Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1254/2025 08.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X28 oglundan miras qalmış Şəki şəhəri Mənəflər küçəsi döngə 2 ev 1 (Yeni qaydalarla Gülnarə Vahabova kücəsi giriş 83) ünvanda yerləşən mirasın onun tərəfindən bütöv qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 Saylı Şəki Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reystrindən arayışa əsasən Şəki şəhəri, Mənəflər küçəsi döngə 2 ev 1, yəni Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 69,9 kvm ümumi sahəsi, torpaq sahəsi üzərinədki 0,0711 kvm olan daşımaz əmlakın reystr nömrəsi **********63-10301 olan miras ev mərhum atası X28 oglunun mulkiyyəti olub. Atası X28 oglu xx.xx.1979 cü ildə vəfat edib. X4 xx.xx.1991-ci ildə vəfat edib. Atası Kərim və anası Əzizə vəfat edəndən onların aşagıdakı vərəsələri qalıb 1) qızı X13 2) qızı X11 3) qızı X5 4) oğlu X20 5) oğlu Ərizəçi 6) nəvəsi X14 7) nəvəsi X15. Göstərilən vərəsələrdən ancaq ərizəçi mirasa yiyələnməklə bütöv mirsı faktiki qəbul edib idarə etmişdir. Miras açılan vaxtdan mirasa sahiblik və mirası idarə edərək, evin bütün kommunal xərclərini ərizəçi ödəyir. Vərəsələrdən birinci növbəli vərəsələr mirasa iddialı deyillər. Ancaq vəfat edən X1nın vərəsələri mirasa iddialıdırlar. Notarius vərəsəlik açmaqdan imtina edərək göstərir ki, Ərizəçi oglu mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın faktiki qəbulu ilə baglı ərizəçi notariusa mötəbər sübutlar təqdim etməmiş, nə də o ərizəçidən tələb etməmişdir. Miras açıldığı dövrdə qüvvədə olan AR MM-nin 552-ci maddəsinə əsasən mirası əldə etmək ücün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdəm idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə eləcə də vərəsəliyin açıldığı yer üzrə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə miras qəbul edilmiş hesab olunur. Qanunun bu 3 tələbinin ikisinə ərizəçi əməl etmişdir, bir notariat orqanına ərizə verməmişdir. Bu üç tələbin hər hansı birinə əməl olunubsa miras qəbul olunmuş sayılır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatlar Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, anadan olan gündən bəri həmin evdə yaşamışdır, hazırda arvadı və uşağı ilə birlikdə həmin evdə yaşayır, onun digər bacı qardaşları başqa yerlərdə yaşayırlar və miras əmlakı qəbul etməmişdirlər. X1 vəfat etməmişdən qabaq ailəsi ilə birlikdə Şəki rayonunun Dəhnə kəndində yaşamışdır, lakin xəstələndiyi üçün onu atalarından miras qalmış evə gətirmişlər, məhrumun uşaqları məktəbə getmələri üçün onları həmin evə pasport qeydiyyatına aldırmışdırlar. Bacısı vəfat etdiyi 2020-ci ilədək 4 il müddətində həmin evdə yaşamışdır. Miras qalmış əmlaka dair bütün təmir xərclərini, o cümlədən kommunal xərcləri o çəkmişdir. Ərizəçi sonda məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ərizəçi miras əmlakı faktiki olaraq qəbul etmişdir. Vəkil sonda məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, X7 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və əlavə etdi ki, o, 2017-ci ildə ailə həyatı quraraq Ağdaş rayonuna gəlin köçmüşdür, həmin vaxtdan sonra həmin evdə yaşamamış, əmlakı faktiki və ya ərizə ilə qəbul etməmişdir. Qardaşı Ərizəçi anadan olan gündən miras evdə yaşayır, evin kommunal xərclərini qardaşı Ərizəçi ödəyir. Məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 oglu ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və əlavə etdi ki, əmlakı faktiki və ya ərizə ilə qəbul etməmişdir. Ailə həyatı qurduqdan sonra 2001-ci ildə özlərinə Şəki rayonunda ayrıca ev alaraq həmin evə köçmüşlər, miras əmlakda doğulan gündən bu günədək qardaşı Ərizəçi yaşamışdır. İşin halları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” arayışdan surətindən görünür ki, ünvan 3 (Yeni qaydalarla ünvan 2 ünvanda yerləşən sahəsi 0.0711 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi tam pay əsasında xx.xx.2025-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 fevral 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 24 avqust 1979-cu il tarixdə vəfat etmişdir. Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 05 avqust 1991-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 19 iyun 1990-cı il tarixdə vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 15 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 04 mart 2025-ci il tarixli qərarından görünür ki, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Şəki şəhər “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 100 nömrəli arayışa əsasən ünvan 3 ünvanda Ərizəçi, yoldaşı 1964-cü il təvəllüdlü X6 və oğlu 1994-cü il təvəllüdlü X23 yaşayırlar. Şəki şəhər “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 56 nömrəli arayışa əsasən ünvan 3 ünvanda yaşamış X21 24 avqust 1979-cu ildə vəfat etmişdir. Onun vərəsələri yoldaşı X19 (xx.xx.1991-ci ildə vəfat etmişdir), qızı X11 (xx.xx.2020-ci ildə vəfat etmişdir), qızı X13, qızı X5, oğlu X20, oğlu Ərizəçi, nəvəsi X14, nəvəsi X9r. “Azərsu” ya məxsus olan **********000 saylı abonent kartından görünür ki, ünvan 4 ünvanına dair 25 oktyabr 2012-ci il tarixdə abonent Ərizəçi ilə müqavilə bağlanmışdır. Tətbiq edilən hüquq 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528-ci maddəsinə əsasən vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxs X28 24 avqust 1979-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək olan dövrdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Məhkəmə işin hallarını araşdıraraq belə nəticəyə gəlir ki, ünvan 3 (Yeni qaydalarla ünvan 2 ünvanda yerləşən sahəsi 0.0711 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X12 mülkiyyətindədir. Mülkiyyətçi X21 24 avqust 1979-cu il tarixdə vəfat etmişdir. Onun vərəsələri yoldaşı X19 (xx.xx.1991-ci ildə vəfat etmişdir), qızı X11 (xx.xx.2020-ci ildə vəfat etmişdir), qızı X13, qızı X5, oğlu X20, oğlu Ərizəçi, nəvəsi X14, nəvəsi X9r. Ərizəçi atasının vəfatından sonra həmin fərdi yaşayış evinə sahiblik etmişdir. Evin bütün kommunal xərcləri ərizəçi tərəfindən ödənilir. Bununla da atasından qalmış miras əmlakı qəbul etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X10 miras qalmış ünvan 3 (Yeni qaydalarla ünvan 2 ünvanda yerləşən sahəsi 0.0711 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X10 miras qalmış ünvan 3 (Yeni qaydalarla ünvan 2 ünvanda yerləşən sahəsi 0.0711 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1254/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1254/2025
08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver