Məhkəmə qərarları › İş №e-2(075)-126/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-126/2025

11.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-126/2025 11.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə (3-cü şəxslər X2, X17 və X6) qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X3ndan miras qalmış Şəki şəhəri, Mübariz İbrahimov küç, giriş 145 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, Mübariz İbrahimov küç, giriş 145 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum X3na məxsusdur. X3 xx.xx.1995ci il tarixdə vəfat etmişdir. O, atasından miras qalmış evdə anadan olmuş və hal-hazıradək də həmin evdə yaşayır. Atası vəfat etdikdən sonra ondan miras qalmış həmin fərdi yaşayış evinə sahiblik və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin fərdi yaşayış evi onun istifadəsindədir və həmin fərdi yaşayış evinə o, sahiblik edir. Beləliklə o, mərhum X3ndan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Buna görə də o, mərhum atasından miras qalmış həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. X27 “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Əli Hacıyev xx.xx.2024-cü il tarixli X-1367 saylı Notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik aparılmasından imtina etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən X2, X17 və X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İşdə iştirak edən şəxslərin mövqeyi: Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini və 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - 17 may 2024-cü il tarixli AZ-İİ 425181 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1995-ci ildə vəfat etmişdir. - 20 fevral 2025-ci il tarixli AZ-İİ 489150 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1978-ci il tarixdə vəfat etmişdir. - 19 dekabr 1959-cu il tarixli İ-ИЕ saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1956-ci il təvəllüdlü İddiaçı X3, anası X4r. - xx.xx.2024-cü il tarixli,135 saylı vərəsəliyə dair arayışdan görünür ki, X15 xx.xx.1995-ci ildə vəfat etmiş və onun vərəsələri: X11, X17, İddiaçı, X6, X13 və X1r. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 ünvanında (yeni qaydalarla ünvan 3 0,0498 ha torpaq sahəsi X7 tam mülkiyyətində olmuşdur. - X16 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş babası X5 qalmış miras əmlakları ona çatası vərəsəlik payını qəbul etməmişdir və gələcəkdə bununla bağlı məhkəməyə müaciət etməyəcəkdir. - X12 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakları qəbul etməmiş və payı istəmir, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. - X13 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində xx.xx.1995-ci il tarixdə vəfat etmiş X3ndan harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. - X17 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, X3nun vəfatından sonra miras qalmış əmlakı qəbul etməmiş və həmin miras əmlakla bağlı heç bir iddiası yoxdur. - X2 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, X3nun vəfatından sonra miras qalmış əmlakı qəbul etməmiş və həmin miras əmlakla bağlı heç bir iddiası yoxdur. - X6 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, X3nun vəfatından sonra miras qalmış əmlakı qəbul etməmiş və həmin miras əmlakla bağlı heç bir iddiası yoxdur. - 18 fevral 2021-ci il tarixli AZ-İİ 146719 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 19 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1995-ci tarixdə vəfat etmiş X5 qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - xx.xx.2024-cü il tarixli **********3 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan SSRİ Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, Mübariz İbrahimov küçəsi, giriş 145 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum X3na məxsus olmuşdur. X15 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasından miras qalmış evdə anadan olmuş və hal-hazıradək də həmin evdə yaşayır. Atası vəfat etdikdən sonra ondan miras qalmış həmin fərdi yaşayış evinə sahiblik və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin fərdi yaşayış evi onun istifadəsindədir və həmin fərdi yaşayış evinə o, sahiblik edir. İş materiallarında göründüyü kimi qeyd olunan əmlaka heç kim sahiblənməmiş, əmlaka dair hər hansı vərəsəlik işi olmamışdır. Eyni zamanda əmlakdan irs almalı olan şəxslər tərəfindən notarial qaydada ərizələr yazılaraq qeyd olunan əmlakdan imtina etdiklərini bildirmişlər. Göründüyü kimi Şəki şəhəri, Mübariz İbrahimov küçəsi, giriş 145 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçı sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin əmlak onun istifadəsindədir və həmin əmlaka o, sahiblik edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı mərhum X3ndan miras qalmış Şəki şəhəri, Mübariz İbrahimov küçəsi, giriş 145 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mərhum X3ndan miras qalmış Şəki şəhəri, Mübariz İbrahimov küçəsi, giriş 145 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar