Məhkəmə qərarları › İş №e-2(075)-118/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-118/2025

13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-118/2025 13.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (3-cü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (3-cü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2024-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınan, reyestr nömrəsi **********17 olan Şəki rayonu, Cunud kəndində yerləşən 1,7785 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mükliyyətçilərinin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1, eyni zamanda hazırkı iş üzrə iddiaçılar olan-İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və Cavabdeh ümumi birgə mülkiyyətinə Şəki rayonunun Cunud kəndinə 1,7785 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində göstərilən şəxslərin hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 03 aprel 2024-cü ildə ********** nömrə ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Çıxarışda adı göstərilən şəxslərdən X2 19 iyun 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd aparılmışdır. Yuxarıda qeyd edilən torpaq sahəsindən həmişə hazırkı iş üzrə iddiaçılar istifadə etmişlər. Hal-hazırda iddiaçılar həmin torpaq sahəsindən paylarının müəyyən edilməsini istəyirlər. Çünki iddiaçıların hüquqlarının hazırkı formada qeydiyyata alınması onların öz mülkiyyətlərindən sərbəst şəkildə istifadə etmələrinə maneə törədir. Hazırda iddiaçılar özlərinə düşən hissələr üzrə torpaq sahəsindən paylarının müəyyən edilməsini və adlarına tam mülkiyyət hüququ üzrə çıxarış almaq istəyirlər. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə qarşı yazılı mülahizə təqdim etmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2024-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınan, reyestr nömrəsi **********17 olan Şəki rayonu Cunud kəndində yerləşən 1,7785 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mükliyyətçilərinin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların tələbi ilə razılaşırlar. Hesab edirlər ki, hər bir şəxsin payının müəyyən olunması gələcəkdə tərəflər arasında ola biləcək mübahisələrə son qoyacaqdır. Bu gün əmlak ümumi birgə olmaqla müəyyənləşib. Mülkiyyətçilərdən biri rəhmətə gedib. Kimsə əmlakla bağlı müəyyən hərəkət etdikdə birgə hərəkət etmək məcburiyyətindədir. Bu da mülkiyyətçilər arasında narazılığa səbəb olur. Odur ki, sözügedən iddia tələbi ilə razılaşır və iddiaçılarla yanaşı Cavabdeh da payının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə yazılı mülahizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********17 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 1.7785 ha torpaq sahəsi İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, Cavabdeh və X1 ümumi birgə mülkiyyətindədir. - 28.06.206-cı il tarixli AZ-1 № 197796 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 19.06.206-cı il tarixdə vəfat etmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hüquq və azadlıqların müdafiəsinin qanunla qadağan olunmayan üsul və vasitələrindən biri və ən geniş yayılmışı məhkəmə müdafiəsidir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsindən görünür ki, hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Ümumi mülkiyyət və ya ümumi mülkiyyət hüququ dedikdə, əmlakın mülkiyyət hüququ əsasında eyni vaxtda bir neçə şəxsə (iki və ya daha artıq şəxsə) məxsus olması başa düşülür. Ümumi birgə mülkiyyətdə paylar yalnız ümumi əmlak bölündükdə və ondan paylar ayrıldıqda müəyyən edilir. Paylar həm bərabər, həm də qeyri-bərabər ola bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Bununla mülki qanunvericilik payların bərabərliyi prezumpziyasını müəyyən edir. Belə ki, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması zamanı, əksi sübut olunana kimi, paylar bərabər hesab edilir. Yuxarıda qeyd edilən qanunvericilik normaları nöqteyi nəzərindən məhkəmə iki halı qeyd etməyi zəruri hesab edir. Birincisi, Mülki Məcəlləyə əsasən birgə mülkiyyətdə olan əşyaya dair paylar müəyyən edilməyibsə, belə olan halda paylar bərabər sayılır. Yəni, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçıların hər hansı hüququnun pozulması müəyyən edilmir. İkincisi isə birgə mülkiyyətçilərdən biri X2 vəfat etmişdir. Həmin şəxsin vərəsələrinin olub-olmaması, vərəsələrinin kimlərdən ibarət olması, vərəsəliyin qəbul edilib-edilməməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (3-cü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

Nəticə hissəsi:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (3-cü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar