Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-12/2024 30.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Cavabdeh2 və onun etibaranamə üzrə vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “verilmiş pulun və çəkilmiş xərclərin geri qaytarılması”na dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı üzrə cavabdehlərə Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 8,08 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onun tərəfindən cavabdehlərə ödənilmiş 4040 manatın, həmin məbləğin indekdasiyası olan 12100 manatın, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin əvəzi olaraq 5450 manatın və dövlət büdcəsinə ödədiyi 160 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X13 Komissiyası tərəfindən 18 mart 1998ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 8,08 hektar torpaq sahəsi ayrılmışdır. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 torpaq sahəsini hər hektarı 500 manat olmaqla, ümumilikdə 4040 manata ona satmışdır. Bununla bağlı onun və kəndin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə akt tərtib edilmişdir. Həmçinin, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yazdıqları qəbzdə özləri də onlara məxsus 8,08 hektar torpaq sahəsini hər hektarı 500 manat olmaqla, ümumilikdə 4040 manata ona satdıqlarını, həmin 4040 manat ondan qəbul etdiklərini və bununla bağlı gələcəkdə heç bir narazılıqlarının olmayacaqlarını bildirmişlər. Həmçinin, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin vaxtdan X13 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktının əslini ona təqdim etmişlər və həmin vaxtdan qeyd edilən torpaq sahəsindən o özü istifadə edir. Son vaxtlara qədər həmin torpaq sahəsi ilə bağlı aralarında hər hansı bir mübahisə olmamışdır. Həmin vaxt aralarında notarial şəkildə müqavilə bağlanmadığına görə cavabdehlər həmin torpaq sahəsini istənilən vaxt adına rəsmiləşdirilməsi üçün notariat orqanına gedəcəklərinə söz vermişlər. Lakin, bir müddət bundan əvvəl həmin təkliflə cavabdehlərə müraciət etdikdə onlar əvvəlcə onunla razılaşsalar da, müxtəlif bəhanələrlə notariat orqanına getmə vaxtını uzatmışlar və bu müddət ərzində qanunsuz olaraq sənədlər əldə etmişlər. O isə fikirlərinin dəyişdiyini sonradan bilmişdir. Belə ki, cavabdehlər həmin torpaq sahəsini ona satdıqlarını, torpaq sahəsinin sənədinin əslini ona verdiklərini və qeyd edilən torpaq sahəsindən 20 ilə yaxın müddətdə onun istifadə etdiyini bildikləri halda, dövlət idarələrinə yalan məlumat verərək, həmin torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktının itməsi barədə aidiyyəti orqanlara müraciət etmişlər və bu yolla qeyd edilən torpaq sahəsi ilə bağlı qanunsuz çıxarış əldə etmişlər. Cavabdehlərin həmin hərəkətləri nəticəsində həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Halbuki, cavabdehlərin qanunsuz olaraq əldə etdikləri çıxarış etibarsızdır. Hesab edir ki, X13 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 8,08 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla X2, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalı və bununla bağlı aralarında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir İddia ərizəsinə əlavə etdiyi sənədlərdən və işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından müəyyən olunacaqdır ki, 28 avqust 2002-ci ildə aralarında razılaşma olarkən tərəfindən 5200 ABŞ dolları məbləğində pul cavabdehlərin mülkiyyətlərindəki 8,08 hektar torpaq sahəsinin cəmi dəyəri kimi verilmişdir. Aralarında 28 avqust 2002-ci il tarixdə bağlanmış müqavilə həqiqətən də etibarlı olmuşdur. Torpaq sahəsini aldığı 28 avqust 2002-ci il tarixdən bu günədək həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsi ilə bağlı torpaq vergisini özü ödəyir. Qeyd edilən torpaq sahəsini aldığı vaxtdan bu günədək həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsi ilə bağlı torpaq vergisini özü ödəyir. Bundan başqa həmin torpaq sahəsində yaxşılaşdırma işləri aparmış və bu yaxşılaşdırma işlərinə 21610 manat xərc çəkmişdir. Həmin yaxşılaşdırma işləri kimi həmin sahədə olan daşları yığaraq avtomobillə daşıtdırmış, hamarlamış, yabanı kolları təmizlətdirmiş, avtomobillə tullatdırmış, torpaq sahəsinə kənardan daşıdaraq peyin tökmüş, torpaq sahəsinin ortasından çıxaraq torpaq sahəsini yararsız hala salan qrunt sularının axmasının qarşısını almışdır. Onun verdiyi torpaq sahəsinin hazırda dəyəri 16160 manat təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı hüquqi varisləri X10, Nümayəndə və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə məhkəmə iclasına gəlməmişdir. Lakin, İddiaçı hüquqi varisi Nümayəndə məhkəməyə göndərdiyi 14 aprel 2024-cü il tarixli ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Bildirir ki, iddiaçı ona məxsus olan 8 ha torpaq sahəsini 12 il ərzində əkib-becərməklə ona verdiyi məbləğdən daha artıq qazanc əldə edib. İddiaçıya heç bir borcu olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 etibaranamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirdi ki, iddiaya etiraz edirlər. İddiaçı tərəf həmin torpaq sahəsindən illərdir ki istifadə edib, qazanc götürüb. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-42/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış üzrə Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh1 ümumin birgə mülkiyyətlərində olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 7,48 ha torpaq sahəsindən çıxarılsın və İddiaçı qeyd edilən torpaq sahəsinin boşaldaraq iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi, İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı olan “X13 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarjxdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar islahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən ilkin iddiaçılara Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgiləri göstərilən sərhədlər daxilində verilmiş 8.08 hektar torpaq sahəsindən 7.58 hektarının ona satılması ilə bağlı İddiaçı ilə X2, Allahverdiyeva Təranə isgəndər qızı və Cavabdeh3 arasında bağlanmış 28 avqust 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qeyd edilən torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılması, həmçinin qeyd edilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən cavabdehlərin adına verilmiş 19 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin **********39 reyestr nömrəli çıxarışına əsasən Şəki rayonu Qayabaşı kəndində yerləşən 7,48 ha torpaq sahəsi Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir. xx.xx.2011-ci il tarixdə Cavabdeh2 yazdığı ərizənin surətindən görünür ki, o özünə məxsus torpaq sahəsinin İddiaçı hektarı 500 manat olmaqla satılması barədə razılaşmışdır. Öz imzaları ilə Cavabdeh3 və Cavabdeh1 da razı olduqlarını bildirmişdir. 15 avqust 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin nəticəsində göstərilmişdir ki, Ekspertizaya təqdim olunmuş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adlarından olan 16 sentyabr 2011-ci il tarixli razılıq ərizəsinin üz tərəfində “Mən Cavabdeh1 Abasəli oğlu" yazılarından yuxarı hissədə yerləşən əlyazmalar və “Фэранэ” /имза/ sözlərindən sonrakı imza-Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adlarından olan 16 sentyabr 2011-ci il tarixli razılıq ərizəsinin arxa üzündəki yazılar və “M.Элийева” sözünün qarşısındakı imza - Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adlarından olan 16 sentyabr 2011-ci il tarixli razılıq ərizəsinin üz tərəfində “Mən Cavabdeh1 Abasəli oğlu” yazılarından yuxarı hissədə yerləşən əlyazmalarda və “Аллаhвердийева Фэранэ” / Имза / yazılarından sonrakı imzada və həmin ərizənin arxa üzündəki yazılarda və “M.Элийева” sözünün qarşısındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 48 nömrəli arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, ölümündən sonra isə vərəsələri oğlu Nümayəndə, qızı X7 və X5r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1607 nömrəli məktubdan görünür ki, xx.xx.1954-cü il tarixdə anadan olmuş xx.xx.2023-cü il tarixdə vəfat etmiş İddiaçı ailə üzvlərinə arvadı X10, oğlu Nümayəndə və qızı X5r. Tətbiq edilən hüquq 01 aprel 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2011-ci il tarixində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçıya öz adlarında olan torpaq sahəsini satarılması ilə bağlı öz aralarında razılığa gələrək yazılı ərizə vermişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında 16 sentyabr 2011-ci ildə yazılmış ərizə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehlərin müılkiyyətində olan 8.08 hektar torpaq sahəsinin hər hektarının 500 manata satılması satılması üçün iddiaçıdan ümumilikdə 4040 manat pulu aldığı müəyyən olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehlərə verilməsinə dair yazılı müqavilələr bağlanmış olmasa da, cavabdehin həm məhkəmə iclasında verdiyi izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehlərə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğlərinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğlərinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının cavabdehlərə verdiyi pul məbləğinin indekdasiyasını tələb etsə də, məhkəmə iddia tələbini bu hissədə də, əsaslı hesab etmir. Belə ki, yuxarıda göstərilən qanunvericilik normasından da göründüyü kimi, pul məbləğinin indeksasiyası yalnız tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı həyata keçirildiyindən iddianın həmin hissədə təmin edilməsi üçün hər hansı əsas yoxdur. Bundan başqa İddiaçının cavabdehlərə məxsus torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən xərclə bağlı isə qeyd edilməlidir ki, iddiaçı uzun müddətdə həmin torpaq sahəsindən istifadə etməklə bəhər götürmüşdür. Həmin istifadə üçün təbii ki, torpaq sahəsinin yaxşılaşdırılması üçün müəyyən işlər görülməsi zəruridir. Bundan başqa torpaq sahəsinin yaxşılaşdırılmasını sübut edəcək dəlillər də məhkəməyə təqdim edilməmişdir. Odur ki, İddia tələbi həmin hissədə də təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4040 (dörd min qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60.40 (altmış manat qırx qəpik) manat pul alınaraq İddiaçı hüquqi varisləri X10, Nümayəndə və X6 verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4040 (dörd min qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60.40 (altmış manat qırx qəpik) manat pul alınaraq İddiaçı hüquqi varisləri X10, Nümayəndə və X6 verilsin. İddia qalan hisssədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-12/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-12/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver