Məhkəmə qərarları › İş №e-2(075)-1175/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1175/2024

08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1175/2024 08.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X4, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, X3nın 01 aprel 1983-cü il tarixdə Şəki şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 1936-cı il təvəllüdlü X3 01 aprel 1983-cü il tarixdə Şəki şəhərində vəfat etmişdir. Vərəsəlik işi ilə bağlı zəruri sənədləşmə işləri aparan zaman Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-Ə-305/24 nömrəli məktubundan anasının ölməsi ilə bağlı ölüm haqqında qeydin aşkar olunmadığı və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona məlum olmuşdur. Anası xx.xx.1983-cü il tarixdə yaşadıqları yerə ən yaxın qəbirstanlıqda dəfn edilmişdir. Odur ki, ölüm faktını təsdiq edən başqa üsul olmadığından məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən ərizəçinin nümayəndəsi X8 ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, X2 onun anası, Ərizəçi isə onun qardaşıdır. X3 1983-cü ildə dünyasını dəyişmişdir. Digər əqli cəhətdən qüsurlu olan qardaşı X14 onunla birlikdə yaşayır və onun himayəsindədir. Anasının ölümü haqqında şəhadətnamə olmadığından o, xaricə gedərkən qardaşını apara bilmir. Həmçinin bir çox sənədləşmə işlərində ondan anasının ölümü haqqında şəhadətnamə tələb olunur. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 Mədinə Veysəl qızının ölümü haqqında akt qeydinin aşkar edilmədiyini, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-H-15-2-305/24 saylı məktubundan görünür ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində xx.xx.1983-cü il tarixdə vəfat etmiş X6 ölümü haqqında akt qeydi aşkar edilməmiş, həmçinin, faktın müəyyən olunması üçün Şəki Rayon Məhkəməsinə müraciət etməli olduğu məsləhət bilinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsininxx.xx.2023-cü il tarixli arayşından görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində X6 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17 ölüm aktının verilməsi barədə məktubundan görünür ki, xx.xx.1983-cü il tarixdə vəfat etmiş Əliyeva (Balakişiyeva) Mədinə Veysəl qızının ölüm aktının verilməsi tarixindən uzun illər keçdiyindən, struktur dəyişikliyi olduğundan və elmi tarixi müddəti bitmiş sənədlər arxiv qaydasında məhv edildiyindən hər hansı ölüm aktının verilməsi mümkün deyildir. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Calğalı Bulaq məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 139 nömrəli arayışından görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 180/41 saylı evdə yaşamış X10 həqiqətən xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə barədə arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X12 xx.xx.1994-cü il tarixdə müddətsiz birinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, X2 onun əmisinin arvadı olmuşdur. Mərhumun 4 övladı olmuş, onlardan Qalib adlı şəxs anadan olduqda əlil olaraq dünyaya gəlmişdir. Mərhum onkoloji xəstə idi. Döş vəzisində xərçəng olmuşdur. Mərhumun vəfat etdiyi ili dəqiq xatırlamır. Şəki şəhərinin yuxarı hissəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Mərhumun dəfn edildiyi qəbristanlıqda, onun yanında əmisi də dəfn edilmişdir. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur. X2 onun qonşusudur. Mərhumun 4 övladı olmuş, onlardan Qalib adlı şəxs anadan olduqda əlil olaraq dünyaya gəlmişdir. Mərhum 1983-cü ildə vəfat etmişdir və o “Çöl qəbristanlığı”nda dəfn edilmişdir. O, həmin vaxt hərbi xidmətdə olduğu üçün dəfnində iştirak edə biməmişdir. - X6 qəbir və baş daşı rəsmlərindən görünür ki, X10 1936-cı il tarixdə doğulmuş, 1983-cü il tarixdə vəfat etmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, X10 1936-cı il tarixdə anadan olmuş, xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. X6 xx.xx.1983-cü il tarixdə vəfat etməsi Calğalı Bulaq məhəllə nümayəndəliyi tərəfindən verilən arayışla, şahid ifadələri ilə, mərhumunun qəbrinə aid foto şəkillərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona anasının ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi anasının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, əqli cəhətdən qüsurlu olan qardaşı onun himayəsindədir. O, qardaşı ilə xarici ölkələrə səfər edən zaman, həmçinin bir çox digər hallarda ondan anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, X6 xx.xx.1983-ci il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X6 xx.xx.1983-cü il tarixdə Şəki şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar