Məhkəmə qərarları › İş №e-2(075)-109/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-109/2025

12.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-109/2025 12.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X13 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0855 kv.m torpaq sahəsində 112.10 kv.m fərdi yaşayış evi üzrə mirasın qəbul etmə faktının müəyyən edilməsi, həmin fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0,0855 ha həyətanı torpaq sahəsinin (1/2 hissəsinə) onun adına tam miras payının (vərəsəlik üzrə) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, mərhum atası X13 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0855 kv.m torpaq sahəsində 112.10 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0855 ha həyətanı torpaq sahəsinin (1/2 hissəsinə) onun tam miras payının (vərəsəlik üzrə) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə Müki Prosesual Məcəlləsinin 53.1-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.0855 kv.m torpaq sahəsində 112.10 kv.m fərdi yaşayış evi mərhum atası X17 mülkiyyətində olmuşdur. O, xx.xx.1970-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: 1. X1 xx.xx.1989-cu il tarixdə vəfat edib 2. X5 xx.xx.2023-cü il tarixdə vəfat edib 3. X7-xx.xx.2013-cü il tarixdə vəfat edib 4. X4 xx.xx.2012-ci il tarixdə vəfat edib

5. Bacısı X2 6. X18 xx.xx.1992-ci il tarixdə vəfat edib 7. İddiaçı Mehdi oğlu (özü) 8. X40. Atasının vəfatından sonra həmin evdə yaşamış və sonradan anası vəfat etmişdir. Qardaş və bacıları ailə qurmuş, həmin evdə yalnız o və ailə üzvləri yaşamışlar. Evin kommunal xərcləri, vergilər onun tərəfindən ödənilmişdir. Mirası faktiki olaraq qəbul edib idarə etsə də rəsmi qaydada sənədləşmə işlərini etməmişdir. Sözügedən mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin notarius tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuş və bu barədə xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Qərarda mirasın qanunla müəyyən edilən müddəti ötürüldüyündən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri

İddia tələbinə qarşı etiraz daxil olmamışdır

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0.0855 kv.m torpaq sahəsində 112.10 kv.m fərdi yaşayış evi mərhum atası X17 mülkiyyətində olmuşdur. O, xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra həmin evdə yaşamış və sonradan anası vəfat etmişdir. Qardaş və bacıları ailə qurmuş, həmin evdə yalnız o və ailə üzvləri yaşamışlar. Evin kommunal xərcləri, vergilər onun tərəfindən ödənilmişdir. Mirası faktiki olaraq qəbul edib idarə etsə də rəsmi qaydada sənədləşmə işlərini etməmişdir. Sözügedən mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin notarius tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuş və bu barədə xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Qərarda mirasın qanunla müəyyən edilən müddəti ötürüldüyündən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılamsını mümkün hesab etmişdir.

İşin halları

İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1970-ci il tarixdə vəfat etmiş X17 ailə üzvləri X6, İddiaçı Mehdi oğlu, X25, X14, X40 və X15r. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3764 nömrəli məktubdan görünür ki, xx.xx.1970-ci il tarixdə vəfat etmiş X17 adına vərəsəlik işi açılmamışdır. xx.xx.1937-ci il tarixli 116 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X35 ilə X26 xx.xx.1937-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Şəki şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli 159 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. Şəki şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli 397 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. X62 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X18 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X41 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəki şəhəri “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X8 şəhəri C.Hüseynov küçəsi, 17 saylı evdə yaşamış, xx.xx.1970-ci il tarixdə vəfat etmiş və onun X6, İddiaçı Mehdi oğlu, X18, X25, X41, X10, X40 və X24 adlı vərəsələri qalmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0855 kv.m torpaq sahəsində 112.10 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0855 ha həyətanı torpaq sahəsinin ½ hissəsi X17, ½ hissəsi isə X42 mülkiyyətindədir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. X53 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 21/16-201 nömrəli arayışdan görünür ki, C.Hüseynov küçəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********14197 abonent kodu X34 2007-ci ilin aprel ayından İddiaçı adına qeydiyyatdadır. "xxxx" Törəmə ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışdan görünür ki, C.Hüseynov küçəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evi **********000 abonent kodu ilə İddiaçı adına qeydiyyatdadır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin;

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.

Məhkəmənin mövqeyi;

Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı atası X35 xx.xx.1970-ci il tarixdə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsindən verilmiş “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışda göstərilən 0.0855 ha torpaq sahəsi və fərdi yaşayış evi X13 miras qalmışdır. İş materialları ilə müəyyən olunur ki, mərhum X17 vərəsələri - X6 (ölüb), İddiaçı Mehdi oğlu, X25 (ölüb), X14, X24 və X31r. Adları qeyd edilən sağ olan şəxslər və ölmüş şəxslərin vərəsələri : X11 vərəsələri X16 və X28, X12 vərəsələri X19, X29, X32 və X20 maraqlı şəxs qismində cəlb edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş həmçinin işlə bağlı hər hansı ərizə göndərməmişlər. İş materialları ilə müəyyən edildi ki, adları qeyd edilən digər vərəsələr onlara düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmişlər. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mərhum X21 ölümündən sonra miras əmlaka yiyələnməsi işin mübahisəsiz halı olduğundan o, mirası faktiki olaraq qəbul etmiş sayılır. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan X35 öldükdən sonra İddiaçı miras qalmış əmlakı faktiki surətdə yiyələndiyindən, o mirası qəbul etmiş sayılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X13 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0855 kv.m torpaq sahəsində 112.10 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0855 ha həyətanı torpaq sahəsindən (1/2 hissəsindən) İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. X13 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0855 kv.m torpaq sahəsində 112.10 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0855 ha həyətanı torpaq sahəsindən (1/2 hissəsindən) İddiaçı tam hissədə payı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar