Məhkəmə qərarları › İş №e-2(075)-1241/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1241/2022

04.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1241/2022 04.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 iştirakları ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X18, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X18, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, həmçinin onlarla birlikdə yaşayan X19, X13, X10, X22, X23 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin bir ay müddətində banka mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, X40 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m. ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada alınaraq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı ASC “Xalq” Bankı, borc alan Cavabdeh5 xx.xx.2014-cü il tarixli **********32014 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə xx.xx.2014-cü il tarixli, **********32014/1 ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh7 mülkiyyət hüququ əsasında məxsus olan ipoteka predmetinə tutma yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətnaməsi ilə Cavabdeh7 mülkiyyət hüququ əsasında məxsus olmuş Şəki şəhəri, X40 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 5 nömrəli, 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh5 və Cavabdeh7 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(107)-911/2019 nömrəli qətnaməsilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətanməsi isə dəyişdiriləmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X45” MMC tərəfindən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı hərrac təşkilatçısı, iddiaçı ASC “Xalq” Bankı və və Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında da 51/01-1 nömrəli protokolu və iddiaçı ASC “Xalq” Bankı ilə hərrac təşkilatçısı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bankın fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etməsindən 14 aydan çox müddət keçməsinə baxmayaraq, bank bu günədək fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və onlarla birlikdə yaşayan ailə üzvləri X12, X7, X3, X14, X15 heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Fərdi yaşayış evinə mülkiyyət hüququnun iddiaçıya keçməsinə və cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ipoteka predmetinə tutma yönəldikdə evi dərhal tərk etməsi barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrinə, həmçinin bank tərəfindən Cavabdeh7 fərdi yaşayış evini 30 (otuz) gün müddətindən gec olmayaraq tərk etməsi barədə xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər fərdi yaşayış evini boşaltmırlar, bununla da iddiaçının mülkiyyət hüqununu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. İddiaçı ASC «Xalq» Bankına məxsus olan fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X12, X7, X3, X14, X15 qeydiyyatda olması faktı DİN BPQMİ-in MAPS şöbəsinin arayışı ilə, yaşaması faktı isə bankın “Şəki” filialının əməkdaşlarının keçirdiyi monitorinq nəticəsində müəyyən edilmişdir. Cavabdeh7, X11, Cavabdeh4 və X3 yaşaması faktı həmçinin Şəki şəhər “Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli J-122 nömrəli arayışı ilə də təsdiq olunmuşdur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh7 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 22 dekabr 2014-cü il tarixdə onunla ASC «Xalq» Bank arasında **********32014 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC «Xalq» Bankı tərəfindən qardaşı Cavabdeh5 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün onunla ASC «Xalq» Bankı arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli **********32014/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC «Xalq» Bankına Şəki şəhəri, X40 prospektində mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı 30 dekabr 2014-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Lakin sonradan onlar kredit borcunu tam şəkildə ödəyə bilməmişlər. Bu səbəbdən də iddiaçı ASC “Xalq” Bankı məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 saylı qətnaməsinə əsasən 22 dekabr 2014-cü il tarixli **********32014 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh5 8590,37 (səkkiz min beş yüz doxsan manat 37 qəpik) manat məbləğində əsas borcun, 2786,95 (iki min yeddi səksən altı manat 95 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 100 (yüz) manat məbləğində penya olmaqla, cəmi 11477.32 (on bir min dörd yüz yetmiş yeddi manat 32 qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclərin iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, 22 dekabr 2014-cü il tarixli **********32014/1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh7 məxsus Şəki şəhəri, X40 prospektində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 40 000 (qırx min) manatla açıq hərracda satılması qərara alınmışdır. Həmin qətnamədən onlar apellyasiya şikayəti versələr də, Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirmişdir ki, o, ASC «Xalq» Bankının iddiasına etiraz edir. Belə ki, o, banka olan borcunu qəbul edir. O, banka olan borcunu hər ay hissə-hissə olmaqla ödəmək istəmişdir. Lakin bank onunla razılaşmamış, onun mülkiyyətində olan evi hərracla satmışdır. Bundan başqa onun hərraca dair protokoldan məlumatı olmamışdır. Göstərmişdir ki, hal-hazırda həmin evdə yaşlı anası Adikə o, həyat yoldaşı Türkanə, 2008-ci il təvəllüdlü qızı Laləzar yaşayırlar. Anası Adikə evi ipoteka qoyarkən həmin evdə yaşamış, lakin ipoteka qoyularkən anasının razılığı alınmamışdır. Bundan başqa göstərmişdir ki, iddia tələbində göstərilən uşaqlar X19, X13, X22, X23 onun qardaşı Rəsulla Elçinin uşaqlarıdır. Həmin uşaqlar həmin evdə yaşamırlar. İddiaya etiraz edir. Evdən çıxamaq istəmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasında cavabdeh qardaşları Cavabdeh7 verdiyi izahatla eyni məzmunlu olan oxşar izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X18 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, 22 fevral 2021-ci il tarixli, **********64-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, Şəki şəhəri, X40 prospekti, dalan 15, ev 5 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ASC “Xalq” Bankının adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 avqust 2002-ci il tarixli, İİ-AZ 020958 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh5 ilə X20 arasında 20 avqust 2002-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 306 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 dekabr 2005-ci il tarixli, AZ-İ 239535 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh7 ilə X16 arasında 29 dekabr 2005-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 531 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 avqust 2008-ci il tarixli, AZ-İV 426424 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh6 ilə X28 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 273 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh3 22 dekabr 2014-cü il tarixli ərizəsindən görünür ki, o, qaynına məxsus olan Şəki Şəhəri, X40 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin ASC "Xalq" Bankının “Şəki” filialından götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişdir. Müqavilənin şərtləri ilə tanış olduğunu bildirmiş və banka olan əsas borc, faiz və digər borclar ödənilmədiyi tədqirdə tutmanın məhkəməyə müraciət etmədən həmin fərdi yaşayış evinə yönəldilməsinə razı olmuş və bu halda bankın tələbinə əsasən məhkəmə qətnaməsi tələb elmədən qeyri-şərtsiz fərdi yaşayış evini könüllü boşaltmağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh1 22 dekabr 2014-cü il tarixli ərizəsindən görünür ki, o, qaynına məxsus olan Şəki Şəhəri, X40 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin ASC "Xalq" Bankının “Şəki” filialından götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişdir. Müqavilənin şərtləri ilə tanış olduğunu bildirmiş və banka olan əsas borc, faiz və digər borclar ödənilmədiyi tədqirdə tutmanın məhkəməyə müraciət etmədən həmin fərdi yaşayış evinə yönəldilməsinə razı olmuş və bu halda bankın tələbinə əsasən məhkəmə qətnaməsi tələb elmədən qeyri-şərtsiz fərdi yaşayış evini könüllü boşaltmağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh5 22 dekabr 2014-cü il tarixli ərizəsindən görünür ki, o, qardaşına məxsus olan Şəki Şəhəri, X40 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin ASC "Xalq" Bankının “Şəki” filialından götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişdir. Müqavilənin şərtləri ilə tanış olduğunu bildirmiş və banka olan əsas borc, faiz və digər borclar ödənilmədiyi tədqirdə tutmanın məhkəməyə müraciət etmədən həmin fərdi yaşayış evinə yönəldilməsinə razı olmuş və bu halda bankın tələbinə əsasən məhkəmə qətnaməsi tələb elmədən qeyri-şərtsiz fərdi yaşayış evini könüllü boşaltmağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh4 22 dekabr 2014-cü il tarixli ərizəsindən görünür ki, o, qardaşına məxsus olan Şəki Şəhəri, X40 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin ASC "Xalq" Bankının “Şəki” filialından götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişdir. Müqavilənin şərtləri ilə tanış olduğunu bildirmiş və banka olan əsas borc, faiz və digər borclar ödənilmədiyi tədqirdə tutmanın məhkəməyə müraciət etmədən həmin fərdi yaşayış evinə yönəldilməsinə razı olmuş və bu halda bankın tələbinə əsasən məhkəmə qətnaməsi tələb elmədən qeyri-şərtsiz fərdi yaşayış evini könüllü boşaltmağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh6 23 dekabr 2014-cü il tarixli ərizəsindən görünür ki, o, qardaşına məxsus olan Şəki Şəhəri, X40 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin ASC "Xalq" Bankının “Şəki” filialından götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişdir. Müqavilənin şərtləri ilə tanış olduğunu bildirmiş və banka olan əsas borc, faiz və digər borclar ödənilmədiyi tədqirdə tutmanın məhkəməyə müraciət etmədən həmin fərdi yaşayış evinə yönəldilməsinə razı olmuş və bu halda bankın tələbinə əsasən məhkəmə qətnaməsi tələb elmədən qeyri-şərtsiz fərdi yaşayış evini könüllü boşaltmağı öz öhdəsinə götürmüşdür. İşdə olan Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 22 dekabr 2014-cü il tarixli **********32014 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh5 8590,37 (səkkiz min beş yüz doxsan manat 37 qəpik) manat məbləğində əsas borcun, 2786,95 (iki min yeddi səksən altı manat 95 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 100 (yüz) manat məbləğində penya olmaqla, cəmi 11477.32 (on bir min dörd yüz yetmiş yeddi manat 32 qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclərin iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, 22 dekabr 2014-cü il tarixli **********32014/1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh7 məxsus Şəki şəhəri, X40 prospektində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 40 000 (qırx min) manatla açıq hərracda satılması, Cavabdeh7 məxsus Şəki şəhəri, X40 prospektində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitinin hesabına 22 dekabr 2014cü il tarixli **********32014 saylı kredit müqaviləsi üzrə Cavabdeh5 ASC «Xalq» Bankına olan 8590,37 (səkkiz min beş yüz doxsan manat 37 qəpik) manat məbləğində əsas borcun, 2786,95 (iki min yeddi səksən altı manat 95 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 100 (yüz) manat məbləğində penya olmaqla, cəmi 11477.32 (on bir min dörd yüz yetmiş yeddi manat 32 qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclərin ödənilməsi, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı Cavabdeh5 müstəqil qiymətləndirici Əmlak Ekspert Mərkəzinin xeyrinə 150 manat xidmət haqqı VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************,KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(107)-911/2019 saylı qətnaməsindən görünür ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması, cavabdehlər Cavabdeh5 və Cavabdeh7 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş vergi ödəyiciləri məlumatlarından görünür ki, ASC “Xalq” Bankı (VOEN **********) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar PR, ev 221 vergi idarəsində qeydiyyatdan keçmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 dekabr 2020-ci il tarixli, 51/01-1 saylı hərracın yekunları barədə protokoldan görünür ki, Cavabdeh7 məxsus olan Şəki şəhəri, X40 prospekti 5 saylı fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə hərracla 25,500 manat məbələğə ASC “Xalq” Bankına satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 dekabr 2020-ci il tarixli hərracın yekunları üzrə alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh7 məxsus olan Şəki şəhəri, X40 prospekti 5 saylı fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə hərracla 25,500 manat məbələğə ASC “Xalq” Bankına satılmışdır. İşdə olan Cavabdeh7 verilmiş arayışdan görünür ki, Cavabdeh7 ünvan 4 ünvanında yaşayır. Onun ailə tərkibi arvadı Cavabdeh4, qızı X10, qardaşı Cavabdeh5, qardaşı arvadı Cavabdeh1, qardaşı oğlu Cavabdeh2, qardaşı oğlu X19, qardaşı Cavabdeh6, qardaşı arvadı Cavabdeh3 və qardaşı oğlu X4 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(075)-2196/2018 saylı qətnaməsi ilə ASC “Xalq” Bankı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********32014 nömrəli nömrəli kredit müqaviləsi üzrə bankın tələblərinin təmin edilməsi üçün xx.xx.2014-cü il tarixli **********32014/1 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan və mülkiyyət hüququ üzrə Cavabdeh7 məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 15-də mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi və həmin yaşayış evinin dəyərindən bankın iddia tələbinin ödənilməsi qərara alınmışdır. Bank tərəfindən qeyd edilən yaşayış evi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixdə əldə edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin əmlak üzərində bankın mülkiyyət hüququnu təsdiq edən, qeydiyyat № **********. reyestr № **********64-10301 olan çıxarış alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cii maddəsinə istinad edərək yaşayış evini 30 (otuz) giin müddətindən gec olmayaraq tərk etməkləri cavabdehlərə bildirilmişdir. Əks halda bankın mülkiyyət hüququnun müdafiəsi üçün həmin Qanunun 59.4-ci maddəsinə müvafiq olaraq məhkəməyə müraciət etmək hüququnun olması cavabdehlərə izah edilmişdir. Bu zaman Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bankın məhkəməyə müraciəti ilə bağlı çəkdiyi bütün xərclərin əvəzinin ödənilməsi cavabdehlərin üzərinə qoyulacağı bildirilmişdir. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh7 ünvan 5 ünvanında qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh4 Şəki rayonu, Baş Küngüt kəndində qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh6 ünvan 5 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 5 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15/5 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15/5 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X5 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15/5 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh5 ünvan 5 ünvanında yerləşən evdə qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhəri, “Damarçın” məhhələ nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 122 saylı arayışdan görünür ki, Şəki şəhəri, X40 prospekti, dalan 15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda X18, Cavabdeh7, Cavabdeh4 və X10 yaşayırlar. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 12 may 2022-ci il tarixli arayışdan görünür ki, X6 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15/5 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 12 may 2022-ci il tarixli arayışdan görünür ki, X8 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15/5 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 12 may 2022-ci il tarixli arayışdan görünür ki, X9 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15/5 ünvanında yerləşən evdə qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı ASC “Xalq” Bankı, borc alan Cavabdeh5 xx.xx.2014-cü il tarixli **********32014 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə xx.xx.2014-cü il tarixli, **********32014/1 ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh7 mülkiyyət hüququ əsasında məxsus olan ipoteka predmetinə tutma yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətnaməsi ilə Cavabdeh7 mülkiyyət hüququ əsasında məxsus olmuş Şəki şəhəri, X40 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 5 nömrəli, 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh5 və Cavabdeh7 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(107)- 911/2019 nömrəli qətnaməsilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətanməsi isə dəyişdiriləmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X45” MMC tərəfindən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı hərrac təşkilatçısı, iddiaçı ASC “Xalq” Bankı və və Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında da 51/01-1 nömrəli protokolu və iddiaçı ASC “Xalq” Bankı ilə hərrac təşkilatçısı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bankın fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etməsindən uzun müddət keçməsinə baxmayaraq, bank bu günədək fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və onlarla birlikdə yaşayan ailə üzvləri X12, X7, X3, X14, X15 heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsi olmuşdur. Fərdi yaşayış evinə mülkiyyət hüququnun iddiaçıya keçməsinə və cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ipoteka predmetinə tutma yönəldikdə evi dərhal tərk etməsi barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrinə, həmçinin bank tərəfindən Cavabdeh7 fərdi yaşayış evini 30 (otuz) gün müddətindən gec olmayaraq tərk etməsi barədə xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər fərdi yaşayış evini boşaltmamış və bununla da iddiaçının mülkiyyət hüqununu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. İddiaçı ASC «Xalq» Bankına məxsus olan fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X11, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X12, X7, X3, X14, X15 qeydiyyatda olması faktı DİN BPQMİ-in MAPS şöbəsinin arayışı ilə, yaşaması faktı isə bankın “Şəki” filialının əməkdaşlarının keçirdiyi monitorinq nəticəsində müəyyən edilmişdir. Cavabdeh7, X11, Cavabdeh4 və X3 yaşaması faktı həmçinin Şəki şəhər “Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli J-122 nömrəli arayışı ilə də təsdiq olunmuşdur. Hal-hazırda həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçı ASC Xalq Bankının mülkiyyətindədir. İş üzrə cavabdehlər mübahisə predmeti olan, fərdi yaşayış evində qeydiyyatdadırlar. Cavabdehlərin mülkiyyətində olan evi könüllü olaraq tərk etmədiklərini göstərən iddiaçı ASC Xalq Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iddia tələbini qəbul etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi iddiaçı ASC X47 şəhəri, X40 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, cavabdehlərdən Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X19, X13, X10, X22, X23 iddiaçı ASC Xalq Bankına məxsus fərdi yaşayış evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini könüllü olaraq tərk etməməklə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. İş materiallarından da görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə protokol əsasında aparılmış əmlakın alqı-satqısı barədə müqavilə əsasında iddiaçı ASC Xalq Bankının adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Eyni zamanda Cavabdeh7 mübahisə predmeti olan evi və onun yerləşdiyi torpaq sahəsini ipotekaya qoymuş, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 isə notarial qaydada təsdiq edilmiş ərizələri ilə mübahisə predmeti olan evin ipotekaya qoyulmasına razılıq vermişlər və ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldiləcəyi halda həmin əmlakı qeyd-şərtsiz, könüllü olaraq boşaltmağı öhdələrinə götürmüşlər. Qeyd edilən hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X19, X13, X10, X22, X15 həmin evlə və evin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqları qalmadığından iddiaçı ASC Xalq Bankı cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X19, X13, X10, X22, X15 mübahisə predmeti olan əmlakdan çıxarılmalarını, mübahisə predmeti olan əmlakın həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC Xalq Bankına təhvil verilməsini tələb etməkdə haqlıdır. İddiaçı ASC Xalq Bankı iddia tələbində cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X18, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, həmçinin onlarla birlikdə yaşayan X19, X13, X10, X22, X23 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin bir ay müddətində banka mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, X40 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m. ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X18, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, həmçinin onlarla birlikdə yaşayan X19, X13, X10, X22, X23 daxil olmaqla ailə üzvlərinin və "xxxx" kimlərdən ibarət olması barədə iddia ərizəsində dəqiq fikir ifadə etməmişdir. Həmçinin iddiaçı ASC Xalq Bankı iddia tələbində cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X18, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, həmçinin onlarla birlikdə yaşayan X19, X13, X10, X22, X23 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin də mübahisə predmeti olan fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılmalarını tələb etməsinə baxmayaraq, X11 məhz Cavabdeh7 ipotekaya qoyduğu və digər cavabdehlərin yaşadıqları Şəki şəhəri, X40 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə yaşamalarına, həmin şəxsin əmlakı ipotekaya qoyulduğu məqamda buna razılıq vermələrinə dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbədən də məhkəmə iddia tələbinin cavabdeh X11 və "xxxx" 1 ay müddətində ASC Xalq Bankına mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, X40 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC «Xalq» Bankına təhvil verilməsinə dair hissəsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada alinaraq iddiaçıya verilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X19, X13, X10, X22, X23 ASC “Xalq” Bankına mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X40 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X19, X13, X10, X22, X23 ASC “Xalq” Bankına mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X40 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar və fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada alınaraq iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar