Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1206/2022 27.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Ərizəçi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsi X12 iştirakları ilə Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 1928-ci il tarixdə Şəki şəhərində anadan olması, atasının X18, anasının isə X20 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, onun anası X15 13 yanvar 1955-ci il tarixdə atası X8 ilə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdu. Anası nikah bağladıqdan sonra atasının soyadı olan Həsənzadə soyadını qəbul etmişdir. Anası Həsənzadə (Məmmədova) Zərifə Məmməd qızı 1928-ci il tarixdə Şəki şəhərində anadan olmuş və 13 avqust 2016-cı il tarixdə vəfat etmişdir. Anası Şəki şəhərində yerləşən Məhəmməd Əfəndi ziyarətgahında dəfn edilmişdir. Anasının atası X18, anasının anası isə X20 olmuşdur. Lakin, mövcud sənədlərlə Həsənzadə (Məmmədova) Zərifə Məmməd qızı nın 1928-ci il tarixdə Şəki şəhərində anadan olmasını, anasının atasının X18, anasının anasının isə X20 olmasının müəyyən etmək mümkün olmur. Belə ki, onun sentyabr 1943-cü il tarixdə vəfat etmiş babası X5 miras olaraq ünvan 1 ünvanında fərdi yaşayış evi qalmışdır. O, babasının vərəsəsi kimi babasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməyimi nümayiş etdirmişdir. O, həmin miras evlə bağlı lazımi sənədləşdirmə işlərinin aparılması məqsədi ilə X32 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etsə də, onların qohumluq münasibətləri təqdim etdikləri sənədlərlə öz təsdiqini tapmadığından onun tələblərindən imtina edilmişdir. Göstərilənlərlə əlaqədar anası X4 1928-ci il tarixdə Şəki şəhərində anadan olması, atasının X18, anasının isə X20 olması hüquqi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəni müdafiə edir və hesab edir ki, ərizəsi əsaslıdır. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsi X21 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə ərzənin təmin edilməsi barədə qətnamə çıxarılarsa, şöbələri tərəfindən bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat aparılacaqdır. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, uzun müddət zabit olaraq Şəki ŞRPŞ-də işləmişdir. Ərizəçi onun qonşusudur və qonşu kimi yaxın münasibətləri vardır. Ərizəçi ailə üzvlərini, o cümlədən onun valideynlərini yaxından tanımışdır. Ərizəçi anası X9 tanımışdır. Zərifə xalanın əvvəlki soyadı Məmmədova olub, nigahdan sonra Həsənzadə soyadını götürmüşdür. 1928-ci ildə anadan olmasını bilir. X9 atası X14 görməmişdir. Lakin bilir ki, Həsənzadə Zərifənin atası 1877-ci ildə Oquz rayonunun Baş Daş Ağıl kəndində anadan olmuş Məmməd kişidir. Məmməd kişi 1900-cu ildə gəlib Şəki şəhərinə və 1943-cü ildə vəfat edib. Həsənzadə Zərifənin anası X16 isə görmüş və tanımışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X24 da mahiyyət etibarı ilə şahid X13 ilə eyni məzmunlu ifadə verdi. Mülki iş materiallarını araşdırıb, Ərizəçi və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş nigah haqqında şəhadətnaməyə dair 29 mart 2022-ci il tarixli arayışdan görünür ki, X1 Zərifə Məmməd qızı arasında 13 yanvar 1955-ci il tarixdə Maraqlı şəxsndə nigah haqqında 11 nömrəli akt qeydi tərtib olunmuş, arvada Həsənzadə soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 22 aprel 2022-ci il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, həmin məktubla Ərizəçi Maraqlı şəxs arxivində 22 dekabr 1928-ci ildə Şəki şəhərində anadan olmuş anası Həsənzadə (Məmmədova) Zərifə Məmməd qızının doğum haqqında akt qeydinin aşkar edilmədiyi, Maraqlı şəxsndə onun doğumunun qeydə alınması üçün qanunvericiliklə göstərilmiş müvafiq sənədləri təqdim etmədiyinə görə doğum qeydiyyatının aparılmasının mümkün olmadığı bildirilmiş və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Tarix Arxivi tərəfindən 30 mart 2022-ci il tarixdə Ərizəçi verilmiş arxiv arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Tarix Arxivinin sənədlərində Şəki şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının 1928-ci ilə dair qeydiyyat kitabında Zərifə Məmməd qızının doğum tarixinə dair məlumat aşkar olunmamışdır. Doğum tarixi 1928-ci il (sənəddə olduğu kimi gün və ay qeyd edilməmişdir) Valideynləri: atası Məhəmmədzadə Məhəmməd, anası sənəddə olduğu kimi qeyd edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 15 dekabr 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1960-cı il təvəllüdlü Ərizəçi atası X8, anası isə X10r. İşdə olan AZE 13224398 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X17 22 dekabr 1928-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublikaı X30 filialı tərəfindən 26 aprel 2022-ci il tarixdə Ərizəçi verilmiş məktubda göstərilmişdir ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1945-1946-cı illərin “X3” kitablarına əsasən Həsənzadə, X4 həmin illərdə qeydiyyatı tapılmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən 07 sentyabr 2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 13 avqust 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 23 iyun 2022-ci il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, həmin məktubla Ərizəçi Həsənzadə (Məmmədova) Zərifə Məmməd qızının doğum haqqında akt qeydinin Maraqlı şəxs arxivində saxlanılmadığı, təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan doğum akt qeydinə əsasən 30 mart 2022-ci il tarixli, TA-00176-2022 nömrəli arayışında Həsənzadə (Məmmədova) Zərifə Məmməd qızının adının “Zərifə”, atasının adının “Məhəmməd” yazılda da, soyadının yazılmadığı, atasının isə “Məhəmmədzadə Məhəmməd” göstərilsə də, anası haqqında məlumatların qeyd edilmədiyi, təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan doğum akt qeydinə əsasən 30 mart 2022-ci il tarixli, TA-00176-2022 nömrəli arayışının Həsənzadə (Məmmədova) Zərifə Məmməd qızına aid olmadığı, həmin arxiv arayışının Həsənzadə (Məmmədova) Zərifə Məmməd qızınına məxsus olması müəyyən edilə bilmədiyindən və onun doğumu haqqında hər hansı sənəd əldə edilmədiyindən doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. İşdə olan Şəki şəhər İHB-nin Arxüstü məhəllə nümayəndəsi tərəfindən 20 iyun 2022ci il tarixdə Ərizəçi verilmiş arayışda göstərilmişdir ki, Şəki şəhəri, Arxüstü küçəsi döngə 2, 6 saylı evdə qeydiyyatda olan 22 dekabr 1928-ci ildə Şəki şəhərində anadan olmuş X17 həqiqətən də, Şəki şəhəri, X33 küçəsi döngə 3, 6 saylı evdə yaşamış X11 qızıdır. X2 Zərifə Məmməd qızının anasıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi anası X4 1928-ci il tarixdə Şəki şəhərində anadan olması, X4 atasının X18, X4 anasının isə X20 olmasına dair sənədləri başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi anası X4 1928-ci il tarixdə Şəki şəhərində anadan olması, X4 atasının X18, X4 anasının isə X20 olması hüquqi faktının müəyyən edilməlidir. Tələb etmədiyinə görə Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. X4 1928-ci il tarixdə Şəki şəhərində anadan olması, atası X18, anasının X20 olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1206/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1206/2022
27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver