaşı olmuşdur. O, ev şəraitində xx.xx.2006-cı ildə rəhmətə getmişdir. El adəti ilə yas mərasimi keçirilmiş və kənd qəbirstanlığında basdırılmışdır. Kənd adamı olduqları üçün onun ölümünə dair Qeydiyat şöbəsindən “Ölüm haqqında şəhadətnamə” almamışlar. Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə hər kəs kimi onlara da pay torpaq sahəsi verilmişdir. Son günlər torpaq sahələrinə çıxarış almaq istəyərkən məlum olmuşdur ki, qardaşının adında da 0,37 ha torpaq sahəsi mövcuddur. Həmin sahə üçün vərəsəlik açdıraraq müvafiq çıxarış əldə etmək üçün müraciət etsələr də qardaşının “Ölüm haqqında şəhadətnamə”si tələb olunmuşdur. Şəki rayon Qeydiyyat şöbəsinə müraciət etsələr də “Vətəndaşlıq vəziyyət aktları” sistemində qardaşı X7 ölüm aktı aşkar olunmamışdır. Yuxarıda qeyd etdiyi problemlərin həll edilməsi üçün Şəki rayon qeydiyyat şöbəsinə müraciət etsə də, ona xx.xx.2024-cü il tarixli məktubla imtina vermiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə etdiyi doğum haqqında şəhadətnamədən göründüyü kimi, X10 adlı qardaşı 22 oktyabr 1971-ci ildə Zaqatala rayonu Talalar kəndinə anadan olmuşdur. Ataları o vaxt orada işlədiyi üçün onlar Zaqatalada doğulmuşlar. İş materiallarına əlavə etdiyi X16 Xidmət X3 verdiyi xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi, “Vətəndaşlıq vəziyyət aktları” sistemində qardaşı X7 ölüm aktı aşkar olunmamışdır. İş materiallarında olan Şəki rayon Baş Göynük Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından göründüyü kimi, qardaşının qəbri Baş Göynük kənd qəbristanlığında mövcuddur. Bu barədə qəbrin foto şəkilləri əlavə təqdim edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qardaşı 2006-cı ildə vəfat etmişdir. Qardaşı öləndə o, evdə olmamışdır. Qardaşının adına 37 sot torpaq sahəsi vardır. Kənd adamı olduqları üçün qardaşının ölümünə dair Qeydiyat şöbəsindən “Ölüm haqqında şəhadətnamə” almamışlar. Onlar iki qardaş, yeddi bacı olmuşlar. Bacılarının heç birinin torpaq sahəsinə iddiası yoxdur. Bəstə və Mirvari kəndədir. Hər ikisinin pay torpağı vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - xx.xx.2024-cü il tarixli, 32 saylı arayışdan görünür ki, X10 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və Baş Göynük ərazisində “Quzu uşağı” adlanan qəbiristanlıqda ona aid qəbr mövcuddur. - Şəki Regional “Asan Xidmət” X3 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Şəki Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1971-ci il təvəllüdlü X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X7 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - xx.xx.1971-ci il tarixli, АЗБ 007605 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X7 atası X11, anası X1r. - Şəki RMX X13 xx.xx.2024-cü il tarixli, 18-1-71/3-199/2024 saylı məktubundan görünür ki, X10 ev şəraitində dünyasını dəyişərkən “Şəki RMX” X15 müraciət edilməmiş və hər-hansı qeydiyyat aparılmamışdır. Odur ki, X9 ölüm aktının verilməsi mümkün deyildir. - X7 qəbir və baş daşı rəsmlərindən görünür ki, X10 xx.xx.1971-ci il tarixdə doğulmuş, xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, X10 onun əmisi oğlu olmuşdur. Bir kənddə yaşamışlar. Mərhum 2006-cı ilin may ayında xərçəng xəstəliyindən vəfat etmişdir. Təxminən 6 - 7 ay xəstə olmuşdur. Son anlarında xəstəliyi ağırlaşmışdır. 18 mayda Kamil vəfat etmişdir. Bildirmişdir ki, qonşuluqlarında Fikrət adlı həkim var idi. Kamili o müayinə etmişdir. Mərhumun başqa yerdə müalicə olunduğundan məlumatı yoxdur. Kamil vəfat etdikdən sonra Molla uşağı adlı qəbiristanlıqda dəfn olunmuşdur. Göstərmişdir ki, Kamilgil iki qardaş, yeddi bacı olublar. Bacıları Mirvari, Gülvari, Züleyxa, Zivər, Zülfiyyə, Bəsti və Dilbər idi. Mirvari və Bəsti kənddə yaşayırlar. Mirvari evli deyil. Qalan bacılar evlidir. Ərizəçinin digər bacıları Balakən, Mingəçevir, Rusiya və digər yerlərə köçmüşdür. Mərhum Kamil qəbiristanlıqda atası və anası ilə eyni yerdə dəfn olunmuşdur. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, mərhum X10 onunla qapı bir qonşu olmuşdur. Mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Mərhum ankoloji xəstəlikdən vəfat etmişdir. Qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi. Ərizəçinin atası və anası da eyni xəstəlikdən vəfat etmişdir. Kamilin bir qardaşı var, Ərizəçidur. Kamilgilin 7 bacısı olmuşdur. Bacılardan Mirvari subaydı, evdədir. Qalan bacılar müxtəlif yerlərə köçmüşdür. Bacılardan Dilbər Bakı şəhərində yaşayır. Mərhum kənddə dəfn olunmuşdur. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, o, mərhum Kamillə eyni sinifdə təhsil almışdır. Həm də qonşu olmuşlar. Kamil xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Kamil qaraciyər serrozu xəstəliyindən vəfat etmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Molla uşağı qəbiristanlığında dəfn olunmuşdur. Kamilgil iki qardaş olmuşlar. Qalan uşaqlar qız idi. Kamil atası, anası və nənəsinin qəbirlərinin yanında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, qara ciyər serrozu xəstəliyi olan ərizəçinin qardaşı X10 22 oktyabr 1971-ci il tarixdə anadan olmuş, xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X7 xx.xx.2006-cı il tarixdə vəfat etməsi arayışla, şahid ifadələri ilə, mərhumunun qəbrinə aid foto şəkillərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona qardaşının ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi qardaşının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, onlara pay qalmış torpaq sahəsinə dövlət reyestrindən çıxarış ala bilmirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, X7 xx.xx.2006-cı il tarixdə ölümünün qeyd edilməsi hüquqi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X7 xx.xx.2006-cı il tarixdə ölümünün qeyd edilməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1084/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1084/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver