Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1136/2022 21.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi ilə, İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5109,57 manat məbləğində borcun və 71,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun bankın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" X5 Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bu Müqaviləyə görə Bank Müştəriyə ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddindəəməliyyat aparmaq və Hesab üzrətexniki overdrafta yol verməmək. X4 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. İddiaçı bank tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə ümumilikdə 5109,57 AZN məbləğində texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu günki günə cavabdehin iddiaçı qarşısında 5109,57 AZN məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişlər. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 21 iyun 2022-ci il tarixdə məhkəməyə elektron qaydada göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 sentyabr 2020-ci il tarixli, 16/R2019 saylı ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 aprel 2022-ci il tarixli bank tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, Cavabdeh bank qarşısında plastik kart üzrə overdraft borcu 5109,57 manat təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 fevral 2022-ci il tarixli, UB-ŞKİ-ƏB-070 saylı maaliyyə arayışından görünür ki, X1 xx.xx.2021 tarixində 4824,17 AZN overdraft borcu yaranmışdır. xx.xx.2022-ci il tarixinə qədər qeyd olunan əsas borca hesablanmış cərimə faizi 285,40 AZN olmuşdur. X1 xx.xx.2022-ci il tarixinə qədər qeyd olunan əsas borca hesablanmış cərimə faizi 285,40 AZN olmuşdur. X1 xx.xx.2022-ci il tarixinə olan ümumi borcu 5109,57 AZN təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə “X3” ASC arasında xx.xx.2020-ci il tarixli ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşmakassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı «X3» ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də «X3» ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh iddiaçı «X3» ASC-nin xeyrinə 5109,57 manat məbləğində borc və 71,10 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «X3» ASC-nin xeyrinə 5109,57 manat məbləğində əsas borc və 71,10 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1136/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1136/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver