Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1162/2024 21.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin əsasları; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin mənzildən qeydiyyatdan çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun mülkiyyətində olan ünvan 1 mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdılar ki, ünvan 1 mənzil onun mülkiyyətindədir. Həmin mənzil ona 1977-ci ildə Azərbaycan SSR zamanında dövlət tərəfindən verilmişdir. Cavabdeh onun oğlu olmaqla artıq uzun illərdir ki, özünün mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır. Oğlunun onun mülkiyyətində olan mənzildə qeydiyyatı formaldır və oğlu orada yaşamır. Artıq oğlu 21 ildir ki Bakı şəhərində yaşayır. Belə ki, o, keçmiş arvadı X6 ilə 2003-cü ildən faktiki ayrılmışlar və həmin vaxtdan X6 birgə nikahdan olan övladları ilə birlikdə Bakı şəhərində yaşamışlar. Daha öncə o nəvələri X4 və X7 və oğlu Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13109/2-Q- 280xx/xx/2023 nömrəli məktubu ilə bundan imtina etmişdir. Buna görə də o cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13109/2-Q-280xx/xx/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X4, X7 və Cavabdeh ünvan 1 mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsində baxılaraq iddiası qismən təmin edilmiş və X4, X3 mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı qərar qəbul edilmişdir. Lakin iddia tələbinin Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı hissəsi təmin edilmədi və işə baxan məhkəmə tərəfindən bildirildi ki, Cavabdeh oğlum olduğundan onun həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət etsin. Ona görə də o Cavabdeh mülkiyyətində olan ünvan 1 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən göndərilmiş 23 oktyabr 2023-cü il tarixli etiraz ərizəsindən görünür ki, sözügedən ünvanda doğulub boya-başa çatmışdır. Həmin mənzil onun atası İddiaçı mülkiyyətindədir. Hazırda orda yaşaya bilmir ona görə ki, iddiaçı anasından ayrılandan sonra evlənmişdir. Göründüyü kimi iddiaçı qanunsuz olaraq onu yaşayış sahəsindən istifadə etməkdən məhrum etmişdir. Hətta inzibati məhkəmə də onu qeydiyyatdan çıxarılmasına dair hissədə qeyd etmişdir ki, onun sözügedən ünvana istifadə hüququ vardır. Odur ki, qanunvericiliyin tələbinə uygun olaraq bu gün onun həmin mənzilə istifadə hüququ vardır. İddia ərizəsində iddiaçının qeyd elədikləri heç də həqiqətə uygun deyil. Bu baxımdan da hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)-1162/2024 saylı mülki iş üzrə İddiaçı ona qarşı "Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Oğluna Bakı şəhərində təxminən 9 il qabaq ev almışdır. Keçmiş yoldaşından 2003-cü ildən ayrı yaşayırlar. 2024-cü ilin mart ayında isə rəsmi olaraq nikahları pozulmuşdur. Hal-hazırda oğlu anası ilə birlikdə Bakı şəhərində yaşayır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şəki şəhəri, 20 Yanvar küçəsi, ev 56 küçəsində yerləşən 3 nömrəli yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 4 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.2 kv.m mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında X4, X7 və Cavabdeh adlı şəxslər qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş X4, X7 və Cavabdeh ona məxsus olan Şəki şəhəri, 20 Yanvar küçəsi, ev 56/3 ünvanından qeydiyyatdan çıxarmaq üçün Şəki İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Şəki şəhər “Calğalıbulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2023cü il tarixli, 206 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki şəhəri, 20 Yanvar küçəsi, ev 56/3 ünvanında yaşayır. X2 Akif Rəşid oğlundan boşanmadan 2003-cü il tarixdən halhazıra kimi Şəki şəhəri, 20 Yanvar küçəsi, ev 56/3 ünvanında yaşamır və pasport qeydiyyatında yoxdur. Baki şəhərində yaşayır və İddiaçı 04 iyul 2016-cı il tarixdə Şəki şəhər sakini X9 ilə dini nikah ilə birgə yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 20 iyun 2024-cü il tarixli məktubundan görünür ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh və X1 adlarına hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüqqunun məzmununu təşkil edir. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alındığı andan əldə edənə keçir. 228.1-ci mаddəsinə əsаsən yаşаyış binаsının tərkib hissəsi mülkiyyətçisinin аilə üzvləri və digər şəxslər yаşаyış binаsındаn istifаdə hüququnа bu şərtlə mаlikdirlər ki, həmin hüquq dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınsın. 228.2-ci mаddəsinə əsаsən yаşаyış binаsının tərkib hissəsindən istifаdə hüququnun əmələ gəlməsi, həyаtа keçirilməsi şərtləri və xitаmı mülkiyyətçi ilə bаğlаnаn, nоtаriаt qаydаsındа təsdiqlənən yаzılı rаzılаşmа ilə müəyyənləşdirilir. Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin; 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə аrаşdırmаsı zаmаnı аydın оldu ki, ünvan 1 mənzil iddiaçının mülkiyyətindədir, Cavabdeh iddiaçının oğludur. Hazırda cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdeh Bakı şəhərində yaşayır. Həmçinin Cavabdeh mülkiyyətində daşınmaz əmlakların da olduğu müəyyən olunmuşdur. Cavabdehin mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Cavabdeh mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, cavabdeh bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Məhkəmə qeyd edir ki, hazırki halda cavabdeh uzun müddət fasiləsiz olaraq həmin mənzildə yaşamamaqla mənzildən istifadə etmir. Bu hal işdə olan sübutlarla da müəyyən olunur. Belə ki, Cavabdeh uzun müddət və fasiləsiz olaraq iddiaçıya məxsus mənzildə yaşamamasını onun həmin mənzilə olan ehtiyacının aradan qalxması kimi qiymətləndirir. Buna görə də Cavabdeh İddiaçı məxsus mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalmaları da onların həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir; Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər” Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması, yaxud belə hüququn saxlanılması məqsədini daşımır. Əksinə, cavabdehlər artıq uzun müddətdir yaşadıqları yeni ünvan üzrə qeydiyyatda durmalı idilər. Belə ki, qeyd edilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 mənzildən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsаsən Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 216-220, 223 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 mənzildən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1162/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1162/2024
21.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver