Məhkəmə qərarları › İş №e-2(075)-1225/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1225/2025

31.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1225/2025 31.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi X1, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi X4 maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, onun 05 iyul 1985-ci il təvəlllüdlü qardaşı Xasməmmədov Ayaz Təmiraz oğlunun 23 dekabr 1985-ci il tarixdə, 10 dekabr 1993-cü il təvəllüdlü qardaşı Xasməmmədli Mikayıl Təmiraz oğlunun isə 28 aprel 1994-cü il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi, Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 21 dekabr 1957-ci il tarixli, 90 nömrəli doğum akt qeydinin atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 19 mart 1983-cü il tarixli, 11 nömrəli nikah akt qeydinin kişiyə münasibətdə atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 19 noyabr 2024-cü il tarixli, 586 nömrəli ölüm akt qeydinin atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, Şəki rayonu, Bideyiz kənd Mədəniyyət Evinin yanındakı xüsusi mağazanın yerləşdirilməsi üçün (03 sot) 30 kvadrat metr torpaq sahəsi ilə bağlı verilmiş Şəki rayonu, Bideyiz kolxozunun İdarə Heyəti tərəfindən verilmiş 20 iyun 1994-cü il tarixli, 6 nömrəli iclas protokolundan çıxarışın atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, X13 Komissiyasının 16 dekabr 1977-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu, Bideyiz kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə 3,82 hektar torpaq sahəsinin verilməsinə dair Şəki Rayon Torpaq Şöbəsi tərəfindən 18 dekabr 2001-ci il tarixdə verilmiş kod 40408028, JN-0082 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olmas, həmin sənədlərin məxsus olduğu şəxsin atası olması hüquqi faktının təsdiq edilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1986-cı il tarixdə Şəki rayonu, Cəfərəbad kəndində anadan olmuşdur. Atası Xasəmədov Təmiraz Bəhrüllah oğlu olmuşdur. Atası Xasəmədov Təmiraz Bəhrüllah oğlu 10 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras əmlak olaraq Şəki rayonu, Bideyiz kolxozunun İdarə Heyətinin 20 iyun 1994-cü il tarixli, 6 nömrəli iclas protokolundan çıxarışa əsasən Bideyiz kənd Mədəniyyət Evinin yanındakı boş torpaq sahəsindən onun öhdəsində olan xüsusi mağazanın yerləşdirilməsi üçün verilmiş (03 sot) 30 kvadrat metr torpaq sahəsi və Şəki Rayon Torpaq Şöbəsi tərəfindən 18 dekabr 2001-ci il tarixdə verilmiş kod 40408028, JN-0082 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 Komissiyasının 16 dekabr 1977-ci il tarixli, 41 nömrəli qərarı ilə Şəki rayonu, Bideyiz kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində digər ailə üzvləri ilə birlikdə verilmiş 3,82 hektar torpaq sahəsi qalmışdır. O, vərəsəsi olduğu atasından qalmış həmin əmlaklardan payına düşən hissəni mirasçı olaraq öz adına rəsmiləşdirmək istəsə də, onun və atasının akt qeydlərində uyğunsuzluqlar olduğundan, həmçinin, qardaşı Xasməmmədov Ayaz Təmiraz oğlunun və Xasməmmədli Mikayıl Təmiraz oğlunun ölümlərinə dair şəhadətnamələr olmadığından onun tələbindən imtina edilmişdir. Belə ki, onun 05 iyul 1985-ci il təvəlllüdlü qardaşı Xasməmmədov Ayaz Təmiraz oğlu 23 dekabr 1985-ci i tarixdə, 10 dekabr 1993-cü il təvəllüdlü qardaşı Xasməmmədli Mikayıl Təmiraz oğlu isə 28 aprel 1994-cü il tarixdə vətat etmişlər. Həmin vaxtlar çətin anlar yaşanıldığından qardaşlarının ölümü ilə əlaqədar onlara ölüm haqqında şəhadətnamə alınmamışdır. Buna görə də qardaşlarının da ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, qardaşlarının ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı müəyyən edilmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə “Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 21 dekabr 1957-ci il tarixli, 90 nömrəli doğum akt qeydinin atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 19 mart 1983-cü il tarixli, 11 nömrəli nikah akt qeydinin kişiyə münasibətdə atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 19 noyabr 2024cü il tarixli, 586 nömrəli ölüm akt qeydinin atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, Şəki rayonu, Bideyiz kənd Mədəniyyət Evinin yanındakı xüsusi mağazanın yerləşdirilməsi üçün (03 sot) 30 kvadrat metr torpaq sahəsi ilə bağlı verilmiş Şəki rayonu, Bideyiz kolxozunun İdarə Heyəti tərəfindən verilmiş 20 iyun 1994-cü il tarixli, 6 nömrəli iclas protokolundan çıxarışın atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, X13 Komissiyasının 16 dekabr 1977-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu, Bideyiz kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə 3,82 hektar torpaq sahəsinin verilməsinə dair Şəki Rayon Torpaq Şöbəsi tərəfindən 18 dekabr 2001-ci il tarixdə verilmiş kod 40408028, JN- 0082 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə atası Xasəmədov Təmiraz Bəhrüllah oğluna məxsus olması, həmin sənədlərin məxsus olduğu şəxsin atası olması hüquqi faktının təsdiq edilməsi” hissəsində xitam verilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X6 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Xasməmmədli Mikayıl Təmiraz oğlu barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, vətəndaşlıq vəziyyəti aktlarının arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabları 1992-1995-ci illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1993-xx.xx.2025-ci illər üzrə yoxlanılmışdır. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Xasməmmədli Ayaz Təmiraz oğlu barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, vətəndaşlıq vəziyyəti aktlarının arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabları 1985-1988-ci illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1986-xx.xx.2025-ci illər üzrə yoxlanılmışdır. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən ünvanlanmış 12 iyun 2025-ci il tarixli “Ölüm aktının verilməsinə dair” məktubdan görünür ki, qüvvədə olan mövcud qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin fəaliyyəti nəticəsində yaranmış köhnə illər, o cümlədən, 1985-ci ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti pereçen üzrə 1.3.20-ci yarımbəndinə əsasən 1 il olduğundan arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, Xasməmmədov Ayaz Təmiraz oğlunun adına ölüm aktının yəni (106) nömrəli formanın verilməsi mümkün deyildir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən ünvanlanmış 12 iyun 2025-ci il tarixli “Ölüm aktının verilməsinə dair” məktubdan görünür ki, qüvvədə olan mövcud qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin fəaliyyəti nəticəsində yaranmış köhnə illər, o cümlədən, 1994-cü ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti pereçen üzrə 1.3.20-ci yarımbəndinə əsasən 1 il olduğundan arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, Xasməmmədov Mikayıl Təmiraz oğlunun adına ölüm aktının yəni (106) nömrəli formanın verilməsi mümkün deyildir. - 26 iyul 1985-ci il tarixli, Xİ-ЖГ 282023 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 iyul 1985-ci il təvəllüdlü Xasməmmədov Ayaz Təmiraz oğlunun atası Xasməmmədov Təmiraz Bəhrüllah oğlu, anası isə X2r. - 24 yanvar 1993-cü il tarixli, 14 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 dekabr 1992-ci il təvəllüdlü Xasməmmədov Mikayıl Təmiraz oğlunun atası Xasməmmədov Təmiraz Bəhrüllah oğlu, anası isə X2r. - xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırkı ərizənin verilməsi üçün 90 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, o, Muradın qonşusudur. Muradın atasının adı Təmraz, anasının adı isə Leyla olmuşdur. 4 uşaq olublar. Lakin 2 uşaq vəfat etmişdir. X12 adında bacısı var. Vəfat edən uşaqlardan biri təxmini olaraq 1985-ci ildə, digəri isə 1993-cü ildə vəfat etmişdir. Kənddə onların bir mağazası olmuş, Muradın atası oranı bir müddət işlətmiş, hal-hazırda isə işləmir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, o, Muradın qonşusudur. 1991-ci il tarixdən onlarla qonşudur. Atasının adı Təmraz, anasının adı isə Leyla olmuşdur. Hazırda iki uşaqdırlar, bacısının adı Güneldir. Digər iki uşaq vəfat edib, onlardan birinin adı Ayaz, digərinin adı isə Mikayıl olmuşdur. Uşaqlardan biri təxmini 1983cü il tarixdə, digəri isə 1993-cü il tarixdə vəfat etmişdir. Kənddə mağazaları var amma hazırda istifadə olunmur. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, Xasməmmədov Ayaz Təmiraz oğlu və Xasməmmədli Mikayıl Təmiraz oğlu ərizəçinin qardaşları olmuşdur. Ayaz tarixdə, Mikayıl isə tarixdə anadan olmuşlar. Hər ikisi vəfat etmişdir. Ərizəçi qardaşlarının ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi qardaşlarının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, atası və anası vəfat etdikdən sonra miras olaraq qalmış olan əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, xx.xx.1985-ci il təvəllüdlü Xasməmmədov Ayaz Təmiraz oğlunun 23 dekabr 1985-ci il tarixdə, 26 dekabr 1992-ci il təvəllüdlü Xasməmmədli Mikayıl Təmiraz oğlunun isə 28 aprel 1994-cü il tarixdə vəfat etməsi vəfat etməsi aktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü Xasməmmədov Ayaz Təmiraz oğlunun 23 dekabr 1985-ci il tarixdə, 26 dekabr 1992-ci il təvəllüdlü Xasməmmədli Mikayıl Təmiraz oğlunun isə 28 aprel 1994-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar