Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1100/2022 25.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İkram qızının istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1056,24 (bir min əlli altı) manat 24 qəpik borc və ödənilmiş 31,70 manat məbləğində dövlət rüsumunun Cavabdeh İkram qızından tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış vətəndaşın şəxsiyyət məlumatlarından da görünür ki, Cavabdeh qeydiyyat ünvanı Kəlbəcər rayonu, Narışlar kəndi göstərilmişdir. Göründüyü kimi cavabdeh Həsənova X1 rayonu, Narışlar kəndində qeydiyyatdadır. Belə olduğu halda iddiaçı iddianı Şəki rayon məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı yerin müvafiq məhkəməsinə verməlidir. Belə ki, cavabdehin rəsmi olaraq qeydiyyata alındığı yer mövcuddur. Buna görə də məhkəmə iddiaçıya hazırkı iddia tələbi ilə bağlı Şəki rayon məhkəməsinə deyil, cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə müraciət etməsini tövsiyyə edir. Ona görə də iddia ərizəsi Cavabdeh qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki rayon məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq geri qaytarılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 31,70 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Azərişıq ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 31,70 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1100/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1100/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver