Məhkəmə qərarları › İş №e-2(075)-1263/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1263/2023

22.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1263/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi X4 oölunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki illərdəki dərs saatları nəzərə alınmaqla 2022-2023-cü illər üzrə dərs bölgüsü aparması və dərs saatı ilə təmin edilməyi öhdəliyinin Cavabdehn üzərinə qoyulması, dərs saatı ilə təmin olunan günədək buraxılmış dövr üçün aylıq əmək haqlarının, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 01 may 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 22 iyun 2023-cü il tarixə, saat 12:30-a təyin edilmişdir. Lakin 22 iyun 2023-cü il tarixdə İddiaçı onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə elektron qayada ərizə ünvanlayaraq, iddianın baxılmamış saxlanlmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göründüyü kimi İddiaçı onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə ünvanlamış, Cavabdeh nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar